petuniya
peycer
OBASTAN VİKİ
Çao Pey
Çao Pey, Çao Pi (çin. sadə. 曹丕, pinyin: Cáo Pī, d.187–ö.29 iyun 226) — Vey hökmdarı, dahi Çin şairi və sərkərdəsi, Çao Çaonun konkubina Biandan olan oğlu, Çao Çjinin qardaşı, Vey sülaləsinin banisi. Çao Pey dünyaya gələrkən hələ onun atası Çao Çao adi orta dərəcəli perespektivsiz bir məmur idi. Uşaqlıq illəri müharibələrdə iştirak etdiyi üçün atasız keçmışdir. 211-ci ildə Çao Pey atasının — baş vəzir Çao Çaonun müavini təyin edilir. Bu illərdə hərbi yürüşlərdə onun böyük qardaşı Çao Am həlak olur və Çao Pey ailənin böyük oğluna çevrilir. Buna baxmayaraq Çao Çao onu varis kimi elan etməkdə tərəddüd edirdi. Çao Pey və Çao Çjau arasında qalan Çao Çao generalların məsləhətinə əsasən Çao Pey varis elan edilir. Ölkədəki nizam-intizamı saxlamaq baxımından, Çao Çjinin təcrübəsizliyi baxımından bu düzgün qərar sayılırdı.
Pey (kommuna)
Pey (fr. Peille) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş L'Eskaren kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 43,16 km², əhalisi — 2243 nəfərdir (2006) artım tendensiyası ilə: 2317 nəfər (2012), əhalinin sıxlığı 53,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 2304 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 2317 nəfər.
Lin Pey-vun
Lin Pey-vun (25 noyabr 1999) — Çin Taybeyini təmsil edən üzgüçü. Lin Pey-vun Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lin Pey-vun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.41 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Azərbaycanın milli telekommunikasiya peyki
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Barbara Peyton
Barbara Peyton(ing. Barbara Lee Payton), qızlıq soyadı Redfild (ing. Redfield; 16 noyabr 1927, Klokey, Minnesota, ABŞ — 8 may 1967, San-Dieqo, Kaliforniya, ABŞ) — amerikalı aktrisadır. Barbara Peyton 16 noyabr 1927-ci ildə ABŞ-nin Minnesota ştatının Klokey şəhərində anadan olmuşdu. Barbara Peyton dörd dəfə ailə həyatı qurmuşdu. Yeganə oğlu Con Li Peyton 14 mart 1947-ci ildə dünyaya gəlib. Barbara Peyton 8 may 1967-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində vəfat edib.
Beynəlxalq peyk və kosmik rabitə təşkilatları
Bu hazırda ən azı bir kommersiya kommunikasiya peyki olan bütün şirkətlərin siyahısıdır. Ümumdünya Teleport Assosiasiyası bütün fərdiləşdirilmiş kommunikasiya mənbələrindən əldə edilən gəlirlərə əsaslanan şirkətlərin siyahılarını dərc edir və teleportlar və peyk donanmalarının operatorlarını əhatə edir.
Bion (peyk)
Bion peyki , (həmçinin biocosmos adlandırılır). Onlar Kosmos peyklərinin bir hissəsi olub, Sovet (indiki Rusiya) Biopeyklər sırasına daxildir. Sovet biopeyk proqramı 1960-cı ildə Kosmos 110 adı ilə başlamışdır və 1973-cü ildə Kosmos605 ilə davam etmişdir. Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmik müəssisələr sahəsində əməkdaşlıq 1971-ci ildə ABŞ və Sovet İttifaqının Elm və Tətbiq Sazişinin (kosmik tədqiqat əməkdaşlığına dair razılaşma daxil edildi) imzalanması ilə başlanmışdır. 1969-cı ildə U.S biopeyk layihəsinin ləğvindən bir neçə il sonra, Sovet İttifaqı ilk dəfə 1974-cü ildə ABŞ-nin təcrübələrini Kosmos biopeykində keçirilməsini təklif etdi. Bu təklif 1975-ci ildə ABŞ-Sovet araşdırmasının Kosmos 782 missiyasının başlanması zamanı həyata keçirildi. Bion kosmik gəmisi Zenit peykinə əsaslanırdı və 1973-cü ildə başlaması ilə insanlara radiasiya təsiri problemlərinə əsas diqqət yetirildi. Başlanğıc proqrama Kosmos 110, 605, 690, 782, əlavə olaraq Zenit-2M kəşfiyyat peykləri üzərində uçan Nauka modulları daxildir. Nauka modulunda 90 kq-lıq avadanlıq ola bilərdi. Sovet / Rus Bion proqramı, ABŞ tədqiqatçılarını, Fundamental Kosmos Biologiya və biotibbi eksperimentlərin kosmosa buraxılması üçün bir platforma ilə təmin etdi.
Bob Peysli
Bob Peysli(ing. Bob Paisley; 23 yanvar 1919 – 14 fevral 1996, Liverpul) — ingilis futbolçu və baş məşqçi. 1939-cu ildə Mersisaydın qırmızı tərəfinə transfer olan Bob Paisley, 1946-47 mövsümündə bir çempionluq qazandığı, ardından 1951-də kapitan olduğu və 1954-də aktiv futbol həyatını sonlandırdığı Liverpulda, 15 il boyunca, qırmızı formanı tərlətdi.Bob Peysli, futbolu buraxmasının ardından Liverpulda qaldı və ehtiyat komandada məşqçiliyi və əsas komandada fizyoterapistlik etməyə başladı. Onu Liverpul tarixinin ən çox uğur qazanan məşqçisi kimi qəbul edə bilərik. Bill Şenklidən sonra Liverpulun başına gələn ən yaxşı məşqçi. Avropanın kralı Peysli. 1 Dekabr 1959-cu ildə, Böyük Adam Bill Şenkli, 2-ci liqadakı Liverpulun başına keçdi. . Şenkli, Bob Peysli və Co Feqan köməkçiləri olaraq yanına aldı və 1962-ci ildə, klubu 8 illik ikinci liqa kabusundan çıxartdı. Bob Peysli, üç liqa, iki federasiya kuboku (FA), bir UEFA Kuboku zəfərindən sonra 1974-də məşqçiliyi buraxan Şenklidən bayrağı götürdü. İlk ilində Liverpulu liqada ikinci etməsi fanatları üzdü.
Bulbophyllum peyerianum
Bulbophyllum peyerianum (lat. Bulbophyllum peyerianum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum peyrotii
Bulbophyllum peyrotii (lat. Bulbophyllum peyrotii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
COVID-19 qarşı peyvənd
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Con Peyn
Con Peyn (d. 19 aprel 1870 - ö. 1 avqust 1951) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb. Con Peyn 1870-ci ilin 19 aprel günündə anadan olub. 1951-cü ilin 1 avqust tarixində isə ömrünün 81-ci yaşında vəfat edib. Con Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 552 xal topladı və doğma qardaşı Samner Peyni arxada qoyaraq I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Cərcis Peyğəmbər ziyarətgahı
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur. İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir. Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir.
Dactylis peylii
Davud peyğəmbər
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Desdemona (Uranın peyki)
Desdemona (ing. Desdemona) Uranın daxili peyklərindən biridir. O, Voyecer 2-nin 1986 13 yanvar tarixindəki uçuşu nəticəsində əldə edilən şəkillər vasitəsilə kəşf edilmiş və qısa müddətliyinə S/1986 U 6 adı verilmişdi. Desdemona adı isə Uilyam Şekspirin Otello tamaşasındakı Otello obrazının həyat yoldaşından götürülmüşdür. Digər bir adı X Urandır. Desdemona Bianka, Kressida, Cülyetta, Portia, Rozalind, Kupid, Belinda və Perditanın da daxil olduğu peyklərin Portia qrupuna aid olunur. Bu peyklərin bir birlərinə bənzəyən orbitləri və fotometrik xüsusiyyətləri var. Desdemona haqqında orbiti, 32 km-lik radiusu və 0.08-lik geometrik albedosu xaricində, demək olar ki, əhəmiyyətli heç nə bilinmir. Voyacer 2-dəki şəkillərdə Desdemona uzunsov və əsas oxu Urana tərəf yönələn cisim kimi görünür. Səthi bozumtul rəngdədir.
Desdemona (peyk)

