parez
parfiyaca 2021
OBASTAN VİKİ
Parf dili
Parf dili — Parfiyada yaşayan parfların dili. Eyni zamanda Arşakid pəhləvicəsi kimi də bilinir. == Tarixi == Tarixdə Parfiya ölkəsində (İranın şimali qərbi və Xorasanın böyük bir qismini əhatə eden ərazidə danışılan, günümüzdə itmiş bir İran dilidir. Parfca Arşakid parflarının (MÖ 248 — MS 224) rəsmi dövlət diliydi. Antik müəllif Pompey Troq yazır ki, parfiyalıların dili skiflərin və midiyalıların ortasında durur (Pompey Troq, XI, 2, I).
Arşakilər (Parfiya) sülaləsi
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Derek Parfit
Derek Parfit (11 dekabr 1942[…], Çenqdu, Çin Respublikası[d] – 1 yanvar 2017[…]) — Britaniyalı filosof və yazıçı. 1960-cı illərdə yazdığı kitabların bir çoxu Oksford Universiteti nəşriyyat evindən çıxıb. 1942-ci ildə Çinin Çendu şəhərində anadan olub. Parfit Oksford Universitetinin məzunudur. Uzun illərdir eyni universitetdə fəlsəfə fənnini tədris edən məşhur filosof və yazıçı Derek Parfit 1 yanvar 2017-ci ildə 74 yaşında Britanyanın Oksford şəhərində vəfat etmişdir.
II Vardan (Parfiya çarı)
II Vardan — Arşakilər sülaləsindən atası çar I Vologez və ya I Vardana qarşı Parfiya imperiyasının bir hissəsində qısa müddətə hökmranlıq etmiş Parfiya hökmdarı. II Vardan 55–58-ci illərdə atasına qarşı üsyan qaldırmış və Midiyanın paytaxtı Ekbatanı işğal etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ellerbrock, Uwe. The Parthians: The Forgotten Empire. Oxford: Routledge. 2021. ISBN 978-0367481902. Sellwood, David (1983). "Parthian Coins". In Yarshater, Ehsan (ed.).
I Mitridat (Parfiya çarı)
I Mitridat (e.ə. 195 – e.ə. 132) — Arşakilər sülaləsindən Parfiya çarı (195 — 138). == Həyatı == Parfiya dövlətinin qüdrətinin əsl təmsilçisi olan I Mitridatın (e.ə.171-138-ci illər) hakimiyyəti nəhayət yunan mühasirəsini dağıdaraq bu dövləti yetərincə gücləndirdi. Mitridat tez bir zamanda Ekbatanı ələ keçirdi, Midiyanı özünə tabe etdirdi , bundan sonra növbə Elimaidlərə yetişdi. Nəhayət, e.ə. 141-ci ildə onun ordusu Babil və Sələvkiyaya yeridi. Məhz Mitridat dövlət rəmzi kimi öz sikkələrini çıxarmağa başladı və həmin pullarda Parfiyanın daim yüksəlməkdə olan qüdrəti əks olunurdu. İlk buraxılışlarda və II əsrin sikkələrində yalnız padşahın adı həkk olunurdusa, sonralar tədricən buraya onun ləqəbi və nəhayət “Böyük Şah” adı əlavə edildi.Böyük padşahın hakimiyyətinin son dövrlərində artıq Sələvkilər onun səltənətini təhdid etməyə başlamışdılar. Yunan-Baktriya hökuməti isə köçəri Avrasiya qəbilələrinin təzyiqi altında dağılmışdı.
I Mitridat (Parfiyalı)

Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Parfe
Parfe (от fr. parfait) -1894-cü ildən məşhur olan soyuq desertdir. == Haqqında == Qaymaq, şəkər tozu, vanildən ibarət olub, dondurulmuş metal formada olur. Bəzən parfeyə çalınmış yumurta da tökülr.Tarixən parfe fransız deserti olmuşdur. Bundan əlavə kulinarlar amerikan parfesi də hazırlayırlar ki, buna da dondurma və digər inqridiyentlər də qatılır. Aromatlışdırıcı kimi kofe, kakao, tünd şokolad, meyvə konservləri də qatılır. Parfeni stakanlardan da təqdim edirlər.
