P
PABƏND
OBASTAN VİKİ
.pa
.pa — Panamanın internet kodu.
Türk PA
Türk Dövlətləri Parlament Assambleyası və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək; Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.
Pa-de-de
Cütlük rəqsi (fr. Pas de deux [pa dǝ dø]) — Baletin zirvə səhnəsində ənənəvi duet — cütlük rəqsi.
Nor-Pa-de-Kale
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
Nor — Pa-de-Kale
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
Nor— Pa-de-Kale
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
Nuk mundem pa ty
It's All About You (azərb. Mən sənsiz yaşaya bilmirəm‎) — Albaniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Yuliana Paşa ifa etmişdir. Mahnının bəstəkarı Ardit Gjebrea, sözlərinin müəllifi isə Ardit Gjebrea və Pirro Çakodur.
Pa-de-Kale boğazı
Pa-de-Kale boğazı Böyük Britaniya ilə Avropa qitəsi arasında yerləşir, ən dar hissəsi La-Manş boğazıdır. Uzunluğu 37 km, eni isə 32 km təşkil edir. Ən dərin yeri 21 m-dir.Burada güçlü axınlar olur,dalğaların hündürlüyü 5-6 metrə catır. Axın sürəti isə 5 dəniz mili/s təşkil edir. 1805-ci ildən boğazda tunel tikintisi planlaşdırılırdı. Ancaq tunelin açılışı 1993-ci ilə təsadüf edir. Boğazı ilk dəfə ingilis Mattev Vebb üzərək keçmişdir. 1926-cı ildə isə ABŞ vətəndaşı olan bir qadın boğazı üzərək keçir. Hava şarı ilə 1785-ci ildə Jean Pierre Blanhard və John Jeferies boğazı keçməyə müvəffəq olurlar. 1909-cu ildə fransız pilot Luis Bleriot təyyarə ilə boğazı keçir.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Vyala-dyu-Pa-de-Jo
Vyala-dü-Pa-de-Jo (fr. Viala-du-Pas-de-Jaux, oks. Lo Vialar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12295. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 104 nəfər təşkil edirdi. 2007-ci ildə 57 yaşdan yuxarı (15-64 yaş arasında) 40 nəfər iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.8%).
Vyala-dü-Pa-de-Jo
Vyala-dü-Pa-de-Jo (fr. Viala-du-Pas-de-Jaux, oks. Lo Vialar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12295. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 104 nəfər təşkil edirdi. 2007-ci ildə 57 yaşdan yuxarı (15-64 yaş arasında) 40 nəfər iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.8%).
Crepis paludosa
Crepis paludosa (lat. Crepis paludosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Crepis paludosa f. pallida Brenner Crepis rumicifolia Boiss. & Balansa Hieracium acuminatum Vuk. Hieracium paniculatum Gilib. Hieracium uncinatum Kit.
Criosanthes parviflora
Cypripedium parviflorum (lat. Cypripedium parviflorum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. Cypripedium luteum var. parviflorum (Salisb.) Raf. Criosanthes parviflora (Salisb.) Raf. Calceolus parviflorus (Salisb.) Nieuwl. Cypripedium calceolus var.
Crocodilodes palmatum
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Heterorhachis aculeata (Burm.f.) Roessler Sinonim Berkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Crocodylus palustris
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.
Cryptocarya patentinervis
Cryptocarya rigida (lat. Cryptocarya rigida) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü. Cryptocarya patentinervis F.Muell.
Crypturellus parvirostris
Crypturellus parvirostris (lat. Crypturellus parvirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Cuc Milli Parkı
Cuc milli parkı (Djoudj) — Seneqalda, Seneqal çayı deltasında milli park. 1971-ci ildə yaradılmışdır. Sahəsi 160 km2 -dir. Tropik quru iqlim, göyəm meşələri, savanna; mövsümi su bitkiləri zonasıdır. 100-dən çox quş növü, çoxlu palearktik köçəri quşlar (qışlamaya 3 mln.-dan çox quş uçub gəlir) məskunlaşmışdır. Flaminqo, qarabatdaq və vağın müxtəlif növləri səciyyəvidir; minlərcə çəhrayı qutan yuvalayır. Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Cəbəci Əhməd Paşa
Cəbəci Əhməd Paşa (ö. 1683) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən İstanbullu olub, Çivizadə Mehmed Əfəndinin yanında təlim-tərbiyə edildikdən sonra öncə cəbəbcibaşı, daha sonra 1661-ci ildə baş dəftərdar oldu. 4 avqust 1665-ci ildə vəzir rütbəsi alaraq müxtəlif vəzifələrdə xidmət etdi. Ardından 27 avqust 1675-ci ildə bir neçə aydır boş olan Misir bəylərbəyliyinə təyin edildi. Ancaq sərt şəkildə vergi toplaması səbəbilə Misir əhalisi üsyan çıxardı və paşanı ələ keçirərək Qahirədə həbs etdi. İstanbuldan göndərilən 11 may 1676-cı il tarixli fərmanla vəzifəsindən azad edilərək geri çağırıldı. Çox keçmədən 1677-ci ilin martında Diyarbəkir bəylərbəyi oldu və bir il boyunca burada xidmət etdi. 1679-cu ildə Bosniya bəylərbəyi təyin edildi və Kamaniçe qalasının bərpası ilə vəzifələndirildi.
