Qaronna
qarovluq
OBASTAN VİKİ
Qarovul
Qarovul (ümumtürk) — döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, hauptvaxtada və intizam batalyonlarında saxlanılan şəxslərin keşiyi və qorunması, eləcə də hərbi mərasimlər üçün nəzərdə tutulan silahlı bölük. Həm qarnizonlu(düşərgə), həm də daxili(gəmi) qarovulu ola bilər; hər ikisi daimi, həm də müvəqqəti ola bilər. Xüsusi hallar üçün fəxri qarovullar təşkil olunur. Fəxri qarovul — Əsgəri ehtiram göstərmək üçün ayrılmış bölmə Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Qarovulbazar
Qarovulbazar (özb. Qorovulbozor) — Özbəkistanın Buxara vilayətində şəhər. Qarovulbazar, Buxara şəhəri bölgəsinin inzibati mərkəzindən 65 kilometr məsafədə, Buxara ilə Qarşını birləşdirən dəmir yolu xəttinin yaxınlığında yerləşir. 2010-cu ilin məlumatlarına görə Qarovulbazarda 9.249 nəfər yaşamaqda imiş.
Qarovulgədik dağı
Qarovulgədik dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1441,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni-Xəzəryurd qolunun eyni istiqamətli Yoxuş ayrılmasının qurtaracağında zirvə. Düylünçayın sol sahilində, Çənnəb kəndindən 700 m-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında.
Qarovultəpə
Qarovultəpə dağı (Babək) Qarovultəpə dağı (Kəngərli) Qaravultəpə — Lerik rayonu ərazisində dağ. Hündürlüyü 1928 m. Qaravultəpə — Şərur rayonunun şimal hissəsində dağ. Hündürlüyü 1584 m.
Qarovultəpə dağı (Babək)
Qarovultəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 919,9 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq cinahında, Dərələyəz silsiləsindəki Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, Naxçıvan-Sədərək avtomobil yolunun cənub kənarındadır. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən geniş cənub-şərq qanadında yerləşir.
Qarovultəpə dağı (Kəngərli)
Qarovultəpə dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1587,5 m). Dərələyəz silsiləsinin cənub-qərb yamacında zirvə. Qarabağlar kəndindən 1,5 km şimal-şərqdədir. Orta Triasın Anizi və Ladin mərtəbələrinə aid Ərdağı lay dəstəsinin terrigen-karbonat çöküntülərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında həmçinin Üst Triasın və Üst Permin terrigen-karbonat çöküntüləri açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində, eyniadlı antiklinalın tağ hissəsində yerləşir. Zirvə hissindən və yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılma pozulmaları keçir.
Qarovulxana (Tikantəpə)
Qarovulxana (fars. قراولخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (39 ailə).
Qarovulxana dağı
Qarovulxana dağı (Şərur)
Qarovulxana dağı (Ordubad)
Qarovulxana dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1442,7 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin suayırıcısında zirvə. Biləv kəndindən 4,5 km-dək qərb-cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerfləşir.
Qarovulxana dağı (Şahbuz)
Qarovulxana dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1840,8 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan Qabaqtəpə qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində zirvə. Badamlı kəndindən 1,2 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, yamacları erozion dərələrlə yarılmış günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının geniş cənub-qərb qanadında yerləşir. Yamacından şimal-şərq və şimal-qərb istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir.
Qarovulxana dağı (Şərur)
Qarovulxana dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin şimal-qərb istiqamətli eyniadlı ayrılmasının suayrıcında, Yuxarı Yaycı kəndindən 1 km-dək şimal-şərqdə dağ (hünd. 1706,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yastı tələli yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
Qarovulçu dövlət
Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır. Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir. Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizm və sağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir. Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür. Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar. Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır. Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir.
Qarovulüstü
Qarovulüstü — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qarovulüstü oyk., mür. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Azərbaycanın bir sıra kiçik dağlarında keçmişdə gözətçi məntəqələri yerləşdiyinə görə belə adlanmışdır. Bu ad bir qrup ailənin Qaravul adlı yerin üst tərəfində məskunlaşması ilə əlaqədar yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 176 nəfər əhali yaşayır.
Qarovuş
Qarovuş yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndindən şimalda, dağların arasında salınmış qədim yaşayış yeri. Yaşayış yeri dağ çayının hər iki sahilini əhatə edir. Yaşayış yerində dördkünc formalı binaların qalıqları qalmaqdadır. Binaların bünövrəsi daşdan inşa olunaraq gil məhlulu ilə bərkidilmişdir. Yerüstü materiallar antik və orta əsrlərə aid forma verməyən keramika parçalarından ibarətdir. Hazırda yaşayış yerindən yaylaq kimi istifadə olunur. Yaşayış yerinin yaxınlığında Son Antik dövrə aid nekropol da vardır. Araşdırmalara əsasən demək olar ki, yaşayış yeri uzun müddət maldar tayfalar tərəfindən istifadə edilmişdir. Yaşayış yerini (e.ə. 2) əsrə aid etmək olar.
Qarovuş nekropolu
Qarovuş nekropolu — Naxçıvan Muxtar Respublikası Şərur rayonunda eyniadlı yaşayış yerinin cənubunda, çayın sol sahilində meşənin içərisində arxeoloji abidə. Nekropolun ərazisi xalq arasında Alçalı da adlandırılır. Qəbirlərin bir neçəsi aşınma nəticəsində üzə çıxmış və dağıdılmışdır. Qəbirlər dördkünc formada orta həcmli qaya parçalarından iki sıra hörülməklə qurulmuşdur. Talan edilən bəzi qəbirlərin divarları 0,5-0,8 m hündürlükdə salamat qalmışdır. Qəbirlər müxtəüf istiqamətlərə yönəldilmiş vəziyyətdə olub, həcminə görə bir-birindən fərqlənirlər. Dağıdılmış qəbirlərin ətrafında aparılan araşdırmalar zamanı çəhrayı rəngli keramika parçaları aşkar olunmuşdur. Aşkar olunmuş materiallar eramızın ilk əsrləri üçün xarakterikdir. Arxeoloji materiallara əsasən nekropolu (e.ə. II)-(b.e.
Qarovuş yaşayış yeri
Qarovuş yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndindən şimalda, dağların arasında salınmış qədim yaşayış yeri. Yaşayış yeri dağ çayının hər iki sahilini əhatə edir. Yaşayış yerində dördkünc formalı binaların qalıqları qalmaqdadır. Binaların bünövrəsi daşdan inşa olunaraq gil məhlulu ilə bərkidilmişdir. Yerüstü materiallar antik və orta əsrlərə aid forma verməyən keramika parçalarından ibarətdir. Hazırda yaşayış yerindən yaylaq kimi istifadə olunur. Yaşayış yerinin yaxınlığında Son Antik dövrə aid nekropol da vardır. Araşdırmalara əsasən demək olar ki, yaşayış yeri uzun müddət maldar tayfalar tərəfindən istifadə edilmişdir. Yaşayış yerini (e.ə. 2) əsrə aid etmək olar.

Значение слова в других словарях