QARİ

(Şəki, Tabasaran)
1. qolun dirsəkdən yuxarı hissəsi
2. qoyunun qabaq ayaqlarının dizdən yuxarı hissəsi
QARIYAYO:ŞMAZ
QARKÖRƏMƏZİ
OBASTAN VİKİ
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Qari Lineker
Qari Lineker (d. 30 noyabr 1960) — İngiltərə futbolçusu. İngiltərə milli komandasının heyətində 80 oyun keçirib, 48 qol vurub.
Qari Medel
Qari Medel (İspanca tələffüz: [ˈɡaɾi meˈðel]; 3 avqust 1987[…], Santyaqo) — Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"da oynayan Çilili futbolçu. O, həmdə Çili millisinin formasını geyinir. Medel futbola ölkəsinin Katolika Universiteti klubunda başladı. Müdafiəyə meyilli oyuna üstünlük verən futbolçu daha sonra Boka Cunyorsa transfer olundu.
Qari Mur
Robert Uilyam Qari Mur (ing. Robert William Gary Moore; 4 aprel 1952, Belfast, Şimali İrlandiya, Böyük Britaniya – 6 fevral 2011, Estepona, İspaniya) — irland əsilli Britaniya müğənnisi, gitaraçısı və mahnı müəllifi. Blyuz-rok musiqi janrının inkişafında böyük rolu olmuşdur. Solaxay olmasına baxmayaraq 14 yaşından standart gitarada ifa etmişdir. Daha çox "Still Got The Blues" və "Parisienne Walkways" mahnıları ilə məşhurdur. Qari Mur 6 fevral 2011-ci ildə İspaniyada istirahət zamanı ürək tutmasından 58 yaşında vəfat etmişdir. 1973 — Grinding Stone (Gary Moore Band) 1978 — Back on the Streets 1979 — G-Force 1982 — Corridors of Power 1983 — Victims of the Future 1984 — Dirty Fingers 1985 — Run for Cover 1986 — Rockin' Every Night (Live in Japan) 1987 — Wild Frontier 1989 — After the War 1990 — Still Got the Blues 1992 — After Hours 1993 — Blues Alive 1994 — Ballads & Blues 1982-1994 1994 — Around The Next Dream (BBM) 1994 — Walkways 1995 — Blues for Greeny 1997 — Desperado (1977-78 yığma) 1997 — Dark Days in Paradise 1998 — Out in the Fields (the very best of) 1999 — A Different Beat 2001 — Back to the Blues 2002 — Scars 2004 — Power of the Blues 2006 — Old New Blues Ballads 2007 — Close As You Get 2008 — Bad For You Baby 1981 — Live at the Marquee 1984 — We Want Moore!
Qari Oldmen
Qari Leonard Oldmen (ing. Gary Leonard Oldman; 21 mart 1958, London, İngiltərə) — məşhur ingiltərəli aktyor və rejissor. Son illərdə o Harri Potter filmləri silsiləsində Sirius Blek və Kristofer Nolanın Betmen filmləri silsiləsindəki obrazlarına görə tanınır. 2018-ci ildə "Darkest Hour" (2017) filminə görə "ilin ən yaxşı aktyoru" nominasiyasında "Oscar" mükafatı qazanmışdır. Leonard Qari Oldmen 21 mart 1958-ci ildə Londonda, qaynaqçı ailəsində anadan olub. Qarinin yeddi yaşı olanda atası ailəni tərk edib. Balaca Qari iki bacısı ilə anasının yanında böyüyüb. Ona çox nadir hallarda baş çəkən atası 62 yaşında əyyaşlıqdan vəfat edib. On dörd yaşı olan Qari Qrinviç Gənclər Teatrının truppasına daxil olub, on altı yaşında isə idman ləvazimatlarının satışı ilə məşğul olmaq üçün məktəbi yarımçıq qoyub. Amma o, eyni zamanda ədəbiyyatla yaxından maraqlanır və pianoda çalırmış.
