PERSONALİZM

сущ. персонализм (религиозноидеалистическое направление современной философии, считающее личность первоосновой бытия)
PERSONAL
PERSPEKTİV
OBASTAN VİKİ
Personalizm
Personalizm (lat.persona-şəxsiyyət)-Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə ali şəxsiyyətin (Allahın) yaradıcı fəallığının təzahürü hesab edən cərəyan. P. Leybnitsin monadologiyası ilə ilə əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində yaranmışdır. Aləmin elmi-materialst anlayışına qarşı çıxan personalizmin konsepsiyasına görə təbiət ruh-"şəxsiyyətlərin" məcmusundan ibarətdir (Plüralizm), "Ali şəxsiyyət"-hər şeyə qadir Allahdır (Teizm). B. Boun, R. Flüellinq, E. Braytmen, E. Munye, J. Lakrua bu cərəyanın görkəmli nümayəndələri hesab olunurlar. Personalizmin formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ-də başlamışdır. Personalist fəlsəfənin əsas prinsipləri N. A. Berdyayev və L. Şestov tərəfindən formulə edilmişdir. Sonralar isə həmin ideyalar N. O. Losskinin, S. N. Bulqakovun, A. Belının, Vyaç. İvanovun yaradıcılığında öz əksini tapmışdır. Personalizmin Fransada yayılması həmin cərəyanın inkişafında xüsusi mərhələni təşkil edir. Onun ən böyük nümayəndəsi Emmanuel Munyedir (1905– 1950).

Digər lüğətlərdə