Cəbəl Əli Palması
Cəbəl Əli Palması (ərəb. خلة جبل علي‎, ing. Palm Jebel Ali) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Dubay əmirliyinin bir parçası olan süni ada. Qumdan təşkil olunan ada dünyanın ən böyük süni havanı olan Cəbəl Əlidən 5 km cənub-qərbdə yerləşir. Süni şəkildə salınmış 3 Palma adaları qrupundan biridir. İlk işlər 2002-ci ildə başlanılmışdır. 2008-ci ilin əvvələrində işlər bitirmişdir. 2011-ci ildə daşınmaz əmlak qiymətlərinin enməsi ilə Cəbəl Əli Palması adasında tikinti işləri dayandırılmışdır web.archive.org/web/20070217094653/http://thepalm.ae/ — Palma adalarının rəsmi saytı "Dubay-Palma adaları".
Cəfərabad rayonu (Pakistan)
Cəfərabad rayonu (Pakistan) —Pakistanın Bəlucistan əyalətinin cənub-şərqində yerləşən rayon. Cəfərabadın inzibati mərkəzi Dera Allah Yardır. Əvvəllər Chatpat bölməsi olaraq bilinən bölgə 1970-ci ilə qədər Yakobabad rayonunun və 1975-ci ilə qədər Sibi rayonunun bir hissəsi idi. 1987-ci ildə öz bölgəsinə çevrildi. Cəfərabad rayonu üç bölgəyə (tehsil) bölünür. 15-ci əsrin sonlarında Cəfərabad Laşarisin tərkibində idi. Bu bölgənin əsas tayfaları bunlardır: Camali, Xoso, Rind, Marri, Buqti, Bulledi, Maqsi, Menqal və digər icmalar Qola, Umrani, laşari, Domki, Kanrani, Gacani, Siapad Brohi və s. 2017-ci il siyahıyaalınmasına görə, rayonun ümumi əhalisi 513,813 nəfərdir. Əsas dili Bəluc (62%), 24% ilə Sindhi və 11% ilə Saraikidir.
Cələb Əhməd Paşa
Cələb Əhməd Paşa (v. noyabr 1644, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı sultanı IV Murad və Sultan İbrahimin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, daha sonra Sultan Muradın silahdarı olmuşdur. 1633-cü ilin sentyabrında Hələb bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Qısa müddətlik fasilə sayılmazsa, 1638-ci ilədək bu vəzifədə qaldı. Ardından qübbə vəziri təyin edilərək paytaxta çağırıldı və Sultan Əhmədin qızlarından Ayşə Sultanla nigahlandı. Ancaq Sultan Muradın vəfatı və Sultan İbrahimin taxta cülusunun ardından Şam bəylərbəyi təyin edilərək yenidən paytaxtdan uzaqlaşdırıldı. 1641-ci ildə vəzifədən alınsa da, ertəsi il yenidən eyni vəzifəyə təyin olundu. 1643-cü ildə yenidən qübbə vəziri olsa da, bir il sonra İstanbulda vəfat etdi.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənubi Koreya milli parklarının siyahısı
Təbiət koreyalıların əsas xəzinəsi hesab olunur. Buna görə də Cənubi Koreyada zəngin təbiətə, abidələrə, tarixi məbədlərə malik çoxlu sayda milli parklar mövcuddur. Seoraksan milli parkında 3500 KRW (3$) olaraq giriş pulu yığılır. Yığılan məbləğ ətraf mühitin qorunmasına xərclənir. Seoraksana yazda və ya payızda getmək tövsiyə olunur, halbuki, yayda da getsəniz özünüzlə isti paltar götürməli olacaqsınız. Parkın ərazisində avtomobil dayanacağı, düşərgə qurmaq istəyənlər üçün yer, otellər, yeməkxanalar, sport mağazaları mövcuddur. Cənubi Koreyanın ən böyük parkı olan Seoraksanın ərazisi 398 kvadrat kilometrdir. Həmçinin onun ərazisində 30 zirvə və müəyyən çətinlik dərəcəsinə və müddətinə(bir neçə saatdan 3 günə qədər) görə fərqlənən dağ yürüyüşü üçün marşrutlar vardır. Ən maraqlısı Ulsanbavi dağına olan yürüşdür. Son 888 pilləkən sildırım qayadan yuxarı doğru gedir.
