QULAQBATIRAN sif. Qulaqları batıracaq qədər bərk, şiddətli, gurultulu. Qulaqbatırıcı səs. Qulaqbatırıcı gurultu. – Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. Hacı Atakişi: – Oğul, Fərman! – deyə qulaqbatırıcı bir səslə qışqıraraq, yerindən sıçradı. Ə.Abasov.