QONAQPƏRƏST

sif. [qonaq və fars. …pərəst] Qonaqsevən; evinə gələn qonağa çox hörmət edən. Qonaqpərəst adam.
– Bizim yerlərdə sizə əziz bir qonaq kimi hörmət edirdilər, baba, … xalqımız son dərəcə qonaqpərəstdir. M.Hüseyn.
Bu qədər qonaqpərəst bir ailədə yaşadığına baxmayaraq, son dərəcə darıxır. S.Rəhman.

Синонимы

  • QONAQPƏRƏST QONAQPƏRƏST (qonağı sevən adam) [Çiçək Elsevərə:] Göz dəyməsin, yaman qonaqpərəstsiniz (Ə.Qasımov); QONAQCIL Qulam dayı: Məşədibəy qonaqcıl oğlandır (
QONAQLIQ
QONAQPƏRƏSTLİK
OBASTAN VİKİ
Qonaqpərəstlik
Qonaqpərəstlik (rus. Куначество; qonaqçılıq sözündən törəmişdir) — Qədim Qafqazda adət. Adətə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər. Buna oxşar adətlər çernoqoriyalılar, ərəblər və digər xalqlarda da müşahidə edilmişdir. Qonaqpərəstlik adəti xalqlararası əngəllərin aradan qaldırılması və qonşu xalqlar arasında dostluq münasibəti yaranmasında böyük rol oynamışdır. Beləliklə, müxtəlif xalqlar arasında əməkdaşlıq və ticarət artmışdır. Rusdilli mənbələrdə "Куначество" adlandırılan bu terminin kökü qədim türk dilindən törəmiş "qonaq" sözündən gəlir. Adətin yaranma dövrü məlum deyil. Qonaqpərəstlik adətinin mövcudluğunu sübut edən ən erkən yazılı sübut XV əsrdə çərkəzlər haqda əsərlər yazmış genuyalı səyyah Corcino İnterianonun yazılarında müşahidə olunur.

Значение слова в других словарях