Qrenlandiya

coğ. Groenland m

Qrenada
Qrenobl
OBASTAN VİKİ
Qrenlandiya
Qrenlandiya (qrenlandca:Kalaallit Nunaat; dan. Grønland) — Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazi. Sahəsi 2 166 086 km², dünyanın ən böyük adası. Qrenlandiya adı iki dan sözündən — grøn (yaşıl) və land (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir. Azərbaycan dilinə Qrenlandiya sözü rusca Гренландия sözündən keçib. Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib. Bu addım 2008-ci ilin noyabr ayında keçirilmiş referendumun nəticələrinə əsasən atılıb. Onda adanın əhalisinin böyük əksəriyyəti geniş muxtariyyəti dəstəkləmişdi.
Qrenlandiya (ada)
Qrenlandiya — Dünyanın sahəsinə görə ən böyük adası Danimarkanın muxtar mahalıdır. Qrenlandiya həmdə sahəcə ən böyük inzibati ərazidir.Hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir. Adanın qərb və və cənub-qərbindən isti Qərbi Qrelandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad vermişlər. Qrenlandiyanın kəşfi ilə bağlı müxtəlif məlumatlar var. Əsaslı faktlardan biri,Qrenlandiyanın island mənşəli norman Qunbern tərəfindən kəşf olunmasıdır(875-ci il). Ancaq başqa mənbələrdə göstərilən məlumatlara inansaq, Qrenlandiya bu tarixdən daha əvvəl kəşf olunmuş. Tanınmış qütb tədqiqatçısı Vilyarmur Stefanson göstərir ki, Qrenlandiya ola bilsin qədim yunan dənizçisi Pifeyin gördüyü "buzlu Tule ölkəsidir". Hansı ki,e.ə 325-ci ildə Pifey Şimali Avropaya səyahəti zamanı bu ərazinin mövcudluğunu öz yazılarıda göstərmişdir. Sonralar Firtof Nansen Pifeyin materyallarını geniş tədqiq etdikdən sonra bu qənaətə gəlmişdir; Pifeyin səyahəti Danimarka və Norveç sahillərindən çoxda uzağa keçməyib.
Qrenlandiya Universiteti
Qrenlandiya Universiteti (qrenl. Ilisimatusarfik) — Qrenlandiyanın paytaxtı Nuukda yerləşən universitet. Əsas dərslər danimarka və qrenlandiya dillərində keçirilir. 150 tələbəsi vardır, hamısı yerli sakinlərdir. 14 müəllimi və 5 inzibati-texniki işçisi vardır. Universitetin illik büdcəsi 14,8 milyondur. Dörd fakültəsi vardır: İqtisadiyyat və menecment Filologiya, ədəbiyyat və jurnalistika Mədəniyyət və sosial tarix Teologiya Bütün fakültələrdə bakalavr hazırlığı, üç fakültədə (telogiyadan başqa) magistr hazırlığı keilir. Fəlsəfə doktorluğu da aparmaq mümükündür, hal-hazırda universitetydə 5 fəlsəfə doktoru vardır. Kitabxanada 18 min kitab vardır.
Qrenlandiya adası
Qrenlandiya — Dünyanın sahəsinə görə ən böyük adası Danimarkanın muxtar mahalıdır. Qrenlandiya həmdə sahəcə ən böyük inzibati ərazidir.Hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir. Adanın qərb və və cənub-qərbindən isti Qərbi Qrelandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad vermişlər. Qrenlandiyanın kəşfi ilə bağlı müxtəlif məlumatlar var. Əsaslı faktlardan biri,Qrenlandiyanın island mənşəli norman Qunbern tərəfindən kəşf olunmasıdır(875-ci il). Ancaq başqa mənbələrdə göstərilən məlumatlara inansaq, Qrenlandiya bu tarixdən daha əvvəl kəşf olunmuş. Tanınmış qütb tədqiqatçısı Vilyarmur Stefanson göstərir ki, Qrenlandiya ola bilsin qədim yunan dənizçisi Pifeyin gördüyü "buzlu Tule ölkəsidir". Hansı ki,e.ə 325-ci ildə Pifey Şimali Avropaya səyahəti zamanı bu ərazinin mövcudluğunu öz yazılarıda göstərmişdir. Sonralar Firtof Nansen Pifeyin materyallarını geniş tədqiq etdikdən sonra bu qənaətə gəlmişdir; Pifeyin səyahəti Danimarka və Norveç sahillərindən çoxda uzağa keçməyib.
Qrenlandiya balinası
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Qrenlandiya suitisi
Qrenlandiya suiti (lat. Pagophilus groenlandicus) — Arktikada yaşayan dəniz məməlisi. Qrenlandiya suitiləri əsasən Şimal Buzlu okean sularında rast gəlinir. Onların bir-birindən ayrı ərazilərdə yaşayan papulasiyaları vardır: Ağ dəniz, cütləşmə dövrü Barens dənizi və Kara dənizi; Labrador yarımadası, Nyufaundlend sahilərində və Müqəddəs Lavrentiya körfəzi sularında, çütləşmə dövründən sonra isə Kanada və Qrenlandiya sahillərində; Yan-Mayendən şimalda, çütləşmə dönəmi isə Şpistbergen və Şərqi Qtenlandiya sahillərində. Onlar əsasən artik sularda yaşayır. Erkəklərinin özünə məxsus rəngi vardır, bu səbəbdən digər nnövlərdən asanlıqla fərqlənir. Onların dərisi gümüşü-boz, başları isə qara rəngdə olur. Dişilərdə isən bu rənglər nisbətən solğun olur. Üstlək üzərində ləkələrdə vardır. Uzunluqlarl 170–180 sm, çəkisi isə 120–140 kq təşkil edir.
