QIZDIRMALI


1. sif. İsitməli, qızdırma xəstəliyi olan. Qızdırmalı xəstə.
– Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn.
Budur, mən iyirmi ildir qızdırmalıyam. Mir Cəlal.

// İs. mənasında. Qızdırmalılara kinə verirlər.
2. zərf Bədəninin hərarəti qalxmış halda, hərarət içində. Qızdırmalı halda sayıqlamaq. Qızdırmalı-qızdırmalı ayağa durmaq.
QIZDIRMAQ
QIZĞIN

Значение слова в других словарях