Parfenon
Parfenon (q.yun. Παρθενώνας) — Afinanın məbədi, e.ə. V əsrdə Afina Akropolunda inşa edilib. Qədim Yunanıstanın bu günə qədər qorunan tikililəri arasında ən məşhuru Parfenondur. O, Qədim yunan memarlığının ən böyük əsəri olaraq qəbul edilir. Xarici cəbhədə istifadə edilən heykəltaraşlığın yunan sənətinin ən yüksək nöqtəsi olduğu düşünülür. Dünyanın ən böyük mədəni abidələrindən biri olaraq Parfenon Qədim Yunanıstanın və Afina demokratiyasının da simvoludur. Məbəd Dori üslubunda inşa edilib. Parfenon adının Afina Parfenosun heykəlindən gəldiyi zənn edilir. Bu heykəl Fidi tərəfindən fil dişi və qızıl istifadə edilərək düzəldilib və Afinanın sifəti parfenos (παρθένος, bakirə) tanrıçanın bəkarətini simvolizə edir.
Parfiya
Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır. E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin satraplıqlarından biri kimi siyahıya alınmış, sonra Selevkilər dövlətinin tərkibində olmuşdur. E.ə. 250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Parfiya–Roma müharibələri
Parfiya–Roma müharibələri — Yaxın Şərqdə hegemonluq uğrunda Parfiya və Roma dövlətləri arasında müharibə ardıcıllığı. Münaqişə eramızdan əvvəl 54-cü ildə başlamışdır və bizim eranın 226-cı ilində Parfiyanın süqutu ilə başa çatmışdır. Sasanilər sülaləsi onun yerində yeni dövlət qurmuş, Şərqdə Romanın yeni əsas rəqibinə çevrilmişdir. Parfiyanın həyata keçirdiyi ilk hücum cəhdləri dəf edilmişdir. Eramızdan əvvəl I əsrdə Romada baş verən vətəndaş müharibəsi zamanı parfiyalılar Brut və Kassiyə fəal dəstək vermiş, Suriyanı işğal etmiş və Levantdakı əraziləri fəth etmişdir. Buna baxmayaraq, Romada ikinci vətəndaş müharibəsinin başa çatması ilə Qərbi Asiyada Roma hakimiyyəti dirçəlmişdir.
Parflar
Parflar — Parflar mürəkkəb etnogenezisə mənsubdurlar. == Etnogenez == Antik dövrdə Mərkəzi Asiyanın çöllərində parf adlı tayfa köç edirdi. Bu tayfa bəzi qaynaqlarda Daxa adlanırdı. Təqribən eradan əvvəl III əsrdə bu tayfanın bəzi qolları daxlar adı altında birləşdilər. Daxların aparıcı tayfası parna adlanırdı. Parna tayfasından məşhur Parfiya şahları I Arsak və I Tiridat çıxmışdı. Parna sonralar üç qrupa bölündü: Parflar, Parslar, Martlar. I Arsak daxları birləşdirib əyləşdirdi. Onlar qədim İran qaynaqlarında Apartik adlanan ərazidə yerləşdilər. Əkinçiliklə məşğul olmağa başladılar.
Parfümer
Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. == Tarixi == Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.
Parfümer (roman)
Ətriyyatçı: bir qatilin tarixçəsi — alman yazıçısı Patrik Züskindin 1985-ci ildə nəşr edilmiş romanı. Romanın motivləri əsasında eyniadlı film (Əttar: bir qatilin tarixçəsi) çəkilmişdir. == Həmçinin bax == == İstinadlar == == Xarici keçidlər == Ətriyyatçı (Bir qatilin tarixçəsi).
Roma–Parfiya müharibələri
Parfiya–Roma müharibələri — Yaxın Şərqdə hegemonluq uğrunda Parfiya və Roma dövlətləri arasında müharibə ardıcıllığı. Münaqişə eramızdan əvvəl 54-cü ildə başlamışdır və bizim eranın 226-cı ilində Parfiyanın süqutu ilə başa çatmışdır. Sasanilər sülaləsi onun yerində yeni dövlət qurmuş, Şərqdə Romanın yeni əsas rəqibinə çevrilmişdir. Parfiyanın həyata keçirdiyi ilk hücum cəhdləri dəf edilmişdir. Eramızdan əvvəl I əsrdə Romada baş verən vətəndaş müharibəsi zamanı parfiyalılar Brut və Kassiyə fəal dəstək vermiş, Suriyanı işğal etmiş və Levantdakı əraziləri fəth etmişdir. Buna baxmayaraq, Romada ikinci vətəndaş müharibəsinin başa çatması ilə Qərbi Asiyada Roma hakimiyyəti dirçəlmişdir.
