…PALATALI

прил … палатный; ikipalatalı двухпалатный
PALATA
PALAZ
OBASTAN VİKİ
Bir palatalı parlament
Bir palatalı parlament və ya unikameralizm — vahid bir qanunverici hakimiyyət və ya parlamentin mövcud olduğu idarəetmə formasıdır. Bir palatalı parlamentlərin mövcud olduğu dövlətlərin çoxu kiçik və homogen dövlətlər hesab olunur. Azərbaycan Respublikası, həmçinin Türkiyə də bir parlamentli dövlətlərə nümunə göstərilə bilər. Dünyanın suveren dövlətlərinin təqribən yarısı bir palatalı parlament sisteminə malikdir və bunlara həm ən populyar (Çin Xalq Respublikası), həm də cırtdan (Vatikan) dövlətlər daxildir. Ölkələrin bir çox inzibati vahidində bir palatalı qanunvericilik mövcuddur. Bunlara, məsələn, ABŞ-dakı Nebraska, Guam və Virgin adaları, bütün Rusiya bölgələri, Hong Kong, Kanadanın bütün əyalətləri və əraziləri, bütün Alman torpaqları, bütün İtaliya bölgələri və bütün İspan muxtar icmaları daxildir. Birləşmiş Krallıqda Şotlandiya Parlamenti, Uels Milli Assambleyası və Şimali İrlandiya Məclisi bir palatalıdır.
İki palatalı parlament
İki palatalı parlament və ya bikameralizm — iki qanunverici hakimiyyət ya da parlamentin olduğu idarəetmə formasıdır. Türkiyədə bu idarəetmə forması iki dövlət çevrilişi arasındakı müddət ərzində (1961-1980) Millət Məclisi və Türkiyə Respublikası Senatı olaraq fəaliyyət göstərmişdir. Müasir dövrdə ABŞ və Birləşmiş Krallıq iki palatalı parlament ölkələrinə nümunə göstərilə bilərlər. Amerikada Senat və ABŞ Nümayəndələr Palatası, Böyük Britaniyada İcmalar Palatası və Lordlar Palatası, Rusiyada Rusiya Federasiyası Dövlət Duması və Rusiya Federasiyası Şurası, Almaniyada Bundestaq və Bundesrat buna nümunə göstərilə bilər.

Digər lüğətlərdə

вздрю́чивать дебарка́ция железообраба́тывающий започива́ть напи́лочек шнек алла́х знает влечь гребнеобра́зный дово́льствие попере́ться сбить спесь сра́ка илым модильон турлук чини flammability gastroduodenal Isadora off sale speech clinic абонементный подзолистый чумовой