PÜXTƏ

sif. [ fars. ] Təcrübəsi olan; bişkin, bişmiş, yetkin, təcrübəli. Təcrübəli və püxtə yazıçı.
□ Püxtə olmaq – usta olmaq, yetkin olmaq, təcrübəli olmaq.
[Qəmər:] Sən hələ xamsan, püxtə olmağa çox səfər gərək. S.S.Axundov.
Sərhəng, işin içindən çıxmaq üçün yalana müraciət etdi və belə işlərdə püxtə olduğuna görə səsinə inam və qüdrət verdi… M.İbrahimov.

PÜFÜRMƏK
PÜXTƏLƏNMƏ

Значение слова в других словарях