QAŞQALDAQ

is. zool. Əti yeyilən qara rəngli, ördəyə bənzər su quşu.
Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı… Ə.Məmmədxanlı.

Этимология

  • QAŞQALDAQ Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır
QAŞQALAŞMAQ
QAŞLAMAQ
OBASTAN VİKİ
Qaşqaldaq
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Adi qaşqaldaq
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü. Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.

Значение слова в других словарях