qanlı-qadalı

sif. I) sanglant, -e ; en sang ; tout sanglant avec animosité, avec colère

qanlı
qanlıbıçaq
OBASTAN VİKİ
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qanlı (Kəleybər)
Qanlı (fars. قانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (18 ailə).
Qanlı (Xudabəndə)
Qanlı (fars. قانلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (58 ailə).
Qanlı Bazar
Qanlı Bazar (türk. Kanlı Pazar) - 16 fevral 1969 tarixində İstanbul Taksim meydanında ABŞ-nin 6 Flotunu etiraz etmək üçün 76 gənclik təşkilatının toplandığı sırada meydana gələn hadisələrdir. Tarixçi Feroz Əhməd isə hadisəsi "mütəşəkkil bir faşist şiddət nümunəsi" olaraq xarakterizə etmişdir. 6 Flotun İstanbula gəlişini etiraz edən Ankara, İzmir, Trabzon və İstanbuldakı kiçik diametrli göstərilərin ardından, şagird və işçi təşkilatları 16 Fevralda İstanbulda İmperializm və istismara qarşı bir gediş və Mitinq etmə qərarı aldı. 76 gənclik təşkilatının qatılacağı nümayiş üçün qubernatorluqdan lazım olan icazə də alınmışdı. Nümayiş edilmədən əvvəlki günlərdən gərginlik artmışdı, çünki 14 fevraldakı Cümə namazından sonra Kommunizmlə Mübarizə Dərnəyi ilə sağ tərəfin yoxlamasında olan Milli Türk Tələbə Birliyinin liderliyində "Bayrağa hörmət" mitinqi təşkil edildi. Bu mitinqdə kommunistlərə qarşı döyüş açıldığı elan edilərək xalqa iki gün sonra təşkil ediləcək olan 6 Flotu Etiraz Gedişində kommunistlərə lazım olan dərsi vermək üzrə toplanma çağırışı edildi. 16 fevral günü, nümayişçilər Bölünməyə doğru gedişə keçmək üzrə Beyazıtda toplanarkən, "kommunistlərə lazım olan dərsi vermə" çağırışına uyğun gələn sağ fikirli kəslər də Bölünmə Meydanına gəldilər. Burada toplu qılınan namazın ardından daşlı və çubuqlu bir şəkildə gözləməyə qoyuldular. Bəyazit Meydanında toplanan gənclik təşkilatları gedişə keçdilər.
Qanlı Milad
Qanlı Milad — 20 dekabr və ya 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı silahlı hücumlara verilən addır. Bu adada icmalararası qarşıdurmaların başlanğıcı hesab olunur. Hadisələrdə cəmi 364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi. İsveçrənin Sürix şəhərində Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq arasında keçirilən görüşlərdə hazırlanan konstitusiya ilə 16 avqust 1960 tarixində Kipr Respublikası müstəqil bir dövlət olaraq quruldu. Kipr Respublikasının ilk prezidenti seçilən III Makarios Kiprin 1961-ci ildə mövcud konstitusiya ilə idarə edilə bilməyəcəyini iddia etməyə başladı və 1963-cü ilin noyabrında konstitusiyaya on üç maddəyə dəyişiklik təklif etdi. Kipr Türk Birliyinin bu dəyişiklikləri qəbul etməsi üçün Kiprli Rum fanatikləri Akritas Planı adı altında adada gərginliyi artıran qəzetlər nəşr etməyə davam etdilər. 1963-cü il dekabrın 20-nə keçən gecə Nikosiyanın Tahtakale rayonunda avtomobillərə atəş açması nəticəsində Zeki Halil və Cemaliye Emirali öldürüldü. İlk başda 30 kənd hücuma məruz qaldı. Ümumilikdə 103 kəndə hücum edildi. Nikosiyanın Kiçik Qaymaqlı mahalı mühasirə altına alınmışdı.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Qanlı Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qanlı göl
Qanlıgöl (Tərtər) — Tərtər rayonunda göl. Qanlıgöl (Yasamal) — Yasamalda göl. Qismən qurudulmuşdur. Qanlı göl (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. Qanlıgöl (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu kəndində göl. Qanlıgöl (Şahbuz) — Şahbuz rayonu ərazisində göl. Qanlıgöl (Şamaxı) — Şamaxı rayonu ərazisində göl. Qanlı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
Qanlı gədik
Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım. Oronim qanlı sifəti ilə Azərbaycan dilində "dağ belində batıq", "hündür dağ arasında yol", "dağ keçidi, aşırım" mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.
