QƏDƏK

is. köhn. Pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez.
Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə.
[Hacı Kərim] əvvəlləri İrana səfər edərək çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq.
[Gülnazın] əynində çiynindən dizinə qədər uzanan boz qədəkdən tikilmiş bir köynək vardı. M.İbrahimov.

// Bu parçadan tikilmiş.
Xudayar bəy karvansaranın qapısına yetişcək, içəridən bir alçaq, qədək arxalıqlı … kişi çıxıb, qaşqabaqlı üz tutdu Xudayar bəyə. C.Məmmədquluzadə.

QƏDƏHVARİ
QƏDƏM

Значение слова в других словарях