Cənubi Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənubi Passat cərəyanı
Cənubi Passat cərəyanı və ya Cənubi Ekvatorial cərəyanı — passat küləklərinin hakim olduğu ərazilərdən keçən isti dəniz cərəyanı. Bu dəniz cərəyanı dünya okeanında daima şərqdən qərbə doğru istiqamətdə əsir. Passatlar Cənub yarımkürrəsinin tropik enliklərində hakimdir. Cərəyan Sakit okeanda Cənubi Amerika sahillərinə yaxın (Qalapaqos adaları) istiqamətdən başlayır və Yeni Qvineya və Avstraliya sahillərinə doğru istiqamətlənir. Cərəyanın şimal sərhədi qışda 3 dərəcə cənub enliyi, yayda isə 1 şimal enliyinindən keçir. Sakit okeanın qərb sahillərində şərqə yönəlir. Buna səbəb isə Ekvatorial əks cərəyanıdır. Onun bir qolu Şərqi Avstraliya cərəyanıdır. Cərəyanın fiziki sürəti gün ərzində 24 - 80 mildir. Orta göstərici 40 mil.
Cənubi Xəzərin statistik parametirləri
Cənubi Şpitsbergen Milli Parkı
Cənubi Şpitsbergen Milli Parkı (norv. Sør-Spitsbergen nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının cənub hissəsində yerləşən milli park. Milli park ərazisi 8 504 km²-dir. Park 1973-cü ildə təşkil olunmuşdur. 1127 km²-dir. Onun tərkibinə Vedel Yarlsberq, Topel və Syorkap torpaqları daxildir. Əzazisinin 65 % buzlaq və ya qarla örtülü olur.
Cərrah Mehmed Paşa
Cərrah Mehmed Paşa (v. 10 yanvar 1604, Konstantinopol) — III Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimidir. Əsli və həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Əndərunda yetişmiş, ardından hasoda bölüyündə cərrah olaraq xidmət etməyə başlamışdır. Ardından yeniçəri ağası təyin edilərək saraydan ayrılmışdır. Bu vəzifədə ikən 1578-ci ildə kaptan-ı dərya Piyalə Paşanın ölümüylə dul qalan Gövhərxan Sultanla nikahlandı. Çox keçmədən 15 yanvar 1580-ci ildə xanımının da təsiriylə Rumeli bəylərbəyliyinə təyin edildi. Ardından 1582-ci ilin martında Boyalı Mehmed Paşanın yerinə dördüncü vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən Sultan Muradın böyük oğlu Şahzadə Mehmedi sünnət etdi. Bu səbəblə bundan sonrakı illərdə "Cərrah" ləqəbiylə anıldı.
Dabanıyasdı Mehmed Paşa
Dabanıyasdı Mehmed Paşa (ö. 1639) — IV Murad dövründə ümumilikdə 4 il 8 ay 14 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Albaniyanın Plyevlya kəndində dünyaya gəlmişdir. Darüssəadə ağası Hacı Mustafa ağanın xidmətinə alınmış, onun yanında saray tərbiyəsi almışdır. Onun xidmətindən miraxurluğa gətirilmiş, çox keçmədən vəzir rütbəsiylə Misir bəylərbəyi seçilmişdir. 18 may 1632 tarixində IV Muradın əmriylə edam olunan Topal Rəcəb Paşanın yerinə sədarətə gətirildi. Xəbəri aldıqdan sonra dərhal İstanbula gələn Mehmed Paşa ilk iş olaraq 10 iyun günü Sənan Paşa köşkündə ayaq divanı tərtiblədi. IV Muradın da iştirak etdiyi bu ayaq divanında divan vəzirləri, üləma, yeniçəri və sipahi ağaları Quran-i Kərimə and içərək padşaha bağlı olduqlarını və aralarındakı üsyançıları təslim edəcəklərinə söz verdilər. Nəticədə qısa zaman ərzində Saka Mehmed, Cin Əli və digər üsyan rəhbərləri təslim edildilər və şəhər mərkəzində edam olundular. Üsyanda iştirak edən ancaq ələ keçirilməyən sipahilərin adları ocaq dəftərlərindən silindi.
