QURAMA

I
(Cəbrayıl, Salyan, Yardımlı, Oğuz)
uydurma, yalan. – Qurama sözə inanma (Oğuz)
II
(Bakı, Cəbrayıl, Gədəbəy, Hamamlı, Şamaxı, Şuşa)
müxtəlif parça kəsiklərindən tikilmiş yorğan, döşək. – Qurama yorğan bəzegli olur (Bakı); – Yorğan üzünüz quramadı, də:sin (Gədəbəy); – Xalam maηa bir qurama bağışlıyıf (Şuşa)
III
(Mingəçevir, Oğuz, Şəki)
quraşdırılmış (pəncərə, qapı). – Şəkidən gedif qurama qapı almışam (Oğuz)
QURAXSIMAX
QURAMAÇI
OBASTAN VİKİ
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Sərt quramat

Значение слова в других словарях