QƏZVƏ

ə. 1) din uğrunda aparılan müharibə, cihad; 2) müharibə; basqın.

QƏZRUF
QƏZZ
OBASTAN VİKİ
Qəzvə
Qəzvə (ərəb. غَزْوَة‎) — Hz. peyğəmbərin iştirak etdiyi döyüşlərə deyilir (istər savaşsın istər savaşmasın). Bədr, Uhud və Xəndək Peyğəmbərin ən mühüm qəzvələrindəndir. Peyğəmbərin qəzvələrinin sayında tarixçilər ixtilaf ediblər. Bəziləri 26 bəziləri isə 27 qəzvə qeyd ediblər. Qəzvə (Ğ,Z,V) maddəsindən yaranıb. Lüğətdə döyüşmək deməkdir. İsmi faili Qazi-düşmənlə döyüşə getmək və onu qarət etmək,cəmi isə Quzzatdır. İstilahda isə Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərə qəzvə, şəxsən iştirak etəyib rəhbərliyi təyin etdiyi bir komandirə verdiyi döyüşlərə isə Səriyyə.
Bəni Nadir qəzvəsi
Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi. == Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi == İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar.
Bəni Qeynuqa qəzvəsi
Bəni Qeynuqa qəzvəsi (ərəb. غزوة بني قينقاع‎) — Hz.Məhəmmədlə Mədinə Yəhudiləri arasındadkı ilk silahlı toqquşmadır. Bu müharibə Bəni Qeynuqanın təslim olub sürgün edilməsi ilə nəticələndi. == Bəni Qeynuqanın bioqrafiyası == Bəni Qeynuqa qəbiləsi Hz. Peyğəmbərin dövründə Mədinədə yaşayan yəhudi qəbilələrindən biri idi. Bəzi tarixçilər isə onların Yəhudi olmalarına şübhə ilə şübhə ilə yanaşmış və onların Hz. Yəqubun qardaşı İyusun (Ədvam) nəslindən olduğunu qeyd edirlər. Bəni Qeynuqa qəbiləsinin adları və adət-ənənələrinin ərəb adları və adət-ənənələri ilə oxşarlıqları olduğu kimi, onların Yəhudi mənşəli olduqlarına dair etibarlı bir dəlil yoxdur. Bəni Qeynuqanın daimi məskunlaşdığı yer və Mədinəyə nə zaman hicrət etdikləri dəqiq bilinmir. Yəhudi qəbilələri bir müddət Mədinədə hakimiyyəti əldə saxladıqdan sonra üstünlük Ərəb qəbiləsi nolan Bəni Qeylə qəbiləsinə keçdi.