QARAQOYUNLULAR

сущ. истор. каракоюнлу (одно из тюркских племен, правившее на территории Южного Азербайджана в XV в.)
QARAQOVURMA
QARAQUL
OBASTAN VİKİ
Qaraqoyunlular
Qaraqoyunlular və ya Baharlılar (az-əbcəd. قاراقویونلولار‎; fars. قره قویونلو‎; türk. Karakoyunlular) — 1375–1468-ci illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və Şimali İraq ərazilərini idarə etmiş Oğuz türkləri tayfalarından ibarət tarixi tayfa ittifaqı və dövlətdir. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlardır. Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub. Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir, lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi. Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi.
Qaraqoyunlular dövləti

Digər lüğətlərdə