QOŞATƏPƏ

I
сущ. мед. двухолмие (два бугра на поверхности средней части головного мозга у низших позвоночных и птиц):
II
прил. двуглавый. Qoşatəpə nəbz мед. двуглавый пульс
QOŞATƏKƏRLİ
QOŞATƏPƏLİ
OBASTAN VİKİ
Qoşatəpə yaşayış yeri
Qoşatəpə yaşayış yeri (Ağdam)
Qoşatəpə yaşayış yeri (Ağdam)
Qoşatəpə yaşayış yeri — Azərbaycanın Ağdam rayonunun Əhmədağalı kəndindən 800 m şərqdə yerləşən abidə. Təpənin diametri 80 metr və hündürlüyü 1,5 metr təşkil edir. Təpə SSRİ dövründə pambıq çardağı və gübrə anbarı kimi istifadə olunub. Qarabağ müharibəsi dövründə istehkamların qurulması təpənin şimal-şərq hissəsinin dağılmasına səbəb olmuşdur. Ərazidən toplanılmış saxsı kolleksiyası neolit dövrünə aiddir.
Qoşatəpə yaşayış yeri (Babək)
Qoşatəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndindən cənubdada, ətraf yerlərə nisbətən hündür olan iki qoşa təpənin üzərində arxeoloji abidə. == Tarixi == Hazırda təpələrin ortasından yol salınmışdır. Tədqiqat zamam daşdan inşa olunmuş, divar qalıqları, çəhrayı rəngdə bişirilmiş keramika parçaları aşkar olunmuşdur. Mədəni təbəqə olduqca az yığılmışdır. Çəhrayı rəngli gil məmulatının bir qismi qırmızı boya ilə örtülərək cilalanmışdır. Qoşatəpə yaşayış yerini I-X əsrlərə aid etmək olar.
Qoşatəpə yaşayış yeri (Şərur)
Qoşatəpə yaşayış yeri — Şərur rayonunda Albantəpədən 1 kilometr şimalda, Axuraçayın sağ sahilində son tunc dövrü-dəmir və antik dövrlərinə aid yaşayış yeri. == Ümumi məlumat == Dağ silsiləsindən ayrılmış iki təpəni və onun ətraf sahəsini (4 hektar) əhatə edir.Təpənin üstünə səpələnmiş yerüstü materiallar içərisində qövsvari dən daşlarına,müxtəlif formalı çaydan tipli qab hissələrinə və s.boyalı qab qırıqlarına təsadüf edilmişdir.Belə tapıntılara təpənin ətəklərində təsərrüfat işləri nəticəsində qazılmış arxın içərisində rast gəlinir.Alt mədəni təbəqələrdən (8-10 metr) toplanmış materiallara əsasən təbəqənin son tunc dövrü-dəmir dövrünə aid olması ehtimal edilir. Qoşatəpənin üst hissəsində eradan əvvəl 4-2-ci əsrlərə aid maddi mədəniyyət nümunələri küp, küpə, qazan tipli qablar və s. də tapılmışdır.
Qoşatəpə yaşayış yeri (Ərdəbil)
Qoşatəpə yaşayış yeri — İranın Ərdəbil ostanında şəhər yerində yerləşən arxeoloji abidə. == Tədqiqi == Qoşatəpə Pirazmian və Lambert kəndləri arasında yerləşir. Xüsusi coğrafi mövqeyinə görə Qoşatəpə Çarlz Barni tərəfindən tədqiq edilmədi və Hojabri Nobari tərəfindən 2005-ci ildə qazıldı. Şərqdəki mədəniyyət dövrlərinin ən qədim qalıqları şimal-qərbi İranda bu abidədən əldə edilmişdir. Tapıntılar son neolit və eneolit dövrlərinə aiddir. Bölgədəki son arxeoloji tədqiqatlar nəticəsində müxtəlif formalı və ölçüdə 250-dən çox meqalit məzar aşkar edilmişdir.