PƏRVAZLANMAQ

f.
1. Uçmaq.
Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada. S.Rüstəm.
Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan ( f.sif. ) quşlar görünürdü. M.Hüseyn.

// Qanad çıxarmaq, qanadı çıxmaq, uçmağa başlamaq.
Laçın pərvazlanıb uçan vaxtıdır; Şikar ovlağına şux tərlan gəlir. Aşıq Şəmşir.
Bala quş həmişə anasının yanında qalmır.
Bir az böyüyəndən sonra pərvazlanır, özünə yuva tikir, ana olur. Ə.Abasov.

2. məc. Qanadlanmaq, qol-qanad açmaq, ruhlanmaq.
[Qəndab:] …Çox eşitmişdim ki, qızın üstünə ad qoyulan kimi o, qol-qanad açır, böyüyür, pərvazlanır. B.Bayramov.

Синонимы

  • PƏRVAZLANMAQ uçmaq

Этимология

  • PƏRVAZLANMAQ Pər farsca “qanad”, vaz isə “açma” deməkdir. Söz “qanad aç­maq” anlamını əks etdirir. (Bəşir Əhmədov
PƏRVAZLANMA
PƏRVAZLAŞMA

Значение слова в других словарях