QARTALÇA

сущ. зоол. орляк (живородящая рыба из подотряда скатов)
QARTALBURUNLUQ
QARTALLI
OBASTAN VİKİ
Qartalça
Qartalça (lat. Hieraaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Cırtdan qartalça
Cırtdan qartalça (lat. Hieraaetus pennatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartalça cinsinə aid heyvan növü. Təhlükə altında olan və sayı azalan quş növüdür. == Təsviri == Ən kiçik qartaldır. Ümumi rəngi qəhvəyi-qonur, quyruğu nisbətən açıq, çalma lələkləri isə tünd rənglidir. Səsi zəif, amma bərkdir (“yuq-yuq-yuq”). == Yayılması == Arealı genişdir: Avropa, Asiya, Afrika, Avstraliya, Azərbaycanda aranda və dağda yayılıb. Yaşayış yeri və həyat tərzi: Açıq sahə ilə növbələşən seyrək meşələrdə və hündür ağac olan köhnə bağlarda yaşayır. Azərbaycana reproduksiya üçün gəlir (apreldən oktyabra qədər olur). Yalnız ağacda yuva tikir və ya başqa quşların yuvasını zəbt edir.