PİŞTAXTA

is. [ fars. ] Mağazada, dükanda satıcı ilə alıcını bir-birindən ayıran, üstündə mal göstərilən və buraxılan, qabaq tərəfi bağlı uzun stol.
[Əmirmərduq:] Dərzi malı piştaxtanın üstünə qoyub açdı, qayçını götürdü və birdən bir şərqi oxudu. Çəmənzəminli.
İlyas piştaxtanın üstündən əyilib, divardakı paltarlara diqqətlə baxdı. Mir Cəlal.

// Bazarda, bufetdə və s.-də üstündə şey satmaq üçün xüsusi stol. Göyərtini piştaxtanın üzərinə düzmək.

Этимология

  • PİŞTAXTA Piş farsca “qabaq tərəf” deməkdir. Alın farsca pişani (öndə olan) sözü ilə ifadə olunur. Pişani boland “alnı açıq” (hərfən: “alnı yuxarı, üzü ağ”) dem
PİŞROV
PİŞTO

Значение слова в других словарях