Despina (Neptunun peyki)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Despina (peyk)

Diona (Saturnun peyki)
Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir. Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı. 1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Vilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.
Diona (peyk)

Disnomiya (peyk)
Disnomiya — cırtdan planet Eridanın peykidir. 2005-ci ildə Mayk Braun tərəfindən kəşf olunub. Adlandırılması zamanı qədim yunan mifologiyasında - qanunsuzluq ruhu (yunan sözü Δυσνομία belə tərcümə olunur), nifaq ilahəsi Eridanın qızı Disnomiyanın şərəfinə seçilmişdir.
EUMETSAT (peyk sistemi)
EUMETSAT peyk sisteminin quraşdırılmasında məqsəd hava proqnozlarının tərtibatı üçün yeni informasiyaların hər beş dəqiqədən bir əldə edilməsidir. EUMETSATın tərkibində quraşdırılmış DAWBEE sputnik stansiyasında məlumatlar on beş dəqiqədən bir təzələnir. Qeyd edək ki, bu sistem yalnız faktiki havanı, hava axınlarının istiqamət traektoriyasına siklon və antisiklonların hərəkət mexanizmi, buludsisttemlərini, yağıntıları, qar örtüyünü,. Tepperatura (torpaq, dəniz, hava) görünüşü, duman. Reflektiv şüalanma, insolyasiya, albedo, atmosferdəki su buxarının, karbonun (CO2), ozonun (O3), paylanmasını, havanın tozlanma dərəcəsini eyni zamanda təhlükəli hidrometeoroloji hadisələri, şimşək və qasırğaların intansivliyini yer səthində quraqlıq ərazilərinin paylanması, yanğınların baş verməsi, divergensiya və s. Meteoroloji amilləri əks etdirir.
Edvard Qraham Peyli
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d]) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
Elara (peyk)
Elara — Yupiterin təbii peyklərindən biridir. Çarlz Dillon Perrena tərəfindən 1905-ci ildə kəşf edilmişdir. Yupiterin 8-ci ən böyük peykidir. Adı Yunan tanrılarında Zevsin sevgililərindən biri olan Elaradan gəlir. 1975-ci ilə qədər Yupiter VII olaraq adlandırılmışdır.
Ellen Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Elliot Peyc

Ellsuert Peyn Killip
Ellsuert Peyn Killip (ing. Ellsworth Paine Killip; 2 sentyabr 1890, Roçester[d], Nyu-York ştatı – 21 noyabr 1968, Redlends[d], Kaliforniya) — Amerika botaniki. Ellsuert Peyn Killip 2 sentyabr 1890-cı ildə Nyu-York ştatının Roçester şəhərində anadan olmuşdur. Roçester Universiteteini 1911-ci ildə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 1917-ci ilə qədər Roçester Elmlər Akademiyasında işləmişdir. 1918-ci ildən 1919-cu ilədək hərbi həkim olmuşdur və bu dövrdə Fəxri Legion Ordeninə layiq görülmüşdür. Birinci dünya müharibəsi bitdikdən sonra Elluest Peyn botanika sahəsində biliklərini artırmağa davam etmişdir və Smitsonian İnstitutunun botanika bölməsində çalışmışdır. 1946-cı ildə baş kurator təyin olunmuşdur. 1950-ci ildə təqaüdə çıxmışdır. 21 noyabr 1968-ci ildə Ellsuert Peyn Kaliforniya ştatının Redlends şəhərində vəfat etmişdir.

Значение слова в других словарях