Aleksandr burnu (Qrenlandiya)
Aleksandr burnu (qren. Ullersuaq, həmcinin Uvdlerssuak və Sarfalik; dan. Kap Alexander) — Qrenlandiyanın ucqar qərb nöqtəsi. Burun Heys yarımadasının qərbində, Kaasuitsup kommunasında, Kaanaak şəhərindən 250 km şimalda yerləşir. Aleksandr və Elsmir adasında yerləşən İzabella burnu ilə birlikdə Baffin dənizi və Basin hövzəsi arasında sərhəd rolunu oynayır. Hər iki buruna adı 1818-ci ildə Con Ross ekspedisiyasında iştirak etmiş iki gəminin şərəfinə adlandırmışdır.
Franklin adası (Qrenlandiya)
Franklin adası (dan. Franklin Ø) — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən qayalıqdan ibarət olan ada. Konstitutsiya burnundan (dan. Kap Constitution) 4,8 km şimalda yerləşir. Arktik-tundra bitkiləri ilə örtülüdür. Ən yüksək nöqtəsi adanın cənub-şərqində yerləşir (215 m). Franklin adasından cənub-şərqdə Kroze, şimal-qərbdə isə Hans adası yerləşir. 1854-cü ildə danimarkalı Hans Hendrik, Vilyam Morton və amerikalı Elişa Keyn adada olarkən onu araşdırmaçı Con Franklinin şərəfinə adlandırmışlar. Ada inzibati baxımından Danimarkanın ərazisi olan Qrenlandiyaya aiddir.
Qrenlandiya(inzibati vahid)
Qrenlandiya (qrenlandca:Kalaallit Nunaat; dan. Grønland) — Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazi. Sahəsi 2 166 086 km², dünyanın ən böyük adası. Qrenlandiya adı iki dan sözündən — grøn (yaşıl) və land (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir. Azərbaycan dilinə Qrenlandiya sözü rusca Гренландия sözündən keçib. Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib. Bu addım 2008-ci ilin noyabr ayında keçirilmiş referendumun nəticələrinə əsasən atılıb. Onda adanın əhalisinin böyük əksəriyyəti geniş muxtariyyəti dəstəkləmişdi.
Qərbi Qrenlandiya cərəyanı
Qərbi Qrenlandiya cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Labrador və Baffin dənizi istiqamətində hərəkət edir. Buradan Qrenlandiyanın qərb sahilləribə yönəlir. Farvell burnundan isə İrminger və Şərqi Qrenlandiya cərəyanı ilə qarışır. Sürəti 0,9–1,9 km/s təşkil edir.
York burnu (Qrenlandiya)
York burnu — Qrenlandiyanın şimal-qərb sahillərində, Baffin dənizinin şimalında yerləşən burun. 1898-ci ildə Robert Piri Arktikaya təşkil etdiyi ekspedisiyası zamanı burunda olmuşdur. Burun daha çox Keyp York meteoridi ilə tanınır.
Şərqi Qrenlandiya cərəyanı
Şərqi Qrenlandiya cərəyanı — Şimal Buzlu okeandan keçən soyuq dəniz cərəyanı. Cərəyan əvvəlcə Qrenlandiya adasının şərq sahilləri boyunca cənuba istiqamətlənir. Buradan isə istiqamətini dəyişərək adanın qərbsahilləri ilə şimala yönəlir. Arktikanın buzlarını okeana dağıdır. Bəzən onlar arasında iri aysberqlər belə olur. Cərəyanın sürəti 0,9–1,2 km/s. Duzluluğu 32,0–33,0 ‰ təşkil edir. Suyunun temperaturu 2,4 °C olur.
Qrenlandiya milli voleybol komandası (qadınlar)
Qrenlandiya qadın milli voleybol komandası — Qrenlandiyanın ən yaxşı oyunçularından ibarət Avropa regionunu təmsil edən milli komandadır. Bu ölkədə voleybola nəzarət edən qurum Qrenlandiya Voleybol Federasiyasıdır. Qrenlandiya Avropada kiçik dövlət sayıldığından Voleybol üzrə cırtdan dövlətlərin Avropa çempionatında yer almaq hüququ vardır. Ancaq komanda heç bir voleybol turnirinin final mərhələsində iştirak etməmişdir. Yalnız 2004-cü ildə cırtdan dövlətlərin Avropa çempionatının seçmə mərhələsində iştirak etmişdir. Həmin turnirdə də komanda heç bir uğura nail ola bilməmiş və təsnifat mərhələsini keçə bilməmişdi. Komanda Lüksemburq, Kipr və.s kiçik dövlətlər kimi Avropa Cırtdan Dövlətlərin Olimpiya Oyunları qatılmır.
Qrenlandiya qadın milli voleybol komandası

Qrenlandiyada COVID-19 pandemiyası
Qrenlandiyaya Koronavirus 16 martda gəlmişdi.Hal-hazırda ölüm və sağalma qeydə alınmayıb və 2 nəfər bu virusa yoluxub. Danimarkadan gələn bir Qrenlandiyalı 16 martda ölkəsinə dönmüş və koronavirus olduğu aşkar edilmişdi. Həmin xəstə hal-hazırda Nuukda ev təcridxanasındadır. 18 martda isə həmin xəstənin ailəsindən bir nəfərdə koronavirus aşkar edildi. İlk yoluxma qeydə alındıqdan sonra baş nazir Kim Kielsen dedi:Yeni vəziyyətin öhdəsindən gəlmək üçün hazırlıqlara başlanıldı.
Qrenlandiyada koronavirus pandemiyası 2020