Qanlı töyrə
Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə. Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.
Qanlı yağış
Qanlı İsmayıl
Qanlı İsmayıl (1810–1843) – qaçaq. Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı. Baba bəy Şakir yazırdı: Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb edilməməsi: a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8–10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə edir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz evlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə verir, öz rəiyyətlərini quldurluğa təhrik edirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu keyfiyyətdə fərqlənirlər.
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
Qanlı Mariya
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Qanlı kilsə
Qanlı Kilsə və ya Müqəddəs Məryəm Kilsəsi — İstanbulda yerləşən pravoslav kilsəsidir. İstanbulda Osmanlı dövründə məscidə çevrilməyən və yunanların ibadətinə buraxılan Bizans dövründən qalmış yeganə kilsədir. Fatih səmtində hündür divarlar arxasında olan kilsə ümumiyyətlə ictimaiyyətə açıq deyil. 7-ci əsrin əvvəllərində İstanbulun beşinci təpəsində Bizans imperatoru Maurikiosun qızı şahzadə Sopatra və onun dostu Eustolia tərəfindən monastır tikilmişdir, lakin monastır Dördüncü Səlib yürüşündən sonra qurulan Latın İmperiyası dövründə dağıdılıb. 1261-ci ildə şəhər Bizanslılar tərəfindən yenidən ələ keçirildikdən sonra Georgios Akropolitesin qayınatası və VIII Mixailin dayısı İsaakios Doukas, eyni yerdə sadə bir mərtəbəli monastır tikdirmişdi. 1281-ci ildə İmperator VIII Mixayılın qeyri-qanuni qızı və Monqol Elxanlı hökmdarı Abaqa xanın həyat yoldaşı Maria Despina Palaiologina ərinin ölümündən sonra İstanbula qayıdır. Maria Despina monastır və kilsəni günümüzə gəlib çatan formada tikdirdi və Ktētorissa (qurucu) titulunu aldı. Bu tarixdən etibarən monastır və kilsəyə Mouchliōtissa (yunanca "monqolların") ləqəbi verildi. 1453-cü ildə İstanbulun fəthindən sonra kilsə Sultan II Mehmet tərəfindən Fateh məscidinin memarı Christodoulos'un anasına bağışlanmışdı.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Qanlı almaz
Qanlı almaz (ing. Blood Diamond) — 2006-cı ildə Edvard Zvik tərəfindən çəkilmiş amerikan filmi. Baş rollarda Leonardo DiKaprio və Cennifer Konnelli çəkilmişdir. Filmin əsas mövzusu Afrikadakı döyüş bölgələrində çıxarılan və müharibə nizamını maliyyələşdirmək üçün istifadə edilən almazlardır.
Qanlı yumruq
"Qanlı yumruq" (ing. Bloodfist) — Don Vilsonun filmlərindən biridir. Ceyk Rey qardaşının qətlini araşdırmaq üçün Manilaya gəlir. Lakin burada qanunsuz olaraq kikboks yarışları keçirən Muay Tay orqanizasiya ilə qarşılaşır. Ceyk Rey həyatını qurtarmaq və qardaşının qisasını almaq üçün turnirdə mübarizə aparmalıdır... Qanlı yumruq — Internet Movie Database saytında.
