Papula
Papula – lat. pimple sözüdür. Dəri səviyyəsindən yuxarı qalxan, 1 sm-dən kiçik, epidermis və ya dermanın səthi qatını zədələyən boşluğu olmayan sıx konsistensiyalı düyüncükdür. İltihabi (çərhayı və ya qırmızı rəngli, təzyiq etdikdə bir müddət solğun olur) və qeyri-iltihabi olur.