Professor

lat. professor – müəllim, rəhbər, tərbiyəçi, öyüd, nəsihət verən 1) ali məktəblərdə və elmi tədqiqat müəssisələrində elmi-tədqiqat işlərinə rəhbərlik edən şəxsə verilən ən yüksək elmi ad, vəzifə, adətən, doktorluq dissertasiyası müdafiə edən şəxslərə verilir. Lakin, bəzən yüksək elmi tədqiqat işləri, elmi əsərləri olan elmlər namizədlərinə də bu vəzifə verilir; 2) ali məktəbdə mühazirə oxuyan yüksək ixtisaslı mütəxəssis; 3) Azərbaycan Respublikasının məktəblərində elmi rütbə.
Professional
Profil
OBASTAN VİKİ
Hüseyn Hüseynov (professor)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor == Həyatı == Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977–1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980–1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982–1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993–2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Hüseyn Məmmədov (professor)
Hüseyn Məmmədov (d. 02 iyun 1974, Şərur rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru. == Həyatı == Hüseyn Mikayıl oğlu Məmmədov 02 iyun 1974-cü ildə Azərbaycanın Şərur rayonunda dünyaya göz açmışdır. Ailəlidir. Üç övladı var. == Təhsili == 1996-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu olmuşdur. 1996–1999-cu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının aspiranturasında təhsil alıb. 2000-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2017-ci ildə isə fizika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professorudur. == Elmi və pedaqoji fəaliyyəti == 2000–2006-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının assistenti, 2006–2016-cı illərdə həmin kafedranın dosenti, 2016–2019-cu illərdə BDU-nun Fizika fakültəsinin dekan müavini, 2019–2020-ci illərdə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb.
Hüseyn Xəlilov (professor)
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn İsmayılov (professor)
Həsən Hüseynov (professor)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Həsən Quliyev (professor)
Həsən Quliyev (azərb. Həsənağa Məmmədağa oğlu Quliyev‎; 1 aprel 1935-ci il, Bakı şəhəri) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü (1998), filologiya elmləri doktoru (1982), professor (1984). == Həyatı == Həsən Quliyev 1935-ci il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1953-cü illərdə dülgər işləmiş, daha sonra 1953-1957-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutunda təhsil almışdır. == Fəaliyyəti == Həsən Quliyev M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda laborant, 1957-1966-cı illərdə Bakının Yasamal rayonundakı 20 saylı fəhlə-gənclər məktəbində müəllim işləmişdir. Eyni zamanda M.F.Axundov adına APİ-də müəllim, 1963-1978-ci illərdə dosent, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dosent olmuşdur. 1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi işlədiyi müddətdə müdafiə edib doktorluq elmi dərəcəsi almışdır. Həsən Quliyev 1984-1987-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin rus dili və ədəbiyyatı kafedrasında professor, 1987-1993-cü illərdə ədəbiyyat və rus dili kafedrasının müdiri olmuşdur. Quliyev 1993-cü ildən həmin kafedranın professorudur. Həsən Quliyevin 5 fevral 1964-cü ildə Kristofer Marlonun anadan olmasının 400 illiyinə həsr etdiyi məqalə "Baku" qəzetində dərc olunmuşdur.
Həsən Sultanov (professor)
Həsən Abbas oğlu Sultanov (9 may 1932, Soyulan, Tərtər rayonu – 2014, Bakı) — Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru (1986), həkim-cərrah. Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin I-cərrahi xəstəliklər kafedrasının müdiri (1990–2012). == Həyatı == Həsən Sultanov 1932-ci ilin may ayının 9-da Tərtər rayonunun Soyulan kəndində anadan olmuşdur. 1939–1943-cü illərdə Söylən kənd ibtidai məktəbində təhsil almış, oranın 4-cü sinfini bitirmiş, təhsilini qonşu Evoğlu kəndində davam etdirmiş və 1947-ci ildə 8-ci sinfi başa vurmuşdur. 1949-cu ildə Tərtər şəhər orta məktəbini bitirmişdir. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olur. IV kursu bitirdikdən sonra Rusiya Federasiyasının Samara Dövlət Tibb Universitetinin (keçmiş Kuybışev Dövlət Tibb İnstitutu) hərbi tibb fakültəsinə köçürülür. 1955-ci ildə həmin fakültəni bitirərək hərbi həkim ixtisasına yiyələnir. 1955–1957-ci illərdə Murmansk vilayətində hərbi hospitalda hərbi həkim kimi fəaliyyət göstərir. 1957-ci ildə ordu sıralarından tərxis olunaraq Azərbaycana qayıdır.
