PƏNCƏÜZGƏCLİLƏR

cəm, zool. Üzgəcləri pəncə şəklində olan heyvanlar fəsiləsi.
PƏNCƏRƏÜSTÜ
PƏNCŞƏNBƏ
OBASTAN VİKİ
Pəncəüzgəclilər
Pəncəüzgəclilər (lat. Crossopterygii) — xoanlar yarımsinfinə aid dəstəüstü. Bu balıqlar eramızdan 400 milyon il əvvəl dənizlərdə və şirin sularda geniş yayılmışdır. Su hövzələrinin quruması nəticəsində yarımquru həyat tərzinə keçməyə məcbur olmuş pəncəüzgəclilərin bəzi nümayəndələrində döş və qarın üzgəcləri yerdə sürünməyə uyğunlaşmış, hava ilə tənəffüs etmək üçün ağciyərlər əmələ gəlmişdir. Bunların quru onurğalılarına başlanğıc vermələri güman olunur. Sonradan bu balıqların böyük bir qismi yox olmuşdur. Lakin,1938-ci ildə Hind okeanının Afrika sahillərində, Madaqaskar adasının yaxınlığında bir pəncəüzgəcli balıq tutulmuşdur. Bu balığa Latimeriya Xalumna Smit adı verilmişdir. Sonradan həmin yerdən daha bir neçə belə balıq tutulmuşdur. Hazırda yaşayan pəncəüzgəcli balıqlarda qədim pəncəüzgəclilərdən fərqli olaraq ağciyərlər yoxdur.

Значение слова в других словарях