PƏRƏSTİŞKAR

is.
1. Pərəstiş edən, tapınan sitayiş edən; ibadət edən.
□ Pərəstişkar olmaq – pərəstiş dərəcəsində sevmək, məftun olmaq, vurulmaq.
Sevgilim, eşqü həvəsdən daha mən bizaram; İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət.
[Əzra Zəhraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. H.Cavid.

2. məc. Pərəstiş dərəcəsində sevən; məftun, vurğun.
[Rasim Yavərə:] Etiraf etməliyəm ki, mən də bu cür sənətin pərəstişkarıyam. M.İbrahimov.

Синонимы

  • PƏRƏSTİŞKAR məftun — valeh — aşiq
PƏRƏSTİŞ
PƏRƏSTİŞKARANƏ

Значение слова в других словарях

интроспе́кция лопу́шник пароди́ческий патла́стый подставля́ться разла́комить френч всеуслы́шание оживля́ж порха́ние презри́тельный субаре́нда ца́рственность истукан adjust lamp-wax lapidate rake-through whiteness беспочвенный выя ломать спохватиться стеноз штукатурка