Kərim Kərimov (professor)
Kərim Abulxaliq oğlu Kərimov (1917, Hil – 1987) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. == Həyatı == Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə bu universiteti bitirmişdir. Kərim Kərimov 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950–1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik edib. 1959-cu ildən başlayaraq professor K. Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriyada materialların dinamik xassələrinin keçirilmiş tədqiqinə baxılmış və tədqiqatlar üçün nəzəri əsaslar verilmişdir. Əvvəllər hər hansı eksperimental bazanın olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Dinamik möhkəmlik üzrə materilların dinamik xassələrinin tədqiqini akad. X. A. Raxmatulinin və prof.
Mahir Əliyev (professor)
Mahir Əliyev (azərb. Əliyev Mahir Məhəmməd oğlu‎; 30 noyabr 1956, Qasım İsmayılov rayonu – 10 aprel 2021, Bakı) — Tibb üzrə elmlər doktoru (2011), Professor (2018). == Həyatı == 30 noyabr 1956-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1963–1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxumuşdur. 1973–1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1991-ci illərdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, 1991–2017-ci illərdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru olmuşdur. === Vəfatı === 10 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1978–1982-ci illərdə Baki şəhəri, 5 saylı stomatoloji poliklinikasında və Respublika Stomatoloji Mərkəzində — həkim-stomatoloq işləmişdir. 1982–1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda məqsədli aspirantura təhsilini almışdır. === Elmi fəaliyyəti === 1986-cı ildə tibb elmləri namizədi, 1991-ci ildə dosent (AAK), 2011-ci ildə Tibb üzrə elmlər doktoru, 2018-ci ildə professor adını almışdır.
Murad Mahmudov (professor)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954–1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957–1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970–1979-cu illərdə — Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979–1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988–2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002–2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir.
Musa Məmmədov (professor)
Məmmədov Musa Nəsib oğlu (1940, Gədəbəy – 17 mart 2022, Bakı) ― geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Musa Məmmədov 1940-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1966-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirmişdir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 1 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. 1984-cü ildə "Talışın qələvi-bazalt və qələvi-ultraəsasi formasiyalarının petroloji xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1999-cu ildə "Kiçik Qafqazın və Talışın Üst Təbaşir və Eosen yaşlı maqmatik formasiyalarının petrologiyası və geokimyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adına layiq görülmüşdür. Musa Məmmədov 17 mart 2022-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. == Əmək fəaliyyəti == 1966–2000-ci illərdə — AMEA Geologiya İnstitutu 2000–2014-cü illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru. 2019–2022-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin rəhbəri.
Mustafa Mustafayev (professor)
Mustafa Mir Qasım oğlu Mustafayev — filologiya elmləri namizədi, professor == Həyatı == Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev - Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur. 1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir. 1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "dil-ədəbiyyat" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana beş il təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir. 1958-ci ildən Bakıya köçmüş, Xəzər gəmiçiliyi idarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır. 1961-ci ilin yanvarın 1-də "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur.
Məcid Hüseynov (professor)
Məhəmməd Həsənov (professor)
Məhəmməd Həsənov (20 mart 1930, Daşkəsən, Qaryagin qəzası – 1 iyul 1998) — Bakı Dövlət Universitetində professor. == Həyatı == 1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. == Fəaliyyəti == 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda, M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetində çalışmışdır. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru idi. 1962-ci ildə "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, bir sıra elmi əsərlərin redaktoru, N. Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü idi.