Qanlı Meri
"Qanlı Meri" vodka və pomidor şirəsi əsasında hazırlanmış spirtli kokteyldir. Bu, Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) rəsmi kokteyllərindən biridir, "Müasir Klassiklər" (İngilis Modern Classics) kateqoriyası, mütəmadi içkilər (Longdrink) kimi təsnif edilir. İngilis dilində Qanlı Meri ifadəsi ingilislərə qarşı törətdiyi qırğınlara görə Qanlı ləqəbini alan Kraliça I Meri Tudorun (1553–1558) adı ilə əlaqələndirilir. Bir neçə insan Qanlı Merinin ixtiraçısı olduğunu iddia edir. Bir sıra mənbələrə görə kokteyl dünya müharibələri arasında Corc Cessel tərəfindən icad edilmişdir. Kokteyl haqqında ilk qeyd 2 dekabr 1939-cu ildə "New York Herald Tribune"-də tapıldı: Corc Cesselin hazırladığı müxbirlərin diqqətini çəkən və "Qanlı Meri" adlanan yeni içkisonrası başağrı (ing. hangover) əleyhinə içkisi: yarısı pomidor suyu, yarısı araq. Lakin, təxminən 25 il sonra, 1934-cü ildən Nyu-Yorkdakı "King Cole" barında işləyən Fernand Petiot, The New Yorker qəzetinə (18 iyul 1964-cü il) Parisdəki "Harry's New York Bar"-ında barmen kimi işləyəndə "pomidor-araq" kokteylini hələ 1920-ci illərdə icad etdiyini söylədi: Mən Qanlı Merini yaratdım. George Jessel kokteyli yaratdığını deyirdi, ancaq vodka və şirə idi və mən onu dadanda başqa heç nə yox idi. Mən şeykerin dibinə dörd böyük çimdik duz, iki çimdik bibər, iki çimdik acı bibər, bir qat Worcestershire sousu, bir neçə damcı limon suyu və bir az əzilmiş buz əlavə edirəm, iki unsiya araq və iki unsiya tomat şirəsi süzürəm.
Qanlı idman
Qanlı idman (ing. Bloodsport) — 1988-ci ildə Nyut Arnold tərəfindən döyüş janrında çəkilən ABŞ filmidir. Hərbidə kapitan vəzifəsində çalışan Frenk Dyuks qeyri-qanuni xidmətindən ayrılır və Honq Konqda gizli keçirilən Kumiteyə qatılmaq üçün uşaq vaxtlarından Nincitsu döyüş sənətinin sirlərini ona öyrətməyə çalışan Senzo Tanakadan icazə almaq istəyir. Dyuks Tanakanın evinə gələrkən burada baş verən köhnə hadisələri yada salır. Uşaq olarkən Dyuks və onun dostları Tanakanın evinəki katananı oğurlamaq üçün onun evinə girirlər, dostları səs gəldiyini eşidib qaçırlar və Dyuks katananı qaytarıb yerinə qoyarkən Senzo Tanaka və oğlu Şinqo tərəfindən yaxalanır. Dyuksun düzgünlüyü və qorxmazlığına heyran olan Senzo ona oğlu Şinqo ilə birlikdə məşq etməyə, döyüş elmini öyrənməyə dəvət edir. Şinqonun ölümündən sonra Senzo Dyuksu Tanaka nəslinin bir üzvü kimi qəbul etmiş və Dyuks onun başçılığı altında məşq etməyə başlamışdır. Senzo Tanaka onun Kumiteyə qatılmasını müsbət qarşılaşır və ruhunun daima onunla olacağına söz verir. Frenk Dyuks müəllimi vidalaşır və Honq Konqa yola düşür. Lakin bu müddətdə "ABŞ Ordu Cinayətləri Komandirliyi"nin iki zabiti olan Helmer və Ravlins fərarilik edən Dyuksun həbs olunması üçün izinə düşürlər.
