Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Toponimikası == Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. == Əhalisi == Əhalisi 1622 nəfərdir.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu - 1920-1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. == Tərkibinə daxil olan inzibati vahidlər == 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir.Tədiqatlar göstərir ki, ruslar tərəfindən “Baş-başı” kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir. XX əsrin 70-ci illərində Araz su anbarının tikintisi ilə əlaqədar olaraq bu kənd su anbarının altında qalmışdır.
Tombolo
Tombolo (relyef) — materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəx. Tombolo (İtaliya) — İtaliyada kommuna.
Toğrul
Şambul
Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış qaraçılar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir. == Əhalisi == Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır. == Din == Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərir.
Tobol
Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 km²-dir. == Coğrafiya == Tobol Bozbie çayının Kokpektisay çayı ilə birləşməsindən meydana gəlir. Cənubi Uralsın şərq hissəsi ilə Turqay ovalığının sərhədində formalaşır. Çayın orta və aşağı axını Qərbi Sibir düzənliyində, dolama axara malik geniş bir vadidədir. Tobol hövzəsində ümumi sahəsi 9000 km² olan 20 minə yaxın göl vardır. Sağ sahil soldan yuxarı qalxır, çünki Tobol yer qabığının dərin bir hisssəsi üzərindən axır və Kurgan senkronioriumu və Tobolo-Ubagan yüksəlişi ilə məhdudlaşır. == Hidrologiya == Qidalanmasının əsasını qar suları təşkil edir, yağış suları aşağı axarda üstünülk təşkil edir. Gursululuq yuxarı axarda aprelin birinci yarısından iyunun ortasına qədər, aşağı hissədə avqustun əvvəlinə qədər davam edir.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Cambul vilayəti
Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir. == Tarixi == 1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır. == Coğrafiyası == Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır.
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir."Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir.Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir. S.Əliyarov göstərir ki, Duxa Qoca ilkin şəkildə "Dukak" və ya "Tokak" variantında işlənmişdir. "Tokak" variantı daha qədimdir.
Etibar Toğrul
Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist == Həyatı == Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub. 2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib. On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
III Toğrul
Sultan III Toğrul (1169 – 19 mart 1194, Rey) — Arslan şahın oğlu və sonuncu İraq Səlcuq sultanı. == Həyatı == 1175-ci ildə Atası Arslan şah Həmədanda ölüm ayağında olarkən İraq Səlcuq sultanlığının idarəsini Məhəmməd Cahan Pəhləvana tapşırdıqdan ona tapşırdıqdan az sonra vəfat edir. Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd onun hakimiyyətini qəbul etmir və III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəyifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir.
Toğrul (ad)
Toğrul — kişi adı.
Toğrul Abbasov
Toğrul Bayram oğlu Abbasov (31 dekabr 1990, Hacıbadəlli, Ağcabədi rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Abbasov 31 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində Bayram Abbasovun və Aidə Abbasovanın ailəsində anadan olmuşdur. 1996–2007-ci illərdə Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi, Yağmur adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Toğrul Abbasov 2008–2010-cu illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Toğrul Abbasov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağcabədi rayonunun Hacıbədəlli kəndində dəfn olunmuşdur.
Toğrul Atakişiyev
Toğrul Ramil oğlu Atakişiyev (25 fevral 2000; Beyləqan, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Atakişiyev 2000-ci il fevralın 25-də Beyləqan şəhərində anadan olub. Müdafiə Nazirliyinin nəzdində Hərbi Polis İdarəsində çalışırdı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Toğrul Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Atakişiyev oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyevi ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Ağalarlı
Toğrul Daşqın oğlu Ağalarlı (31 yanvar 1995; Ağsu rayonu, Azərbaycan — 7 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Ağalarlı 1995-ci il yanvarın 31-də Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Toğrul Ağalarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Ağalarlı oktyabrın 7-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Bağırov
Toğrul Bağırov (Toğrul Adil oğlu Bağırov ; d. 1954, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 yanvar, 2019. Moskva) — Rusiya alimi; Siyasi elmlər doktoru, professor. Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü. == Həyatı == Bağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub. 1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dəki səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.1993-1996-cı illərdə energetika sahəsində “Resursların istismarı” beynəlxalq konsaltinq kompaniyasının prezidenti olub.
