PƏRDƏLİ

sif.
1. Pərdəsi olan, pərdə salınmış, pərdə asılmış. Pərdəli qapı.
– Pəncərəsi ipək pərdəli evlərdə; Min təlaş var, min həşir. R.Rza.

2. Saylardan sonra gələrək, səhnə əsərinin neçə pərdədən ibarət olduğunu göstərir. Üç pərdəli komediya. Dörd pərdəli drama.
3. Zərf mənasında. Aradakı hörmət, həya, ədəb normalarına riayət edərək.
[Mirzə Cəmil] qızla pərdəli dolanmaq, həyalı rəftar etmək fikrində idi. Ə.Vəliyev.

4. məc. Açıq olmayan, üstüörtülü. Pərdəli söz.
[Qoca:] Oğlum, sən pərdəli (z.) danışdın, sözlərini anlamadım, nə demək istəyirsən? A.Divanbəyoğlu.
Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz. Ə.Vəliyev.

Синонимы

  • PƏRDƏLİ anlaşılmaz
  • PƏRDƏLİ örtülü
PƏRDƏLƏNMƏK
PƏRDİ

Значение слова в других словарях

кли́ка лебя́жина уда́р ухлёстывать хро́ника ю́шка забрани́ть заяви́ть позёрка церемо́нность гаркать минога ошмалаш bit density Hebridian psittacosis sweating-room uninsured куманёк медный неурядица половинчатый полутёмный сумасшествие шевельнуться