Dactylis glomerata var. pallida
Dalar pallenis
Dalar pallenis - (lat. Pallenis spinosa) Birillik, hündürlüyü 35-60 (70) sm olan, gövdəsi düz, yuxarıdan qalxanvari budaqlı, tüklü bitkidir. Kökyanı yarpaqları uzunsovkürəkvari, saplağa daralır, gövdəyanı yarpaqları isə uzunsov-lansetvari, kənarları xırda diş-dişlidir. Səbətlərinin eni 13 mm, çoxsaylı deyillər. Sarğısı əsasından seyrəktüklü, xarici yarpaqcıqları lansetvari, ucu tikanlı, səbətlərdən xeyli böyükdür və ulduzvari sərilmişdir. Çiçəkaltlığı uzunsov, qayıqvari, ucu bizdir. Dilcikləri dar xəttvari, açıq sarı rəngdədir. Qıraqdakı toxumcaları 3 mm uzunluqda, ellipsvari, enli qanadlı, ortadakılar isə xırda, sıxılmış 3 tərəflidir. BQ Quba sahəsinin dağətəyi və aşağı dağ qurşağlarında yayılmışdır. Kolluqlarda, quru və tullantılı yerlərdə bitir.
Daldaban Mustafa Paşa
Daldaban Mustafa Paşa (ö. 28 yanvar 1703) — II Mustafa dönəmində 4 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Qiyafəsini dəyişərək şəhərdə piyada gəzməsi və sürətli yeriməsi səbəbilə "Daldaban" olaraq anılır. 1650-ci illərdə Monastır şəhərində dünyaya gəlmişdir. Gənclik illərində sədrəzəm Qara İbrahim Paşanın xidmətinə girmişdir. Daha sonra sırayla qapıçılar kəndxudası, baş qapıçı və miraxur olaraq sarayda xidmət etmişdir. 1691-ci ildə yeniçəri ağalığına, ertəsi il isə Baba dağı mühafizliyinə gətirilsə də, bu illərdə adı bəzi hadisələrə qarışdı. II Mustafanın 1696-cı ildə çıxdığı ikinci Avstriya səfərinə Anadolu bəylərbəyi olaraq qatıldı və bu səfərdə önəmli fəaliyyətləri oldu. Həmin il Diyarbəkir bəylərbəyi oldu. Ancaq yerli əhalinin paşadan şikayət etməsi nəticəsində, Sofiyada haqqında açılan məhkəmədə təqsirkar görüldü və ölümə məhkum edildi.
Dalğa Beach-Aqua Park
"Dalğa Beach-Aqua Park" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib.
Dalğa paketi
Dalğa paketi — hər bir zamananında fəzanın məhdud oblastını tutan yayılan dalğa sahəsi. İstənilən təbiətli dalğalarda (akustik, elektromaqnit və b.) baş verə bilər. Dalğa paketi, tezlikləri (f) və dalğa vektorları (k) bir-birinə yaxın olan (Δf, Δk qiymətlərinin kiçik intervallarında yerləşən) müstəvi monoxromatik dalğaların superpozisiyasıdır (cəmidir). f və k arasındakı əlaqə xəttidirsə, yəni f = υk, burada υ dalğaların yayılma sürətidir, onda Dalğa paketi öz formasını dəyişmədən υ sürəti ilə yayılır və zaman keçdikcə "yayğınlaşır". Kvant mexanikasında müəyyən impulslu zərrəciyin halına müstəvi monoxromatik de Broyl dalğası – bütün fəzanı tutan müəyyən tezlikli dalğa uyğundur. Bu onu göstərir ki, həmin zərrəciyin koordinatı məlum deyil. Zərrəcik fəzanın məhdud oblastında olduqda isə, onun impulsunun mümkün qiymətləri bir qədər səpələnmiş olur. Belə zərrəciyin halı impulsun mümkün qiymətlərinin intervalına uyğun tezliklərə malik monoxromatik dalğaların cəmi ilə təsvir edilir. Təxminən eyni yayılma istiqaməti olan və tezlikləri qismən fərqlənən belə dalğaların superpozisiyası Dalğa paketi yaradır: yekun dalğanın amplitudu fəzanın yalnız müəyyən məhdud oblastında sıfırdan fərqli olacaq. Bu oblastda zərrəciyi müşahidə etmək ehtimalı böyük, onun xaricində isə praktiki olaraq sıfra bərabərdir.
Demokrasi ve Atılım Partisi
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
ATU və ya pa ATU nnan (film, 1971)
ATU və ya pa ATU nnan qısametrajlı sənədli süjeti rejissor Ənvər Əbluc tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə ATU maşınlarından düzgün istifadə edilməməsi tənqid olunur. Filmdə ATU maşınlarından düzgün istifadə edilməməsi tənqid olunur. Ağsuya düşmüşdü yolum. Söz bir yana iş bir yana. Göyçaydakı aqreqatlar üç bir yana, beş bir yana. Balakəndə ATU gördüm baş bir yana, leş bir yana. Salyandan da var xoş xəbər. Yazışırlar axşam, səhər.

Значение слова в других словарях