Məhərrəm Məmmədov (professor)
Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; d. 10 oktyabr 1958, Əlvənd, Zərdab rayonu) — Bakı Dövlət Universiteti, Türkologiya kafedrası, Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor. 2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri. == Həyatı == 10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur. 1981-1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir. 1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir. == Təhsili == 1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir. 1975-1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur. 1986-1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur. 1990-1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Məmməd Cəfərov (professor)
Məmməd Cəfərov (Cəfərov Məmməd Xanhüseyn oğlu; d. 1957. Qaçaqkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi; K.İ.Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının parazitologiya və heyvanların invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Cəfərov Məmməd Xanhüseyn oğlu 1957-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini “kimya” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fiziki Kimya və Kataliz İnstitutunun məqsədli aspiranturasına qəbul olunub və aspirantura təhsilinin bütün dövrü üçün SSRİ Elmlər Akademiyasının Fizioloji Aktiv Maddələr İnstitutunun təbii maddələrin tədqiqinin struktur və nəzəri yolları laboratoriyasına göndərilib. M.Cəfərov 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvi Kimya İnstitutunun steroidlər kimyası laboratoriyasında təcrübə keçib. 1988-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almaq üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində “C/D bağlanmasının “ikimərkəzli dövretmə” vasitəsilə steroidlərin izomerləşməsinin rentgenostruktur tədqiqi” mövzusunda dissertasiya müdafiə edib. 1986-1991-ci illərdə elmi işçi vəzifəsində çalışıb. 1990-cı illərdə müxtəlif təşkilatlarda konsultant, kommersiya bölməsinin rəhbəri işləyib, LBO monokristallarının istehsalı və kardiotonik steroidlərin tam sintezi üzrə laboratoriya yaradıb.
Məmməd Məmmədov (professor)
Məmməd Mahmud oğlu Məmmədov (1 yanvar 1930, Birinci Şıxlı, Gəncə dairəsi – 9 aprel 2006, Bakı) — Azərbaycan alimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Məmməd Mahmud oğlu Məmmədov 1930-cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1952–1955-ci illərdə aspiranturada oxumuş, 1958-ci ildə "Cəlil Məmmədquluzadənin bədii nəsri" mövzusunda namizədlik, 1969-cu ildə isə "M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Məmməd Məmmədov 1956–1970-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1970-ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976–1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989–1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, Naxçıvan və Təfəkkür Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin "Dram və nəsr əsərləri"nin (Bakı, 1958) və M.Ə.Sabirin "Hophopnamə"sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, 1962 və 1965; iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir.
Məmməd Əliyev (professor)
Məmməd Əliyev (tam adı: Əliyev Məmməd Novruz oğlu; 18 sentyabr 1942, Tovuz) — fizika — riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti "Bərk cisimlər fizikası" kafedrasının müdiri, professor. == Həyatı == 18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1959–1964-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil almışdır. 1964–1967-ci illərdə Kazan Universitetində aspirant, 1967–1969-cu illərdə isə stajor olmuşdur. 1969-cu ildə "Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər" mövzusunda Kazan Universitetində namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə "Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent elmi adı almışdır. 1991-ci ildə professor elmi adı almışdır. Məmməd Əliyev 1969-cu ildən 1991-ci ilə kimi Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında müəllim, baş müəllim,dosent, professor vəzifələrində işləyib. 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Tibb Universiteti Biofizika kafedrasının müdiri olmuşdur.
Məmmədəmin Əfəndiyev (professor)
Məmmədəmin Mustafa oğlu Əfəndiyev (23 sentyabr 1897, Şamaxı rayonu – 1984, Bakı) — Tibb elmləri doktoru, professor, Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri. == Haqqında == Məmmədəmin Mustafa oğlu Əfəndiyev 1897-ci il sentyabr ayının 23-də Şamaxı rayonunda anadan olmuşdur. M. M. Əfəndiyev 1934-cü ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1936-cı ildə professor elmi adını almış, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) 1-ci müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər propedevtikası kafedrasının professoru vəzifəsində işləmişdir. Professor M. M. Əfəndiyevin elmi tədqiqatları, əsasən kurortologiya, neft sənayesi işçilərinin peşə xəstəlikləri və tibb tarixi problemlərinə həsr edilmişdir. Rus dilindən bir neçə daxili xəstəliklər dərsliyini (müəllifləri: M. V. Çernorudski, M. P. Konçalovski, A. L. Myasnikov) tərcümə etmiş, Azərbaycan dilində tibb termin-lərinin işlənib hazırlanmasında böyük xidməti olmuşdur. Respublikada malyariya xəstəliyinin aradan qaldırılmasında böyük işlər həyata keçirmişdir. O, neftçilər arasında təsadüf edilən peşə xəstəliklərinin profilaktika və müalicə üsullarını öyrənmişdir. Əfəndiyevin ixtisaslı kadrlar hazırlanmasında xidmətləri var. Professor M. M. Əfəndiyev 1944-cü ildən ömrünün sonuna qədər Azərbaycan Tibb İnstitutu I Daxili xəstəliklər propedevtikası kafedrasının müdiri olmuşdur. 1954-cü ildən ömrünün sonuna qədər Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri olmuşdur.