Qanlı 1 May
Qanlı 1 May (türk. Kanlı 1 Mayıs) — 1977-ci ilin 1 may tarixində Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən Taksim meydanında baş vermiş qətliam hadisəsi. Hadisə hər il ənənəvi formada təşkil edilən Beynəlxalq əmək günü münasibətilə keçirilən 1 may nümayişlərində baş vermişdir. Hadisə nəticəsində 34 nəfər həlak olmuş, 136 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Qanlı 1 May Türkiyə tarixinə ən böyük siyasi qətliamlardan biri olaraq keçmişdir. 1977-ci ilin 1 may günü Beynəlxalq əmək günü qeyd etmək üçün ölkənin müxtəlif bölgələrindən 500 mindən çox şəxs İstanbula gəlməkdə idi. Şəhərə daxil olan qrupların böyük əksəriyyəti DİSK-in rəhbərliyi altında təşkilatlanmış və hərəkət etməkdə idilər. Qruplar səhər saatlarından etibarən Taksim meydanını iki istiqamətdən doldurmuşdu. Yüksək təhlükəsizlik tədbirlərinin görülməsi səbəbindən mitinqdə çıxış etməsi planlaşdırılan şəxslərin əraziyə daxil olması vaxt aparmış, bu səbəbdən tədbirin başlamasında gecikmələr yaşanmışdır. Yerli vaxtla saat 19:00-da dönəmin DİSK başqanı Kemal Türklerin nitqinin sonuna gəlindiyi anda meydandan ilk atəş səsləri yüksəlmişdir.
Qanlı Babatəpəsi (Çaldıran)
Qanlı Babatəpəsi həmcinin Cəvzər (fars. جوزر‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (16 ailə).
Qanlı Bazar(1969)
Qanlı Bazar (türk. Kanlı Pazar) - 16 fevral 1969 tarixində İstanbul Taksim meydanında ABŞ-nin 6 Flotunu etiraz etmək üçün 76 gənclik təşkilatının toplandığı sırada meydana gələn hadisələrdir. Tarixçi Feroz Əhməd isə hadisəsi "mütəşəkkil bir faşist şiddət nümunəsi" olaraq xarakterizə etmişdir. 6 Flotun İstanbula gəlişini etiraz edən Ankara, İzmir, Trabzon və İstanbuldakı kiçik diametrli göstərilərin ardından, şagird və işçi təşkilatları 16 Fevralda İstanbulda İmperializm və istismara qarşı bir gediş və Mitinq etmə qərarı aldı. 76 gənclik təşkilatının qatılacağı nümayiş üçün qubernatorluqdan lazım olan icazə də alınmışdı. Nümayiş edilmədən əvvəlki günlərdən gərginlik artmışdı, çünki 14 fevraldakı Cümə namazından sonra Kommunizmlə Mübarizə Dərnəyi ilə sağ tərəfin yoxlamasında olan Milli Türk Tələbə Birliyinin liderliyində "Bayrağa hörmət" mitinqi təşkil edildi. Bu mitinqdə kommunistlərə qarşı döyüş açıldığı elan edilərək xalqa iki gün sonra təşkil ediləcək olan 6 Flotu Etiraz Gedişində kommunistlərə lazım olan dərsi vermək üzrə toplanma çağırışı edildi. 16 fevral günü, nümayişçilər Bölünməyə doğru gedişə keçmək üzrə Beyazıtda toplanarkən, "kommunistlərə lazım olan dərsi vermə" çağırışına uyğun gələn sağ fikirli kəslər də Bölünmə Meydanına gəldilər. Burada toplu qılınan namazın ardından daşlı və çubuqlu bir şəkildə gözləməyə qoyuldular. Bəyazit Meydanında toplanan gənclik təşkilatları gedişə keçdilər.
Qanlı bazar (1905)
Qanlı bazar Sankt-Peterburqda fəhlələrin çar II Nikolaya ərizə təqdim etmək üçün Qış sarayına doğru sivil yürüş keçirilən 100.000 nəfərin çarın əsgərləri tərəfindən amansızca atəş açılması nəticəsində 1000-dən çox insanın ölümü, 2000-dən çox insanın yaralanması ilə nəticələnən tarixi hadisə.
Qanlı bazar günü
Qanlı bazar günü (gürc. აპრილის ტრაგედია) — 1989-cu ilin 9 aprel tarixində Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanı. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirmişdilər. Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 21 nəfər həlak olmuş, azı 100 nəfərə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 9 aprel tarixi bu gün Gürcüstanda Milli Birlik Günü (gürc. ეროვნული ერთიანობის დღე erovnuli ertianobis dghe) kimi qeyd olunur və rəsmi olaraq milli bayram sayılır.

Значение слова в других словарях