qarçiçəyi
qardaş
OBASTAN VİKİ
Kristina Qarda
Kristina Qarda (d. 16 iyul 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Qarda, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Gürcüstan şəhərləri ilə qardaşlaşmış şəhərlərin siyahısı
Bu siyahıda Gürcüstan şəhərləri ilə qardaşlaşmış şəhərlərin siyahısı verilmişdir.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. == Yaradılması == 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : == Fəaliyyəti == Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.
Karamazov qardaşları
Karamazov qardaşları (rus. Братья Карамазовы, /'bratʲjə karə'mazəvɨ/) — Rus yazıçısı Fyodor Dostoyevskinin romanı. Dostoyevskinin həyatının zirvə romanı olaraq bilinir. Romanın böyük bir hissəsi Staraya Russada yazılmışdır. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın zaman sərf etmiş və 1880-ci ilin noyabr ayında bitirmiştir. Kitabın yayımlanmasından dörd ay sonra yenə bu kitab üçün hazırladığı böyük bir layihə olan "Böyük bir günahkarın xatirələri" ilə məşğul olarkən vəfat etmişdir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan Karamazov qardaşları XX əsrin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Karamazov qardaşları (film, 1968)
Karamazov qardaşları — rejissor İvan Pıryevin 1968-ci ildə Fyodor Dostoyevskinin eyniadlı romanı əsasında çəkdiyi üçseriyalı sovet bədii filmi. 1969-cu ildə SSRİ-də ən çox baxılan və ən məşhur film olmuşdur. == Məzmun == Tale, Tanrı və məhəbbət haqqında psixoloji dram janrında olan filmdir. Süjet F.M.Dostoyevskinin eyniadlı romanının ana xəttini əhatə edir. == Rollarda == Mixail Ulyanov — Dmitri Karamazov Kirill Lavrov — İvan Karamazov Andrey Myaqkov — Alyoşa Karamazov Lionella Pıryeva — Qruşenka Mark Prudkin — Fyodor Pavloviç Karamazov Svetlana Korkoşko — Yekaterina İvanovna Andrey Abrikosov — Kuzma Kuzmiç Samsonov Stanislav Çekan — Samsonovun oğlu Valentin Nikulin — Pavel Smerdyakov Pavel Pavlenko — Zosima Gennadi Yuxtin — Ata İosif Rada Volşaninova — qaraçı Tamara Nosova — Marya Kondratyevna Nikita Podqornı — Mixail Osipoviç Rakitin İvan Lapikov — Lyaqavı == Priz və mükafatları == 1969 — xarici dildə ən yaxşı filmə görə Oskar mükafatı nominasiyası 1969 — 6-cı Moskva Beynəlxalq Film Festivalının xüsusi prizi 1971 — "Mirvari dənəsi" (rus.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Makdonald qardaşları
Riçard Ceyms Makdonald (16 fevral 1909 – 14 iyul 1998) və Moris Ceyms Makdonald (26 noyabr 1902 – 11 dekabr 1971) — McDonald's-ın qurucusu olan amerikalı sahibkar iki qardaş. Onların qurduğu sürətli xidmət sistemi indi daha çox fastfud olaraq tanınır. == Erkən ailə həyatları == Makdonald qardaşları Mançester, Nyu-Hempşirdə Patrik və Marqarita Makdonaldın övladları olaraq dünyaya gəliblər. Valideynləri hələ uşaq olarkən ABŞ-yə gəlmiş irland immiqrantlar idi. == Sahibkarlıq fəaliyyətləri == Makdonald qardaşları 1937-ci ildə Monrovia, Kaliforniyada hot-doq stendi açaraq fəaliyyətlərinə başladılar. Onların ilham mənbəyi şəhərdə yarış pistində yerləşən hot-doq stendi idi. Lakin yarış mövsümü bitdikdən sonra onların müştəriləri azalmağa başlamışdı. Moris, təxminən 100.000 nəfər əhalisi olan və əhalisinin böyük qismi işçi sinfindən ibarət olan San Bernardino şəhərində daha böyük hot-doq restoranı açmağa qərar verdi. Bir çox bankın rədd təklifindən sonra nəhayət 1940-cı ildə Bank of Amerikanın verdiyi kreditlə o, restoranı aça bildi. Uğurlu fəaliyyətə başlayan yeni restoranın gəliri bir il ərzində 40 min dollar olmuşdu.
