Qumral palıd
Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır.
Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır.
Azərbaycanın nadir bitkisidir.DD.
Orta dağ qurşağında meşələrdə rast gəlinir.
Təbii arealı çox geniş deyildir.
Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır.
Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.