POLYARLAŞMIŞ

прил. физ. поляризованный. Polyarlaşmış işıq поляризованный свет, polyarlaşmış şüa поляризованный луч
POLYARLAŞMAQ
POLYAROİD
OBASTAN VİKİ
Polyarlaşmış işıq
Polyarlaşmış işıq-elektrik vektoru (yaxud maqnit vektoru), işığın yayılma istiqamətinə perpendikulyar müstəvidə bütün istiqamətlərdə eyni cür olmayan işıqdır. Təbi işıq-elektrik vektoru (yaxud maqnit vektoru), işığın yayılma istiqamətinə perpendikulyar müstəvidə bütün istiqamətlərdə eyni cür olan işıqdır. İşığın kimyəvi, bioloji, fizioloji və s. təsirləri əsas etibarı ilə elektrik vektoru ilə baş verir ona görə də polyarlaşma hadisəsində və onun izahında həmişə elektrik vektorundan bəhs edəcəyik(E). Müstəvi polyarlaşmış işıq-elektrik vektorunun rəqsləri yalniz bir istiqamətdə baş verən rəqslərdir. Qismən polyarlaşmış işıq-E vektorlarının rəqs istiqamətlərindən biri qalan istiqamətlərə nəzərən üstünlük təşkil edən işıqdır. Polyarizator-tərəflərindən biri kristal oxuna paralel olmaq şərti ilə kəsilmiş kristaldır(məsələn:turmalin)ki, işıq dəstəsi ondan kecdikdə xətti(müstəvi)polyarlaşmış işıq olur. İşığın polyarlaşması-işıq dalğalarının eninə dalğalar olduğunu təsdiq edir.Eninə dalğalar-yayılma istiqaməti rəqslərin yaranma istiqamətinə perpendikulyar olan dalğalardır. Analizator-polyarlaşmış işıgın qarşısına qoyulan polyarizatordur.Analizaroru fıratdıqda ekranda işığın intensivliyi dəyişir. Kristalların oxları bir-birinə paralel olduqda işıqlanma maksimum, perpendikulyar olduqda isə minumum olur.İşıq adi güzgüdən qayıtdıqda və polyaroid adlanan löhvədən qayıtdıqda da polyarlaşır.