qarnitur
Qaronna
OBASTAN VİKİ
Bakı Hərbi Qarnizonu
Bakı hərbi qarnizonu — 1919–1920-ci illərdə Bakı şəhərində və onun ətrafında yerləşdirilmiş bütün hərbi hissələri, təşkilatları, hərbi təhsil müəssisələrini özündə birləşdirən hərbi qurum. == Yaradılması == Bakı hərbi qarnizonu Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1918-ci ilin, sentyabrın 15-də, Azərbaycan hərbi qüvvələri və Qafqaz İslam Ordusu şəhəri azad etdikdən sonra formalaşdırılmağa başlandı. Tərkibində həm türk hərbi qüvvələri, həm də Azərbaycan hərbi qüvvələri olan Bakı hərbi qarnizonunun ilk rəhbəri Qafqaz İslam Ordusunun Qərərgah rəisi Nazim bəy olmuşdur. 1918-ci ilin noyabrın 17-də şəhərə daxil olan İngilis hərbi qüvvələri şəhərdəki bütün türk hərbi hissələri ilə bərabər, Azərbaycan ordusunun bütün hissələrinin də şəhərdən çıxarılmasını tələb etdi. Beləliklə Bakı hərbi qarnizonu ləğv edildi. == Yenidən təşkili == Bakı hərbi qarnizonu 1919-cu ilin aprel 5-də yenidən formalaşdırılmağa başladı. İngilis qüvvələri komandanlığının razılığına əsasən, həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun Birinci Tatar süvari alayı, bir piyada taboru və bir neçə topçu batareyası Bakıya daxil oldu. Bakıya daxil olan qüvvələrə Birinci Tatar süvari alayının komandiri polkovnik Ağalarov rəhbərlik edirdi. Ona, eyni zamanda, Bakı qarnizonunun rəisi vəzifəsi də həvalə edilmişdi. Bakı şəhəri komendantı isə polkovnik-leytenant Azad Vəzirov təyin edilmişdi (ona 1919-cu il, iyulun 9-da polkovnik rütbəsi verilmişdi).
Bakı hərbi qarnizonu (1919-1920)

Naxçıvan Hərbi Qarnizonu
Naxçıvan Hərbi Qarnizonu — Azərbaycan Silahlı Qüvvələrinin qoşun birləşmələri. 1991-ci il sentyabrın 7-də erməni təcavüzünün gücləndiyi şəraitdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin imzaladığı qərarla Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1992-ci il iyul-avqust ayında qəbul etdiyi qərarlara əsasən keçmiş SSRİ Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələri əmlakı ilə birlikdə DMK-ya verildi. 1992-ci il sentyabrın 19-da DMK-nın bazasında Azərbaycan Milli Ordusunun 705 saylı motoatıcı briqadası, eyni zamanda keçmiş 41-ci sərhəd dəstəsinin bazasında 22 avqust 1992-ci il tarixdə Azərbaycanın ilk sərhəd dəstəsi yaradıldı. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində 1995-ci il iyunun 21-də 705 saylı motoatıcı briqada 705 saylı motoatıcı diviziyaya çevrilmiş, 1998-ci il dekabrın 8-də isə həmin diviziyanın bazasında korpus yaradılmışdır. 10 aprel 1995-ci il tarixdə Daxili qoşunların Naxçıvan taboru yaradılmış, 4 dekabr 2002-ci il tarixdə həmi tabor Daxili Qoşunların Naxçıvan Alayına çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsi "Naxçıvan" Sərhəd Diviziyasına çevrilmişdir. Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasının ərazisindəki qurumları birlikdə Naxçıvan Hərbi Qarnizonunu təşkil edir.
İslami İmam Rza (hərbi) qarnizonu (Marağa)
İslami İmam Rza (hərbi) qarnizonu (fars. پادگان اسلامي امام رضا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd və hərbi məntəqə. 2006-cı il məlumatına görə kənddə 3,361 nəfər yaşayır (853 ailə).
İslami İmam Rza Qarnizonu
İslami İmam Rza (hərbi) qarnizonu (fars. پادگان اسلامي امام رضا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd və hərbi məntəqə. 2006-cı il məlumatına görə kənddə 3,361 nəfər yaşayır (853 ailə).

Значение слова в других словарях