QARMAQARIŞIQ

sif.zərf
1. Bir-biri üstünə, necə gəldi tökülmüş, bir-birinə qarışmış; qat-qarışıq, nizamsız, qaydasız, tərtibsiz. Qarmaqarışıq kağızlar. Qarmaqarışıq salmaq.
2. Anlaşılmaz, qarışıq, dolaşıq. Qarmaqarışıq yuxu. Qarma-qarışıq iş.
– Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. M.S.Ordubadi.
[Cəvahir] ürəyini qəflətən bürümüş qarmaqarışıq, narahat hisslərdən baş aça bilmirdi. İ.Məlikzadə.

3. Hərc-mərc, pozğun, nizamsız. Qarmaqarışıq vəziyyət.
– Düşmən bütün cəbhə boyu qarmaqarışıq bir halda ricətə başlamışdı. M.Hüseyn.

Антонимы

  • QARMAQARIŞIQ QARMAQARIŞIQ – AYDIN Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı (M
QARMAQ₂
QARMAQARIŞIQLIQ

Значение слова в других словарях