Qari Rodriqez
Qari Mendes Rodriqez (27 noyabr 1990[…], Rotterdam, Cənubi Hollandiya) — Qalatasaray üçün hücumçu kimi oynayan Hollandiyada doğulmuğ bir Cape Verdeanlı futbolçusudur. Daha əvvəl PAOK, Elche CF, XerxesDZB, FC Boshuizen, ADO Den Haag, Dordrecht və Bolqar komandasi Levski Sofiya üçün oynamışdır. Niderlandiyada anadan olan Rodriqez, 2013-cü ilin fevral ayında, Cape Verde üçün oynamaq istəyirdi və o debütünü 2013-cü ilin avqust ayında etdi. 2015-ci ildə Afrika Millətlər Kubokunda milli komandasını təmsil etdi. O, Cerson Kabralın qohumudur. Gənc oyunçu Rodriqez Feyenoord və Portuqaliya Real İdman Klubu üçün oynadı. Rodriqez 16 may 2012-ci il tarixində 1 + 1 illik müqavilə imzalayaraq amatör "FC Boshuizen" -dən Eredivisie klubunu ADO Den Haağına heyətinə qoşuldu. İyul ayında Ester Divisie klubu Dordrecht'e kirayə verildi. Rodrigues, 10 Avqustda Emmen əleyhinə 1–1 bərabərə qaldığları oyunda, tam 90 dəqiqə oynayaraq liqada debüt etdi. 11 fevral 2013-cü ildə Rodriqez Bolqarıstan klubu Levski Sofiya ilə iki il yarım müqavilə imzaladı.
Qold Qari
Qold Qari (ing. GARY GOLD;22 noyabr 1946, Moskva)— amerikalı bəstəkar, musiqiçi (saksofon) və pop şanson janrında ifaçıdır. Qari, sözün əsl mənasında, küçədə doğulmuşdur. Valideynləri seçdikləri doğum evinə gəldikdə, xəstəxana artıq dağılmışdı. Onlar başqa bir xəstəxana axtararkən, küçədə doğuş baş vermişdir. Qarinin ailəsi Təmiz nohurlarda yaşayırdı. Orta məktəblə paralel olaraq, Qari musiqi məktəbini də bitirmiş, ilk mahnılarını on dörd yaşında yazmışdır. 1961–1965-ci illərdə Feliks Dzerjinski adına Maşınqayırma Məktəbində oxumuş, 1970-ci ildə Qold Moskva Avtomexanika İnstitutunu bitirmişdir. Texnikumda oxuyarkən musiqiçi MMAB-yə (Moskva Musiqi Ansamblları Birliyi) üzv olmuş və Yuri Silantyevin orkestrində çıxışlar etmişdir. Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi (VDNX), "Ulduz", "Ostankino", "Saturn" restoranlarında və "Rusiya" hotelinin restoranında işləmişdir.
Romen Qari
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Qari Ravkan
Qari Ravkan (ing. Gary Ruvkun; 26 mart 1952, Berkli, Kaliforniya) — Amerika Birləşmiş Ştatlarından olan genetik üzrə alimdir və Harvard Tibb Məktəbinin professorudur. “2024-cü ildə mikro RNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimləməsindəki roluna görə Fiziologiya və Tibb üzrə Nobel mükafatçısı. (Viktor Ambroz ilə birgə) == Həyatı == 26 mart 1952-ci ildə anadan olub, Harvard Tibb Məktəbinin genetiki və professorudur. O, Viktor Ambroz ilə birlikdə 2024-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıb. O, həmçinin Genetika üzrə Qruber Mükafatı, Luiza Qross Horowitz Mükafatı, Benjamin Franklin Medalı, Həyat Elmləri üzrə Briketrou Mükafatı, Qardiner Mükafatı, Tibb üzrə Volf Mükafatı və sonda Fiziologiya üzrə Nobel Mükafatına layiq görülmüşdür.
Feliks Qari Qrey
Feliks Qari Qrey (17 iyul 1969, Nyu-York, Nyu-York ştatı) — Amerikalı film və musiqi video rejissoru və prodüseridir. O, daha çox rejissoru olduğu Friday (Cümə), Set It Off, The Mediator (Vasitəçi) və The Italian Job filmlərinin remeykləri ilə tanınır. Filmlərdən başqa TLC, Dr. Dre, Tupac Shakur, Mary J. Blige, Outkast, Babyface və Jay-Z kimi bir çox sənətçi və qrupun video kliplərini çəkmişdir.
Qari Koul (aktyor)
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
"What if?" (Dinə Qaripova mahnısı)
Adam Qaribyan
Adam Qaribyan — erməni mənşəli opera müğənnisi; Azərbaycan SSR xalq artisti. == Həyatı == 1960-1970-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olmuşdur. Səhnədə 40-dan artıq obraz yaratmışdır.
