1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı.
– Məcid … [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb öpdü.
Güman edirəm ki, ömrümdə anam bu qədər səmimiyyətlə məni qucaqlamamışdır.
Gün gələr yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu.
// Qolları arasına almaq.
Böyükxanım bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi.
2. məc. Bərk-bərk yapışmaq, tutmaq.
Dağların ardı-arası kəsilmir, zəncir kimi birbirinə hörülmüş, bir-birini qucaqlamış kimi durur.