Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir[1]. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi.
İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar[2]. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər[3]. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir[4]. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar. Qəssanilər də bir ordu ilə Hicaza gələrək yəhudilərin çoxunu öldürdülər və bundan sonra onlar üzərində hakimiyyəti ələ aldılar[5]. Bəni Nadir tayfası, Övs və Xəzrəc qəbilələri arasında baş verən qarşıdurmalarda Övs qəbiləsi tərəfində olublar[6].
İslamın zuhuruna yaxın, Uhud döyüşündən öncə Bəni Nadir qəbiləsinin Əbu Süfyanla əlaqələri var idi[7]. Məhəmmədin Mədinəyə hicrətindən sonra digər yəhudi qəbilələləri ilə birlikdə Bəni Nadir də Müsəlmanlarla sülh müqaviləsi bağladı və düşmənlərin Mədinəyə hücumu zamanı Müsəlmanlar tərəfindən çıxış edəcəklərinə söz verdilər, eyni zamanda da Qureyş kafirlərinə heç bir hərbi və ticari yardım etməyəcəklərinə söz verdilər[8]. Bəni Nadirin sülh müqaviləsinə əməl etmədiklərinə görə, hicrətin dördüncü ili Rəbiüləvvəl ayında Bəni Nadir qəzvəsi baş verdi[9]. Hicrətin dördüncü ili Əmr ibn Uməyyə Biri Məunə səriyyəsindən qayıdarkən Məhəmmədin himayəsidə olan Bəni Amir qəbiləsindən iki nəfəri qətlə yetirdi. Amir ibn Tufeyl Məhəmməddən diyə tələb etdi[10], HZ. Məhəmməd diyənin ödənməsi üçün Bəni Amir qəbiləsinin müttəfiqi olan Bəni Nadir qəbiləsindən kömək istədi[11]. Bəni Nədir kömək etməyi qəbul etdi, Amma hiləgər bir planla Məhəmmədi qətlə yetirməyi Əmr ibn Cihaşa tapşırdılar belə ki, Məhəmməd qala divarının yaxınlığında olanda üzərinə bir daş atıb O həzrəti qətlə yetirməyi planladılar[12]. Məhəmməd vəhy vastəsi ilə onların bu məkirli planından xəbərdar oldu və onlara on gün ərzində silahlarından başqa bütün daşına bilən əmlakları ilə Mədinə şəhərini tərk etməyi əmr etdi. İldə bir dəfə olmaqla şəhərə gəlib xurma məhsullarını yığıb qayıda bilərlər[13].
Mədinə münafiqlərinin rəhbəri Abdullah ibn Ubəy, Bəni Nadir qəbiləsini Müsəlmanlara tabe olmaqdan çəkindirərək Bəni Qureyzə ilə birlikdə onlara kömək edəcəklərinə söz verdi[14].
Döyüşün adı | İslam ordusu | Düşmən ordusu | Baş verdiyi yer | Tarixi | Nəticəsi |
---|---|---|---|---|---|
Bəni Nadir qəzvəsi | Mədinəli müsəlmanlar | Bəni Nadir yəhudiləri | Mədinə ətrafı | hicri 4-cü il Rəbiüləvvəl (625,Avqust) | Bəni Nadir qəbiləsinin Mədinədən çıxarılması |
Məhəmməd Abdullah ibn Ummu Məktumu Mədinədə canişini təyin etdi. Əli ibn Əbu Talibin[15] komandirliyi altındakı qoşunla Bəni Nadiri onbeş gün[16] və ya altı gecə[17] mühasirədə saxladı. Mühasirə müddətində Məhəmmədə sui-qəsd etmək istəyən Əzvək adlı bir yəhudini Əli öldürdü[18]. Bu hadisədən sonra Məhəmməd, Bəni Nədirin "Buveyrə"də olan xurma ağacları kəsməyi əmr etdi[19].
Mühasirənin sonunda təslim oldular və silah,qızıl və gümüş istisna olmaqla daşına bilən mülklərindən yalnız bir dəvə yükü götürməklə Mədinə şəhərini tərk etməyi qəbul etdilər[20]. Onlardan (Hicrətin yeddinci ilində Xeybərin fəthindən sonra Məhəmmədin həyat yoldaşı olan Səfiyyənin atası) Huyey ibn Əxtab və Əbil-Huqayq (Səfiyyənin birinci əri) kimi bəziləri Xeybərə, bəziləri isə Şama getdilər[21].
Müharibə olmadığına görə Bəni Nadirdən qalan mülklər qənimət hökmündə olmayıb təsərrüf haqqı yalnız Məhəmmədə aitdi[22]. Buna görə Məhəmməd Ənsarla razılaşıb əldə olunan malları mühacirlər arasında böldü ki, ənsarın himayəsindən azad olsunlar[23]. Həşr surəsinin 1-17 ci ayələri Bəni Nədir qəzvəsi və onların Mədinədən çıxarılması ilə əlaqəlidir.