PAVİAN

сущ. зоол. павиан (крупная обезьяна с удлинённой мордой, обитающая в Африке и Аравии)
PAUZA
PAVİLYON
OBASTAN VİKİ
Cek (pavian)
Cek (ing. Jack) və ya ləqəbi ilə Siqnalçı Cek (ing. Jack the Signalman; ö. 1890) – Cənubi Afrikada fiziki məhdudiyyətli dəmiryol siqnalçısı olan sahibinə kömək etməsi ilə məşhurlaşan çakma pavianı.1880-ci ildə Cənubi Afrikada Port-Elizabet ilə Keyptaun şəhərləri arasındakı dəmiryolunda işləyən Ceyms Uid adlı fiziki məhdudiyyətli dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzlərə çobanlıq edən paviana rast gəldi. Meymunun bacarıqlarından təsirlənən Uid onun sahibinə yaxınlaşaraq onu aldı, ona Cek adını verdi və onu öyrədərək şəxsi köməkçisinə çevirdi.Uidin gündəlik həyatda köməyə ehtiyacı var idi. İllər öncə hər iki ayağını da bir iş qəzası zamanı itirmişdi və bu, qatar stansiyasına gediş-gəlişini çətinləşdirirdi. Uidin kotteci stansiyadan yarım mil uzaqlıqda idi və onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək idi. Daha sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başladı. Əvvəlki sahibi Uidə xəbərdar etdi ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Bir gün Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi.
Pavian hamadril
Papio hamadryas (lat. Papio hamadryas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinin pavianlar cinsinə aid heyvan növü.
Pavianlar
Pavianlar (lat. Papio) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinə aid heyvan cinsi.

Digər lüğətlərdə