Marks qardaşları
Marks qardaşları (ing. Marx Brothers) — ABŞ məşhur komediya kvinteti.
Martın qardaşlarının binası
Martın qardaşlarının binası, Qırmızı ev — Rostov-na-Donu şəhəri ərazisində, Bolşaya Sadovnaya küçəsi və Krepesnovo xiyabanında yerləşən bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stildə inşa edilsə də Binanın ilk sahibi İvan Romanoviç Martın olmuşdur. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == İki mərtəbəli qırmızı kərpiçdən inşa edilmiş bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stilində inşa edilsə də, rusqotikası elementləri belə vardır. Binanın künc hissəsində qüllələr vardır. Bınanın ilkin sahibi britaniyalı İvan Romanoviç Martın olmuşdur. Sonrakı mülkiyyətçi isə onun həyat yoldaşı P. İ. Martın olmuşdur.
Mayılov qardaşları
Mayılov qardaşları (erm. Մայիլյան եղբայրներ) — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində fəaliyyət göstərmiş erməni əsilli neft maqnatları. Qardaşlar filantropiya sahəsindəki fəaliyyətləri ilə də tanınmışdır. Bəzi mənbələrə görə Mayılov qardaşları Rusiya imperiyası ərazisində kürünün ilk istehsalçıları olmuşdular. Bakıda bir sıra mədəni işlərin həyata keçirlməsinə maddi yardım göstərən qardaşların əsas işi kimi 1910-cu ildə tikilmiş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası göstərilir. Sözügedən bina Mayılov qardaşlarının vəsaiti hesabına inşa olunmuş və tikinti işləri 1911-ci ildə tamamlanmışdır. Qardaşların vəsaiti hesabına Ermənistanda bəzi ictimai obyektlərin tikintisi baş tutmuşdur. == Qardaşlar == Mayılyan qardaşları Daniel, İvan (Hovannes) və Lazardan ibarət olmaqla üç qardaş olmuşlar. Qardaşların əsas gəlirləri Bakı ətrafı kəndlərdə yerləşən neft mədənlərindən gəlməkdə idi və bununlada dövrünün varlı sənaye kapitalistlərinə çevirilmişdilər. Neft sənayesi ilə yanaşı Rusiya imperiyasının bazarındakı kürü biznesi də bir müddət Mayılov qardaşlarının nəzarəti altında olmuşdur.
Meşə Qardaşları
Meşə Qardaşları (1905-1906)
Meşə Qardaşları (Dərbənd)
Meşə qardaşları (rus. Лесные братья) və ya Dərbənd camaatı (rus. Дербентский джамаат) — Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyi Şəriət Camaatının tərkibində olan İslamçı Cihadçı qrup. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar etmiş, terror aktları təşkil etmiş, vəhabi ədəbiyyatı yaymış və Dağıstanda və Azərbaycanda təbliğat və təşviqat işləri aparmışdır. Qrup Rappani Xəlilov tərəfindən yaradılmışdır. 2007-ci ilin sentyabrında vəfat etdikdən sonra qrupa Əmir Əbdül Məcid rəhbərlik etmişdir. Çeçen müharibələrinin iştirakçısı olan Məcid 2008-ci ilin sentyabrında öldürüldü və yerinə İsrapil Vəlijanov keçdi. 2011-ci ilin aprelində Vəlijanovun ölümündən sonra Dərbənd camaatı, qalan üzvləri 2016-cı ilin noyabrında öldürülənə qədər fəaliyyət göstərməsinə baxmayaraq, istiqamətini dəyişdi. Qrupa 2007-ci ilin sentyabrında vəfat edənə qədər Rappani Xəlilov rəhbərlik etmişdir. Daha sonra Azərbaycanın Zaqatala rayonundan olan, Əmir Əbdül Məcid kimi tanınan İlqar Mollaçiyev, Dərbənd camaatının komandiri təyin edildi.
Monqolfiye qardaşları
Monqolfiye qardaşları - 1783-cü ilin 4 iyun tarixində dünyada ilk dəfə hava şarı ilə uçuş həyata keçirmiş fransız qardaşlar. Yozef Mikel Monqolfiye və Yakob Etyen Monqolfiye yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfiye qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur.