İvan Parfyonov
İvan İvanoviç Parfyonov – 17-ci yeger alayının komandiri (1810-1816). == Həyat və fəaliyyəti == 16 yaşında Kuban Yeger korpusunun 4-cü batalyonunda kapral kimi hərbi xidmətə başlamışdır. 1797-ci ildə 18-ci Yeger polkunun unter-zabit heyətinə daxil olmuş, iki il sonra podporuçik rütbəsi almışdır. 1796-cı ildən hərbi əməliyyatlarda iştirak edib. Bambak ekspedisiyası zamanı podpruçik rütbəsi alıb. Gəncənin mühasirəsi zamanı rota komandiri idi. Gəncənin tutulmasına görə III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. 1805-ci ildə mayor, bundan cəmi iki il sonra isə podpolkovnik rütbəsi alıb. Bir müddət Gəncə qalasının komendantı da olmuşdur. === 1805-ci ilin iyun ayında karyerasında uğursuzluq === Bu zaman Şəki xanlığı ərazisində - Səlim xanın iqamətgahı olan Nuxa qalasından 20 verst (təxm.
Leonid Parfyonov
Leonid Gennadieviç Parfyonov (rus. ́Леонид Геннадьевич Парфёнов; (doğ. 26 yanvar 1960, Çerepovets, Voloqda vilayəti) — sovet və rus jurnalisti, teleaparıcısı, rejissoru, yazıçısı və ictimai xadimi. Televiziya və kitab layihələrinin, həmçinin bir çox sənədli filmlərin müəllifi, beşqat "TEFİ" mükafatı laureatı (1995, 1999, 2000 (xüsusi mükafat), 2002 və 2004), "Parfenon" YouTube kanalının və orada gedən "Nmdni" sənədli serialının müəllifi. == İstinadlar == == Xarici keçidlər == Yuri Dudun Leonid Parfyonovla müsahibəsi.
Parfiya dövləti
Parfiya, Arşakilər, Arşaklar, Arşaqlar, Əşqanilər, Əşkanilər (Farsca: اشکانیان Əşkâniyân) (e.ə 247 - b.e 224) — Arşakilər dövləti kimi də adlandırılan Parfiya qədim İran və İraqa böyük mədəni və siyasi təsir göstərmiş İran əsilli dövlətdir. Parni tayfasının rəhbəri I Arşak e.ə 3-cü əsrdə İranın şimal-şərqində Selevki dövlətinə qarşı üsyan qaldırmış Parfiya vilayətini işğal edərək dövlətin əsasını qoymuşdur. I Mitridat (e.ə 171 - 138) isə Selevkilərlə vuruşmalarda Midiya və Mesapotamiyanı işğal edərək dövləti daha da gücləndirir. Ən qüdrətli zamanlarında imperiyanın sərhədləri Şərqi Anadoludan başlayaraq Şərqi İrana qədər geniş bir ərazini əhatə etmişdir. Böyük İpək Yolu üzərində yerləşən Parfiyada ticarət və iqtisadiyyat böyük sürətlə inkişaf edirdi. Parfiya Fars, Ellin və yerli mədəniyyətləri ustalıqla improvizə edərək özünəməxsus mədəniyyət imperiyası formalaşdırır. Quruluşunun ilk dövrlərində Arşakilər idarəçilik sistemlərində yunanları nümunə götürsə də, sonda İran ənənələrini davam etdirən idarəçiliyi mənimsədilər. Arşaki hökmdarları sələfləri Əhəmənilər kimi "Şahlar Şahı" titulunu daşıyırdılar. Öz sələfləri Əhəmənilərin qüvvətli mərkəzi dövlət sistemindən fərqli olaraq isə Arşakilər bir çox yerli hökmdarları vassal kimi qəbul edirdilər. Parfiya hökmdarları öz sərhədlərini genişləndirdikcə ölkənin paytaxtını Nisadan Tiqris çayı sahilindəki Ktesifona köçürdülər.