Nadir Məmmədli (professor)
Nadir Məmmədli (tam adı: Nadir Baloğlan oğlu Məmmədov; 19 sentyabr 1959, Bülbülə) — Azərbaycan alimi və naşiri; filologiya elmləri doktoru (2001), professor (2004); AMEA Dilçilik İnstitutunun baş direktoru (2021); Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Nadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində doğulub. 1977-1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1997-ci ildə ailə həyatı qurub. Və 1998-ci ildə qızı Ülya Məmmədli, 1999-cu ildə oğlu İnal Məmmədli, 2008-ci ildə sonuncu övladı Ünay Məmmədli dünyaya gəlib. == Təhsili == 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1989–1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992–1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib. 1985–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, 1992-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır.
Namiq Əhmədov (professor)
Əhmədov Namiq Abduləvvəl oğlu (1949, Nuxa) — fizika-riyaziyyat elmləri doktoru (1991). == Həyatı == Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır.
Nazim Məmmədov (professor)
Nazim Məmmədov (azərb. Nazim Akif oğlu Məmmədov‎; 8 oktyabr 1958, Bakı) — professor. == Həyatı == Nazim Məmmədov 1958-ci il oktyabr ayının 8-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası tibb elmləri doktoru, professor Akif Əliş oğlu Məmmədov (1928-1985) Azərbaycan Tibb İnstitutuda və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Biokimya kafedrasının müdiri olmuş, anası Rəna İsgəndər qızı Əliyeva (1932-2016) tibb elmləri doktoru, dosent, pediatriya və virusologiya sahəsində işləyib. Babası İskəndər Əli oğlu Əliyev (1906-1972) 1936-cı ildə Azərbaycan SSR Xalq Yüngül Sənaye naziri və SSRİ Ali Sovetinin deputatı olub. Nənəsi Pəri Əbdülhüseyn qızı Həsənova (1908-1992) Azərbaycanın ilk qadın jurnalistlərindən olub. Pəri Həsənova 1930-cu illərdə "Şərq Qadını" jurnalıda məsul katib olub. Nənəsinin qardaşı Dr. Dadaş Həsənov (Həsənzadə) 1923-1926-cı illərdə Müsavat partiyasının Mərkəzi Komitəsinin (MK) sədri olub. === Təhsili === Nazim Məmmədov 1975-ci ildə orta məktəbi, 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
Professor
Professor (lat. profiteri – özünü ictimaiyyətə müəllim kimi təqdim etmək) — elmi ad. İlk dəfə "professor" termini eradan əvvəl I əsrin ortalarında Roma imperiyasında işlədilib. XVI əsrdən rəsmi statusdur (ilk dəfə Oksford universitetində). Bir sıra ölkələrdə (Avstriya, Belçika və s.) yalnız ali məktəblərin deyil, həm də orta məktəblərin, ABŞ-də isə kolleclərin müəllimləri də professor adlanır. Azərbaycan Respublikasında professor adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilir.