Müsəlman Qardaşlar
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Müsəlman Qardaşlığı
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Mənim qardaşımın yolu (kitab)
Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti — Məşhur terrorçu Monte Melkonyanın ABŞ-də yaşayan qardaşı Markar Melkonyan tərəfindən 2005-ci ildə yazılmış kitab. Kitabın adı "Mənim qardaşımın yolu" dur (ing. My Brother's Road). Markar Melkonyan yazdığı kitabda qardaşı Monte Melkonyana bəraət qazandırmağa çalışır onu təmizə çıxarmağa cəhd edir. Kitab ilk dəfə 2005-ci ildə dərc olunur sonra isə 2007-ci ildə təkrarən dərc olunur. Kitabın yazılmasında həmçinin Melkonyanın həyat yoldaşı da iştrak etmişdir. Kitab çıxandan sonra Ermənistanda və erməni diasporasında bu kitabın terrorçunun qardaşı tərəfindən yazılmasını təkzib edirdilər, hətta kitabı azərbaycan-türk təbliğatının məhsulu kimi də təqdim edirdilər. Buna səbəb isə Markar Melkonyanın qardaşını təmizə çıxarma məqsədi ilə digər erməni quldur və canilərinin iyrənc cinayətlərinin üstünü açması idi. Kitabdan parçalar: "Monte öz dəstəsi ilə erməni kəndi olan Naqxortidən çıxaraq qarla örtülmüş dağ yamacından Qaradağlı tərəfə düşərkən, kəndin erməni əhalisi onların qarşılarına çıxıb Qaradağlıya hücum etməmələrini tələb etdilər, onların arasında mübahisə yarandı, sakinlər Qaradağlıya hucumun Naqxortiyə müharibə qətirəcəyini deyirdilər Monte isə onlara cavab olaraq, artıq çox gec olduğunu və müharibənin artıq qetdiyini dedi" Daha sonra müəllif Qaradağlının işğalından yazır: "Arabo və Aramonun (erməni silalı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar, və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı.
Nobel qardaşları
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Nobel qardaşlarının ilk uğuru (film,2019)
Nobel qardaşlarının ilk uğuru — qısametrajlı sənədli film. Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olmuşdur. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdir. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin, Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olumuşdur. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.
Nobel qardaşlarının ilk uğuru (film, 2019)
Nobel qardaşlarının ilk uğuru — qısametrajlı sənədli film. Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olmuşdur. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdir. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin, Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olumuşdur. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Nəzərli (Qardabani)
Nəzərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 5.808 nəfər (2.943 nəfəri kişilər, 2.865 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
Orucov Qardaşları Mətbəə Nəşriyyatı
Orucov Qardaşları Mətbəə Nəşriyyatı — 1906–17-ci illərdə Bakıda Oruc, Qənbər və Abuzər Orucov qardaşlarına məxsus mətbəə-nəşriyyat. Oruc, Qəmbər və Abuzər Orucov qardaşları XIX əsrin sonlarında Bərdənin Alpout kəndində anadan olublar. Bərdədə olan mülklərini sataraq Bakıya köçüblər. 1906-cı ilin payızında mətbəə açmaq üçün Varşavadan çap maşını gətiriblər. Nəşriyyatın kitab çapından başqa kitab və yazı ləvazimatı satan mağazaları da olub. Nəşriyyat İstiqlaliyyət küçəsində Tağıyevə məxsus binada yerləşirdi. Bu nəşriyyatda qardaşlar tərəfindən Azərbaycan, rus, avropa və şərq xalqları ədəbiyyatına aid bir çox kitablar çap edilib. 12–13 il (1905–1918) fəaliyyət göstərən mətbəə bu illərdə elmin müxtəlif sahələrinə aid və müxtəlif dillərdə 300-dən çox kitab və kitabça çap etmişdir. Azərbaycan yazıcılarından A. Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü. Hacıbəyov və başqa klassiklərin onlarla əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Orucov qardaşları Azərbaycan ədəbiyyatı nümunələrinin nəşrinə geniş yer verirdi.
Qardabani
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qardabani bələdiyyəsi
Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir. 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir.