qəhvəyi-qırmızı
qəhvəyilik
OBASTAN VİKİ
Qəhvəyi
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qəhvəyi itburnu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Qəhvəyi nonnula
Qəhvəyi nonnula (lat. Nonnula brunnea) — nonnula cinsinə aid heyvan növü.
Qəhvəyi rəng
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qəhvəyi tinamu
Qəhvəyi tinamu (lat. Crypturellus obsoletus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. New Scientist. I'm Sweet Enough 21 January 2006.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Boz-qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Boz qəhvəyi torpaqlar

Qəhvəyi dazı sovkası
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Sarı Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.
Sarı Gəlin
"Sarı gəlin" — Azərbaycan xalq mahnısı. Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənmişdir. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycan xalq rəqsi də mövcüddur. Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir.
Sarı Hacılı
Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Sarıhacılı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı get-gedə aşağı düşüb. Hazırda burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm əhalinin sayında, həm də dolanışığında irəliləyiş var. İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da güclənib. Məktəb yaşlı uşaqların sayı çoxaldıqdan sonra kənddə məktəb tikintisinə də başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var. Sarıhacılı oyk., sadə.
Sarı Saltuk
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor).
Sarı Saltuq

Sarı Saltıq

Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Sarı Uyğurlar
Sarı uyğurlar və ya Sarı Yuğurlar — Çin Xalq Respublikasında yaşayan türk xalqlarından biri. Onlar Çinin Qansu əyalətinin dairə dərəcəli Canqye (Zhangye) şəhərinin (prefecture-level city) Sunan Yuğur Muxtar rayonunda yaşayırlar. 2000-ci ildə aparılmış siyahıya almaya əsasən Çində sayları 13.719 nəfərdir.
Sarı acıpaxla
Sarı acıpaxla (lat. Lupinus luteus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü. I. var. luteus I. f. volovnenkoae Kurl. et Stankev. 2. f. compactus Kazim. et Kaz.
Sarı acıçiçək
Sarı acıçiçək (lat. Gentiana lutea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sarı adası
Sarı adası — Lənkəranın şərqində yerləşən yarımada. 910-cu ildə slavyan(rus) dəstələri bura hücum etmişlər. 1956–cı ildə Sarı adası Liman şəhəri ilə torpaq yolla, bəndlə birləşdirildikdən sonra yarımada şəklini alıb. Torpağı və qumu sarı rəngdə olduğu üçün bu ad verildiyi güman edilir. “Sara” şəxs adı və ya rəng mənalarında da izah edilir. Talışca “Səri” adlanır. “Sə” və “ru” sözlərindən yaranıb. Qırmızı çay, çayın başlanğıcı kimi anlaşılır. Mənası tam açılmayıb. Ada əsasən iki hissədən ibarətdir: Nərimanabad və Balıqçılar qəsəbəsi.
Yunus Sarı
Yunus Sarı (21 yanvar 1991) — Türkiyəli taekvondoçu. Yunus Sarı Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Yunus Sarı birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 80 kq çəkidə, 1/4 final mərhələsində Əfqanıstanın nümayəndəsi Kafayatullah Geyase üzərində 17:10 hesabı ilə qalib gələrək, yarmfinala yüksəldi. Yarımfinalda Sarı Özbəkistanın nümayəndəsi Maksim Rafaloviç ilə üz-üzə gəldi və rəqibinə 7:5 hesabı ilə qalib gəldi. Final qarşılaşmasında Sarı Azərbaycanın nümayəndəsi Milad Beigi ilə üz-üzə gəldi və rəqibinə 5:9 hesabı ilə məğlub oldu. Sarı yarışlarda gümüş medalın sahibi oldu.
Yusuf Sarı
Yusuf Sarı (20 noyabr 1998, Martiq[d]) — Türk futbolçusu. "Trabzonspor" klubunun Yarımmüdafiəçisidir.

Значение слова в других словарях