Professor Moriarti
Professor Ceyms Moriarti (ing. Professor James Moriarty) — Şerlok Holms haqqında əsərlərin baş mənfi personajı, güclü kriminal təşkilatın rəhbəri, kriminal dünyanın dahisi. O ancaq "Sonuncu iş" hekayəsində peyda olsa da, bir çox hekayələrdə törədilən cinayətlərin arxasında məhz onun durması şübhəsizdir. Artur Konan Doyl Şerlok Holmsu öldürmək istəyərkən bunu məhz Moriartinin əli ilə etmişdi. Hesab olunur ki, o Moriarti personajını məhz bu səbəbdən yaratmışdı. "Sonuncu iş" hekayəsində Holmsla Moriarti Reyxenbax şəlaləsinə yıxılsalar da, Holms bu qarşıdurmadan sağ çıxır. == Personajın təsviri == "Şerlok" adı kimi "Moriarti" də qədim irland adıdır və irland köklərinə malik olan Artur Konan Doyl tərəfindən əsərlərdə irland adlarından istifadə edilməsində qeyri-adi heç nə yoxdur. "Sonuncu iş" hekayəsində Şerlok Holms öz düşmənini "Professor Moriarti" adlandırır və onun adını bizə söyləmir. Şerlok Holmsun "dirilərək" qayıtdığı "Boş ev" hekayəsində isə məşhur detektiv öz düşmənini "Professor Ceyms Moriarti" adlandırır. Şerlok Holms onu belə təsvir edir: Bəzi müəlliflər hesab edirlər ki, burada "kiçik universitet" dedikdə, Lids Universiteti nəzərdə tutulur, bəziləri isə Durham Universitetini təklif edirlər.
Professor İks
Professor Çarlz Frensis Xavier (ing. Charles Francis Xavier) və ya Professor İks (ing. Professor X) — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır. Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir.
Niftalı Qocayev (professor)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). == Həyatı == Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M. V. Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. == Əmək fəaliyyəti == Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Nurəddin Hümbətov (professor)
Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair. == Həyatı == Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. == Ailəsi == Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub. 1963-cü ildə terapiya kafedrasında assistenti 1964-cü ildə dossenti 1977-ci ildə professoru 1979-cu ildən isə II terapiya kafedrasının müdiri 1964-cü ildə namizədlik 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Nəriman Məmmədov (professor)
Nəriman Məmmədov (tam adı: Nəriman Rəhim oğlu Məmmədov, 10 may 1936, Miskinli, Şəmkir rayonu, AzSSR) — Azərbaycanlı texnika elmləri doktoru, professor. == Bioqrafiyası == 10 may 1936-cı ildə Şəmkir rayonunun Miskinli kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Kənd təssərüfatı proseslərinin mexanikləşdirilməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və 1964-cü ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. 1965–1968-ci illərdə Moskva şəhərində yerləşən Dövlət Ümumittifaq Elmi-Tədqiqat Maşın-Traktor parkının Təmiri və İstismarı İnstitutunda aspiranturada oxumuş və oranı müvəffəqiyyətlə bitirərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ilin mart ayında ümumittifaq bölgüsü əsasında Minsk şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq və Quşçuluq Ferma və Komplekslərinin Maşın və Avadanlıqlarının Quraşdırılması, İstismarı və Təmiri İnstitutunda şöbə müdiri vəzifəsinə göndərilmiş və həmin vəzifədə 1980-ci ilin mart ayına qədər işləmişdir. 1972–1980-ci illərdə SSRİ "Dövlətkəndtexnika" Komitəsinin kənd təsərrüfatı obyektlərinin maşın və avadanlıqlarının yığılması və quraşdırılması üzrə Baş texnoloqu vəzifəsini icra etmişdir. Bu dövrdə doktorluq dissertasiyasını başa çatdırmış və müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almişdır. 1980–1981-ci illərdə Azərbaycana dəvət olunmuş və "Azərkəndtexlayihə" İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1982-ci ilin yanvar ayından 1986-cı ilin yanvar ayınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində bölmə müdiri, şöbə müdirinin müavini, 1986–1987-ci illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Sədrinin müavini, 1988–1990-ci illərdə Azərbaycan KP Yevlax şəhər komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Aqrar-Sənaye Komitəsinin Elektromexanikləşdirmə Tresti müdirinin müavini vəzifələrində çalışmışdır. 1993–1996-ci illərdə Azərbaycan Texniki Universitetinin "Metrologiya və standartlaşdırma" kafedrasının professoru işləmiş, 1996-cı ilin sentyabr ayından Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Standartlaşdırma və sertifikasiya kafedrasında, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışıb.

Значение слова в других словарях