Qaribaldi (film, 1961)
Qaribald (it. Garibaldi / Viva l'Italia!) — 1961-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. Qaribaldi — Internet Movie Database saytında.
Qarif Axunov
Qarif Axunov (tatar. Гарифҗан Ахунҗан улы Ахунов, 18 sentyabr 1925 – 4 iyun 2000, Kazan) — dövlət və ictimai xadim, RSFSR-nin əməkdar incəsənət xadimi, Tatarıstanın xalq yazıçısı, Qabdulla Tukay Respublika Mükafatı laureatı (1973). 18 sentyabr 1925-ci ildə Arsk rayonunun Keçkene Uçili kəndində çörəyini erkən itirən böyük bir kəndli ailəsində anadan olub: Keçkene Uçili kəndində təşkil olunan kolxozun ilk sədri kommunist Axunzyan (Qərifin atası) öldürüldü tərəfindən kulaks. Kazanbaş kəndindəki yeddi illik məktəbdə savadlılığın əsaslarını öyrənmiş, daha sonra 1947-ci ildə bitirdiyi Arsk Pedaqoji Məktəbində təhsil almışdır. 1947-ci ildə Kazan Dövlət Universitetinin Tarix və Filologiya fakültəsinin tələbəsi oldu və 1952-ci ildə onu müvəffəqiyyətlə bitirdi. Universiteti bitirdikdən sonra "Edabiyata Şurası" ("Sovet Ədəbiyyatı") jurnalının redaksiyasında çalışdı. 1956–1968-ci illərdə Almetyevskdə yaşadı, Tatar ASSR Yazıçılar Birliyi şöbəsinin məsul katibi oldu. Bu dövrdə Axunov əsas əsərlərini yazdı. 1957-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü oldu. 1968-ci ildə Axunov 1971–1974-cü illərdə Kazana qayıtdı.
Qarinya buxtası
Qarinya buxtası (bolq. залив Гърня, ‘Zaliv Garnya’ \'za-liv 'g&r-nya\) — 1.2 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşmişdir. Smirnenski burnundan cənub-şərqdə, Perelik burnundan şimal-şərqdə yerləşmişdir. Buxta şimali Bolqarıstanda yerləşən Qarinya şəhərinin adını daşıyır. Qarinya buxtası 62°22′25″ c. e. 59°22′40″ q. u. koordinatlarında yerləşmişdir. L.L. Ivanov.
Qarip adası
Qarip adası (türk. Garip Adasi) — Egey dənizində, İzmir ilinin Dikili şəhəri yaxınlığında yerləşən ada. Ada Yunanıstana məxsus olan Lesbos adasından cənub-şərqdə yerləşir. İzmir körfəzi suları ilə yuyulur. Qədim zamanlarda Qarip adası və onun daxil oldugu arxipelaq Arqinus adaları (q.yun. Ἀργινούσ(σ)αι) olaraq tanınırdı. Peloponnes müharibəsi zamanı, b.e.ə 406-cı ilin sentyabrında Adina və Sparta arasında böyük dəniz döyüşü baş vermişdir. Döyüş tarixə Arqinus döyüşü adı ilə düşmüşdür. Afinalılar döyüşü qalib gəlsələrdə müharidədə son uğurları olur. Orta əsrlər dönəmində adfa Bizans imperiyasına məxsus olmuşdur.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Qarisi döyüşü
Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş. Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir. Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi. Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi.
Qarissa Universitet Kolleci
Qarissa Universitet Kolleci (ing. Garissa University College) — Keniyanın Şimal-Şərq əyalətin Qarissa adlı şəhərində yerləşən ali təhsil müəssisəsi.
