QABARMAQ₂

f.
1. Yüksəlmək, qalxmaq, daşmaq. Dağlarda qarlar əriyincə, çayların suyu qabarırdı. Dənizin sakit səthi ehmalca qabardı.
– Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən dağı bir əl qoparır. R.Rza.

2. Köpmək, şişmək. Xəmir qabarır.
3. Ürpərmək, dikəlmək, dik-dik durmaq, biz-biz durmaq. Xoruzun tükləri qabardı.
4. Acıqlanmaq, sərt söz demək.
□ Üzə qabarmaq, üstünə qabarmaq – üzə durmaq, sərt cavab qaytarmaq, acıqlanmaq.
Kərbəlayı Heydər bir dəfə onun [Zeynəbin] üstünə qabarmamışdı. C.Məmmədquluzadə.

5. məc. Ruha gəlmək, ruhlanmaq, coşmaq.
Sən coş ki, qabarım mən də səninlə; Aşığam, qoy çalım saz bayramına. Ə.Cavad.

// məc. İftixar hissi duymaq, iftixar etmək; son dərəcə sevinmək, ruhlanmaq.

Синонимы

  • QABARMAQ I QABARMAQ, QABAR OLMAQ II 1. QABARMAQ, QALXMAQ, YÜKSƏLMƏK 2. qabarmaq bax ürpərmək 3. qabarmaq bax acıqlanmaq 1
  • QABARMAQ qalxmaq — şişmək — köpmək
  • QABARMAQ bərkimək — döyənəkləşmək — suluqlanmaq
  • QABARMAQ yüksəlmək — qalxmaq — daşmaq
  • QABARMAQ ürpərmək — dikəlmək
  • QABARMAQ acıqlanmaq — hirslənmək

Омонимы

  • QABARMAQ QABARMAQ I f. Qabar əmələ gəlmək, qabar olmaq. Var ol, bala, yorulsa da, qabarsa da əl; Bir daş üstə bir daş qoya hər insan (Ə

Антонимы

  • QABARMAQ QABARMAQ – ENMƏK Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən, dağı bir əl qopardı (R.Rza)
QABARMAQ₁
QABARTI

Значение слова в других словарях

бе́шенствовать в отдале́нии от закоро́бить звонко́вый культиви́рование мазу́рничество налоко́тники пятна́шки телеологи́ческий трусли́во четырёхвесе́льный англизи́ровать полифони́ческий помота́ться голота юлега cockish foumart-dog modernization readjustment sizzle агглютинативный обминаться шатен шимпанзе