PSİXEYA

is. [ yun. ] Qədim yunan mifologiyasında insan qəlbinin mücəssəməsi; bir qayda olaraq, kəpənək və ya qız şəklində təcəssümü.
PRUSSAKLAR
PSİXİ
OBASTAN VİKİ
Psixeya
Psixeya qədim yunan mifologiyasında məhəbbət və seks ilahı Erosla münasibətdə olan gözəl, lakin ölümlü olan bir qızdır. Onun sevgilisi Eros məhəbbət və gözəllik ilahəsi Afrodita ilə müharibə və dağıntı ilahı Aresin oğludur. "Psixologiya", "psixoloq" kimi sözlər Psixeyanın adından götürülərək yaradılmışdır. Psixeya həm də ruh deməkdir. Psixeya Eros tərəfindən ruh ilahəsinə çevrilmişdir. Psixeya Milet padşahının üç gözəl qızından biridir. O, bu üç bacının ən gənci və ən gözəlidir. Psixeya heç vaxt evlənə bilməz. Çünki heç kim belə gözəl qızla evlənməyə cürət edə bilməzdi. İnsanlar Psixeyanın gözəlliyinə o qədər aludə olurlar ki, hətta ilahələri Afroditaya sitayiş etməyi də unudurlar.
Kupidon və Psixeya uşaq ikən
Kupidon və Psixeya uşaq ikən (ing. Cupid and Psyche as Children, fr. L'Amour et Psyché, enfants) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır. Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır. Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür. == Yanlış adlandırma == İnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır. == Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri == Buqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır: Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No.
Psixeyanın oğurlanması (Buqro)
Psixeyanın oğurlanması (ing. The abduction of Psyche, fr. Le ravissement de Psyché) — Vilyam Buqro tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1895-ci ildə Parisdə tamamlanmşdır və hazırda şəxsi kolleksiyada saxlanılır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından biri olan Psixeya və onu qaçıran məhəbbət tanrısı Erot təsvir edilmişdir.
Psixeyanın oğurlanması
Psixeyanın oğurlanması (ing. The abduction of Psyche, fr. Le ravissement de Psyché) — Vilyam Buqro tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1895-ci ildə Parisdə tamamlanmşdır və hazırda şəxsi kolleksiyada saxlanılır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından biri olan Psixeya və onu qaçıran məhəbbət tanrısı Erot təsvir edilmişdir.

Значение слова в других словарях