PAZI

(Basarkeçər, Bolnisi, Borçalı, Böyük Qarakilsə, Gədəbəy, Gəncə, İsmayıllı, Qarakilsə, Qazax, Naxçıvan, Ordubad, Şərur)
çuğundur. – Bi:lki pazı bıldırkınnan yaxşı oluf xeylax (Gədəbəy); – Pazı da de:rix’, çuğundur da (Şəmkir)
PAZGƏ
PAZIBAŞI
OBASTAN VİKİ
Pazırıq mədəniyyəti
Pazırıq mədəniyyəti—Dəmir dövrünə aid arxeoloji mədəniyyət. Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir. Pazırıq kurqanları ilk dəfə (Katandin kurqanı və Qazaxıstanda Berel şəhərində Pazırıq mədəniyyətinə aid olan məqbərədə yerləşən kurqan bura daxildir) 1865-ci ıldə öz « donuq » qəbirləri ilə açılmışdır. Elə həmin vaxt ilk dəfə olaraq buzda donaraq dövrümüzə gəlib çıxmış paltarlar da aşkarlanmışdır. Bu kurqandan tapılan tapıntılar içərisində ən qiymətli tapıntı hazırda Moskva dövlət Tarix muzeyində sərgiyə çıxarılmış Katandin qaftanıdır. Həmin muzeydə saxlanılan digər nadir əşya isə samur xəzindən və çin ipəyindən tikilmiş və formasına görə fraka bəzədiyindən elə frak da adlanan bir eksponatdır.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.

Значение слова в других словарях