QAYMAQLI

s. creamy; ~ süd creamy milk; ~ dondurma ice-cream

QAYMAQLANMAQ
QAYNADICI
OBASTAN VİKİ
Qaymaqlı
Qaymaqlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. 1982-ci ildə kənd ərazisinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Qaymaqlı kəndi İncə dərəsində yerləşən üç kənddən (Qaymaqlı, Kəmərli, Aslanbəyli) biridir. Qaymaqlının yerləşdiyi əlverişli coğrafi mühit burada hələ qədim zamanlardan insanların məskən salmasına imkan vermişdir. Kəndin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəni nümunələr Qaymaqlıda insanların hələ İslamdan əvvəl məskunlaşdığını göstərir. Abidələrin böyük bir qisminin türk mənşəli olması yerli əhalinin türklərlə qədimdən mədəni əlaqələrinin olmasının əyani sübutudur. İncə dərəsindəki qəbristanlıqda 350-400 illik məzarların olması, bu yerlərin qədimliyindən xəbər verir. Orta əsr mənbələrində və bir sıra arxiv materiallarında Qazaxın, xüsusilə İncə dərəsinin İrandan Tiflisə, oradan da Rusiyaya gedən ticarət yolunun üstündə yerləşməsi ilə bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir. Bu yol Naxçıvan, İrəvan, Avey, İncə dərəsi boyu uzanıb gedirdi.
Qaymaqlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaymaqlı xalçaları
Qaymaqlı xalçaları — Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər. Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir. Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir. Bəzən sahəsi 4–5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
Qaymaqlı xalçası

Aşıq Avdı Qaymaqlı
Aşıq Avdı Qaymaqlı (1909, Qaymaqlı, Qazax rayonu – 1988) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir. Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib. Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.
Qaymaqlı alman piroqu
Qaymaqlı alman piroqu (цве́чгенкухен, alm. Zwetschgenkuchen‎ или пфла́уменкухен, alm. Pflaumenkuchen‎)-Mayalı və ya şəkər tozlu xəmirdən hazırlanmış üzərinə təbii meyvələr düzülmüş piroq. Nazik lay şəklində giləmeyvələr və qaymaq xəmirin üzərinə çəkilir. Bəzən üzərinə ovuntu da səpilir. Almaniyanın, Avstriyanın, İsveçrənin müxtəlif regionlarına məşhurdur. Almaniyada ən çox Ausburqun milli piroquna üstünlük verirlər. Çox vaxt piroqu çalınmış qaymaqla yeyirlər.
Qaymaqlı vanilli dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik.
Qaymaqlı yeraltı şəhəri
Qaymaqlı yeraltı şəhəri — Türkiyədə yerləşən ən böyük yeraltı şəhərlərdən biri. Şəhər 8 mərtəbəlidir, tunnelər və otaqlardan ibarətdir. Qaymaqlı yeraltı şəhərinin tarixi e.ə. 3000-ci ilə gedib çıxır. Belə ki yeraltı şəhərdə ilk tikinti aparanlar hettlər imiş. Mənbəyə əsasən yeraltı şəhərdən xristianlar ərəblərdən gizlənmək üçün istifadə edirdilər.

Значение слова в других словарях