qarğa-sağsağan

qarğa-sağsağan
qarğa-quzğun
qarğaayağı
OBASTAN VİKİ
Sağsağan
Sağsağan və ya adi sağsağan (lat. Pica pica) — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. Ümumi sağsağanlar oturaq quşlardır. Kiçik meşələrdə, parklarda, bağlarda, tez-tez insan məskənlərinə yaxın yerlərdə məskunlaşırlar. Sıx meşələrdən adətən çəkinirlər. Sağsağan əkiz quşdur. Bir ortaq həyatın ilk ilində seçilir, ilk cütləşmə həyatın ikinci ilində baş verir və növbəti yazda cütlük yuva qurmağa başlayır və övlad sahibi olmağa çalışır. Tez-tez yüksək səslə ağacdan ağaca uçan quş sürülərində görülür. Balalarına sahib olan yetkin bir cütdür. Cütlük cəsarətlə ərazisini digər vəhşi quşlardan müdafiə edir.
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22–23 sm, kütləsi 150–200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Sağsağan (dağ)
Sağsağan — Azərbaycan Respublikası Kəlbəcər rayonunda eyniadli dağ silsiləsinin zirvəsidir. Hündürlüyü 1705 m. Oronim eyniadlı quşun adı ilə adlandırılmışdır.
Sağsağan (dəqiqləşdirmə)
Sağsağan — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. Sağsağan (pyes) — Abbas Zamanovun pyesi. Sağsağan — Qarabağın dağlıq hissəsində dağ silsiləsi. Sağsağan (dağ) — Kəlbəcər rayonunda eyniadli dağ silsiləsinin zirvəsidir. Hündürlüyü 1705 m.
Sağsağan (hekayə)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Sağsağan (pyes)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Sağsağan gülxətmisi
Sağsağan gülxətmisi (lat. Alcea sachsachanica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir –DD. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: DD. Çoxillik ot bitkisidir. Gövdələri 50-70 sm hündürlükdədir. Yarpaqlar ulduzvari, qısa tükcüklərlə örtülüb. Yarpaq ayası əncirin yarpaq ayasına bənzəyir, əsasında ürəkvari, 5-7 paylarla bölünür, enli, tərs-lansetli və ya uzunsov, tərs-yumurtavari şəkildədir. Çiçəkləri sıx tükcüklü ayaqcıqlarda tək-təkdir. Ksacıqaltı iki dəfə kasacıqdan qısadır. Qacı sarı rəngdə olub, eni 30-40 mm uzunluğundadır.
Sağsağan çayı
Saksahan (ukr. Саксагань) — Dnepr yüksəkliyi cənub-şərq hissəsində yerləşən çay, İnquleç çayının sol qolu. Kiçik çaylar kateqoriyasına aiddir, Dnepr çayının II sıra qoludur. Adı türk mənşəli, çağatay. صقصغان (saqsaɣān), yəni, sağsağan quşunun şərəfinə qoyulub.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460–735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Qarğa (Həştrud)
Qarğa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 285 nəfər yaşayır (48 ailə).
Qarğa (bürc)
Qarğa (lat. Corvus) — göyün cənub yarımkürəsində bürc.
Bürünc qarğa
Bürünc qarğa (lat. Corvus crassirostris) — 60–70 sm uzunluğa çatan sərçəkimilər dəstənin ən böyük nümayəndəsidir.
Adi qarğa soğanı
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. == Morfoloji təsviri == Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. === Yarpaq === Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. === Çiçək === İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. === Meyvə === Qutucuq oval-ellipsşəkillidir.
Kərpicvari qarğa soğanı
Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir == Yayılması == Böyük Qafqazın Quba hissəsi və şərqi .
Qarğa (film, 1994)
Qarğa, David J. Schow və John Shirley tərəfindən yazılmış, Aleks Proyasın 1994-cü ildə təşkil etdiyi bir Amerikan fövqəltəbii super qəhrəman filmidir. Film, James O'Barrın 1989-cu il tarixli "Qarğa" komik kitabına əsaslanaraq,ölümündən ötrü intiqam almaq və nişanlısının təcavüzü və öldürülməsi üçün ölümdən canlandırılan Erik Draven (Lee) adlı bir rok musiqiçisinin hekayəsini izah edir. Əsas aktyor Brendon Li, qüsurlu bir boşluq çəkilişində təsadüfən yaralanıb və əməliyyat zamanı xəstəxanada öldü. İstehsalata səkkiz gün qaldi,onu göstərən bitməmiş səhnələr senaryoda yenidən yazılmış formatla, ikiqat və rəqəmsal xüsusi efektlər ilə əvəzləşdirildi. Film həm Lee, həm də nişanlısı Eliza üçün həsr olunub.... Li'nin ölümü səbəbiylə bir neçə istehsal çatışmazlığına baxmayaraq, The Crow özünə məxsus vizual stil, emosional dərinliyi və ölən aktyorun himayəsi üçün tənqidi şəkildə qəbul edildi. Film kassanın yuxarı hissəsində açılmış və güclü bir kütləyə qovuşmuşdur.Film üç davam filmi ve televiziya serialından ibarətdir. 30 oktyabrda Detroyt şəhərində Şeytan Gecəsi, Çavuş Albrecht, Shelly Websterın döyüldüyü və təcavüz edildiyi bir hadisə yerində hansı ki,nişanlısı Erik Draven, bıçaqlanaraq, vurulub pəncərədən atılaraq öldüyü küçədədir . Cütlük Halloween ertəsi günü evli olmalı idi. O, Shelly ilə xəstəxanaya gedərkən, Albrext Sarah adlı gənc bir qızla tanış olur, Sarah, onların dostu olduğunu və onunla maraqlandıqlarını deyir.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Şoranyer qarğa soğanı
Elmi adı — Gladiolus halophilus Boiss. et Heldr. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15–18 mm hündürlükdə, 10–15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20–25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3–7 mm enində, 3–4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4–6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.