Toğrul Bozan
Toğrul Bozan (ö. 1052), 1052-ci ildə təxmini 40–57 gün Qəznəvi taxtını ələ keçirən qulam əsilli sərkərdə və Qəznəvi sultanı.Əvvəlki Qəznəvi hökmdarı Sultan Əbdürrəşidin ordu başçısı təyin etdiyi Tuğrul Bozanın vəzifəsi Səlcuqluların qarşısını almaq idi. Toğrul Bozan, 1051-ci ildə Selçuqluları məğlup edərək Sistanı ələ keçirsə də, Səlcuqların sığındığı Tak qalasını tuta bilmədi. Səlcuqlulara qarşı dövlət mövqeyini gücləndirən komandir, taxta göz dikməyə başladı. 10 noyabr 1051-ci ildə Qəznəyə doğru yürüşə başlayan Toğrul Bozan, 1052-ci ilin əvvəllərində Sultan Əbdürrəşid və on bir şahzadəyi öldürərək taxtı ələ keçirdi. Bu qətliamdan yalnız 3 şahzadə (Fərruxzad, İbrahim və Şüca) qurtula bildi. Qəznəvi Sultan Məsudun qulamlarından birinin Toğrul Bozanı xəncərlə öldürməsi nəticəsində 3 şahzadə də azad oldu. Toğrulun başı, Qəznə küçələrində gəzdirildi və beləliklə xalq, onun öldüyünə inanmış oldu. Bundan sonra Qəznəvi sərkərdələri bir araya gəldilər və sultanlıq üçün şahzadə Fərruxzadı seçdilər. == Ədəbiyyat == E. Merçil (1989).
Toğrul Bərxudarov
Toğrul Məmməd oğlu Bərxudarov (30 iyun 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Toğrul Cuvarlı
Toğrul Çingiz oğlu Cuvarlı (24 sentyabr 1939, Kirovabad) — yazıçı, ssenari müəllifi, kino redaktoru. == Həyatı == Toğrul Cuvarlı 1939-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Jurnalist və tənqidçi kimi kino səhəsində çalışmışdır. Axırıncı 10 ili publisist, iqtisadi ekspert kimi fəaliyyət göstərmişdir. "Turan" İnformasiya Agentliyində informasiya mütəxəssisi kimi işləyir. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin bacı nəvəsi, ADR-in naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsidir. == Filmoqrafiya == Artilleriyanın allahı sayılırdı (film, 1996) Aşkarsızlıq şəraitində... (film, 1986) Azərbaycan kinosu-80 (film, 1996) Babamızın babasının babası (film, 1981) Bir axşam... (film, 1985) Dairə (film, 1989) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Toğrul Erat
Toğrul Erat — futbolçu, Almaniyanın Fortuna klubunun və Azərbaycan U-21 yığma komandasının yarımmüdafiəçisi. == Karyera == Toğrul Erat 1992-ci ildə Almaniyada türk ailəsində anadan olub. Uşaqlıqda SC Union Nettetal komandasında oynamağa başlayıb. 2009-cu ildən karyerasını Fortuna Dusseldorf klubunda davam etdirib. 2010-2013-cü illər arasında Toğrul Fortunanın ikinci heyətində çıxış edərək, 74 oyunda 11 dəfə fərqlənib. Daha sonradan əsas komandaya gətirilən T. Erat, 2013-cü ilin dekabr ayında Fortunanın əsas heyətində debüt edib. Bununla da Toğrul, 2-ci Bundesliqada oynayan ilk azərbaycanlı olub. Fortunanın heyətində keçirdiyi ikinci oyunda Toğrul qol hesabını açıb. Hal-hazırda Toğrul Erat Fortuna klubunun əsas heyət oyunçusudur. == Milli komanda == 2013-cü ildən Toğrul Erat Azərbaycan U21 komandasının şərəfini qoruyur.
Toğrul Feyzizadə
Toğrul İlqar oğlu Feyzizadə (15 aprel 2002; Səbail rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Feyzizadə 2002-ci il aprelin 15-də Səbail rayonunun Bayıl qəsəbəsində İlqar və Günel Feyziyevlərin ailəsində anadan olub. 2008-ci ildə Naxçıvan Muxtar respublikasının Culfa rayonunun 2 nömrəli tam orta məktəbdə, 2009-2019-cu illərdə Binə qəsəbəsində Pənah Məmmədov adına 46 nömrəli tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Toğrul Feyzizadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Feyzizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Feyzizadə noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.