QƏŞƏNGCƏ sif. Çox qəşəng, çox yaxşı, çox gözəl. Qəşəngcə uşaq. – Aynalı şifoner, qoz ağacından tualet bu otağa … qəşəngcə bir görkəm verirdi. Ə.Əbülhəsən. // Zərf mənasında. Qəşəngcə geyinmək. – …Bunları mən çox yaxşıca görürəm, çox əcəbcə görürəm, çox qəşəngcə görürəm. C.Məmmədquluzadə.