Qarissa Universitet Kollecinə hücum
Qarissa Universitet Kollecinə hücum (ing. Garissa University College attack) - Keniyanın Şimal-Şərq əyalətinin Qarissa adlı şəhərində baş vermiş silahlı hücum. Terror aktı bölgədə aktiv olan Əş-Şəbab terror təşkilatı tərəfindən Qarissa şəhərində fəaliyyət göstərən Qarissa Universitet Kollecinin tədris binasına təşkil edilmişdir. Hadisə nəticəsində 148 nəfərin həlak olduğu, 78 nəfərin isə yaralandığı açıqlanıb. Qarissa şəhəri Keniyanın Şimal-Şərq əyalətinə daxildir və əyalətin mərkəzi şəhəri hesab olunur. Şəhərin Somali sərhəddinə olan məsafəsi təxminən 200 kmdir. Qarissada əyalətin idarə mərkəzləri, hərbi düşərgələr və polis mərkəzləri yerləşir. Əl-Qaidənin Somalidə olan qolu olaraq qəbul edilən Əl-Şahab tərəfindən Keniyanın Somali ilə sərhəd ərazilərindən təşkil edilən intiqam hücumları zamanı son iki il ərzində 200 nəfərdən çox şəxs həlak olmuşdur. Əl-Şahab Keniya hökümətini beynəlxalq güclərlə əlbir olaraq onlara qarşı birləşməkdə günahlandırmaqdadır. Əl-Şahab tərəfindən xüsusi ilə Keniyanın turizm bölgələri hədəf alınır.
Qariə Surəsi
101-ci surə
Rami Qaripov
Rami Qaripov (başq. Рәми Йәғәфәр улы Ғарипов 12 fevral 1932, Arkaul[d], Başqırd MSSR – 20 fevral 1977, Arkaul[d], Başqırd MSSR) — Başqırd şairi. Başqırdıstanın xalq şairi Rami Qaripov 12 fevral 1932-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Salavat rayonunun Arkaul kəndində kolxozçu ailəsində anadan olmuşdur. Doğma kəndindəki yeddi illik məktəbi bitirib, sonra 9 nömrəli Ufa orta məktəbində oxumuşdur. 1950–1955-ci illərdə A. M. Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsi olur. Oranı bitirdikdən sonra "Başqırdıstan Şurası" qəzetinin redaksiyalarında, "Ağidel" jurnalında və Başqırd kitab nəşriyyatının bədii redaktoru işləmişdir. 1959–1964-cü illərdə Rami Qaripov doğma yurdunda yaşayır, Yuryuzan kolxozu və Salavat rayonunun Sarqamış sovxoz komsomol təşkilatının katibi, Salavat regional qəzetinin şöbə müdiri vəzifələrində çalışır. 1964–1966-cı illərdə "Başqırdıstan Şurası" qəzetində ədəbi işçi, 1968–1972-ci illərdə "Başqırdıstan Qızı" jurnalının icraçı katibi işləyir. Rami Qaripovun əsərləri 1950-ci ildən çap olunmağa başlayır. İlk şeiri 1950-ci ildə "Ədəbi Başqırdıstan" jurnalında çap olunur.
What if? (Dinə Qaripova mahnısı)
"What if?" (azərb. Nə olardı?‎) — Tatar mənşəli Rusiya müğənnisi Dinə Qaripovanın bəşəriyyətə mərhəmət və vəhdəti təbliğ edən həzin sülh balladası. Mahnı Rusiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmişdir. İstedadlı ifaçı Dinə Qaripovanın səsləndirdiyi "What if?" musiqi əsərinin sözləri və bəstəsi Qabriel Alares, Yoakim Byörnberq və Leonid Qutkin tərəfindən ərsəyə gətirildi. Mahnının sözləri bəşəriyyəti əbədi sülh və mərhəmətə səsləyən mühüm sual üzərində qurulmuşdur. İfaçı insanların eyni ulduzu paylaşmasına baxmayaraq, "Mənlik" duyğusu və kinlə silahlanan yer kürəsini "Kosmosda kiçicik bir ada" kimi səciyyələndirir. İsanları vəhdətə dəvət edən, şüar xarakterli "Nə olardı?" sualı kövrək mərhəməti özündə təcəssüm etdirməkdədir. Avroviziya Mahnı Müsabiqəsi 2013 Rusiyanın milli yayım şirkəti (C1R) 19 fevral 2013-cü il tarixində daxili seçim üsulu vasitəsilə ölkəni 2013 Avroviziya Mahnı Müsabiqəsində Dinə Qaripovanın təmsil edəcəyini elan etmişdir. Seçilmiş mahnı 24 fevral 2013-cü il tarixində açıqlandı. Mahnı ifaçı tərəfindən ilk dəfə Moldova milli finalında təqdim edilmişdir.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.

Значение слова в других словарях