QAFQAZ
QAĞA
OBASTAN VİKİ
Hacıməmməd Qafqazlı
Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) (24 mart 1898, Lənkəran, Lənkəran qəzası – 21 sentyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == 1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Qafqazlı əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb.

Digər lüğətlərdə