PƏRİŞAN

sif.zərf [ fars. ]
1. Dağınıq, qatma-qarış, nizamsız.
Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca … dar küçə ilə gedirdi. Çəmənzəminli.
…Səlim [Mehribanın] tərləmiş üzünə tökülmüş pərişan saçlarını bir tərəfə edib alnının tərini sildi. S.Hüseyn.

□ Pərişan etmək – pərən-pərən salmaq, dağıtmaq, darmadağın etmək.
Girsə o səngərə tək bir qəhrəman; Bütün bir alayı edər pərişan. H.K.Sanılı.

Pərişan olmaq – darmadağın olmaq, pərən-pərən düşmək; dağılmaq.
Havada parladı qızıl bir nişan; Gərayın dəstəsi olub pərişan… S.Vurğun.

2. Qəmli, kədərli, qüssəli.
Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur… S.Vurğun.
[Afət:] Yaramı açma gəl, Pəri, qan gedər; Afət bu dünyadan pərişan gedər. M.Rahim.

□ Pərişan etmək – çox məyus etmək, kədərləndirmək, qüssələndirmək, qəmləndirmək.
Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani.
Bütün ömründə çox az xəstələnən, son illər heç xəstələnməyən Böyükkişinin qəflətən yorğandöşəyə düşməsi xanımın halını olduqca pərişan etmişdi. S.Rəhimov.

Pərişan olmaq – qəmlənmək, kədərlənmək, qüssələnmək, çox məyus olmaq.
İstəsən könlüm kimi zülfün pərişan olmasın; Ol qədər cövr et mənə ah etmək imkan olmasın! M.Ə.Sabir.

Синонимы

  • PƏRİŞAN dağınıq — qatma-qarışıq — nizamsız
  • PƏRİŞAN qəmli — kədərli — dərdli — tutqun — pərt — dilxor — məhzun
  • PƏRİŞAN 1. PƏRİŞAN Gülsüm onun [Könülün] danışığından pərişan olduğunu dərhal duydu (X.Hasilova); AŞÜFTƏ Qurd dedi: – Çox-çox yanıram halına; Xatirim aşüftədi

Антонимы

  • PƏRİŞAN PƏRİŞAN – XOŞBƏXT Dünyanın pərişan bağında canan; Mən nəğməli bülbül, sən bir baharsan (R.Rza); Özünü xoşbəxt adamlar kimi aparırdı (S
PƏRİSURƏT
PƏRİŞANLIQ

Значение слова в других словарях