Cinsi partnyor
Cinsi partnyor cinsi əlaqədə olan insanlara verilən addır. Cinsi partnyorlar istənilən cinsə və yaxud da hər hansısa bir cinsi oriyentasiyaya məxsus ola bilərlər. İnsanlar bir-birləri ilə evli, nişanlı, sevgili və ya dost ola bildikləri kimi, bir-birlərini tanımadan təsadüfi cinsi əlaqədə də ola bilərlər. Onlar bir-birlərini tanıya və yaxud da bir-birlərinə yad ola bilərlər. Yad insanlar bir-birləri ilə bir gecəlik münasibətdə və yaxud da fahişələr vasitəsilə münasibət yarada bilərlər. Çox vaxt xoşa gəlməyən bir hadisə olsa da, bir insanın eyni anda bir neçə cinsi partnyorunun da olması mümkündür.
Bu termin təcavüz və yaxud da qeyri-ixtiyari intim münasibətlərə girənləri ifadə etmir.