Qarovulgədik dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1441,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni-Xəzəryurd qolunun eyni istiqamətli Yoxuş ayrılmasının qurtaracağında zirvə. Düylünçayın sol sahilində, Çənnəb kəndindən 700 m-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında.[1]
Qarovulgədik dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1441,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |