Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir. Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Pərdələr
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. Əhalisi 222 nəfərdir.
Arif Bərdəli
Arif Bərdəli — Tibb Elmləri doktoru, professor. == Həyatı == Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Tibb Elmləri doktoru, professor === Mükafatları === "Genetik xəstəliklər mütəxəssisi"; "Uşaq xəstəlikləri mütəxəssisi"; "Revmatoloji xəstəliklər mütəxəssisi"; Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti; Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi; Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub; Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir; Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir; İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib.
Bahar Bərdəli
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964–1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974–1979) bitirmişdir. 1979–1991-ci illərdə Bərdədə, 1991–2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Kitabları = == Qarabağın maralı. (Povest, hekayələr).
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qızlıq pərdəsi
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Bakirəlik pərdəsi
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
İvan Erdeli
İvan Georgiyeviç Erdeli (rus. Иван Георгиевич Эрдели; 15 oktyabr 1870 – 7 iyul 1939, Paris) — rus hərb xadimi, süvari qoşunları (kavaleriya) generalı (1917). Birinci dünya müharibəsi və Rusiya vətəndaş müharibəsi iştirakçısı. Könüllü ordunun əsasını qoyanlardan biri. Denikin qoşunlarının baş komandanı. İvan Erdeli 1870-ci ildə Rusiya İmperiyasının Xerson quberniyasında (indiki Ukrayna) anadan olmuşdur. Onun ata-babaları XVIII əsrdə Rusiyada pravoslavlığı qəbul edən və Rusiyaya köçən macar zadəganları olmuşdur. Babası Pyotr Rumyantsev və Aleksandr Suvorovun qoşunlarında xidmət etmişdir. Atası — Yeqor (Georgi) Yakovleviç, 1871–1876-cı illərdə Xerson quberniyasının zadəgan lideri olmuşdur. Anası — Leonida Tulubyevada anadan olmuşdur.