QUREYŞİ

ə. bax qüreyşi.

QUREYŞ
QURƏ
OBASTAN VİKİ
Şah Mahmud Qureyşi
Məhdum Şah Mahmud Qureyşi (ing. Shah Mehmood Qureshi, 22 iyun 1956) — Pakistanın xarici işlər naziri. 1956-cı il iyunun 22-də Maridə anadan olmuşdur. 1978-ci ildə Pəncab Universitetini bitirmişdir, ixtisasca aqronomdur.1983-cü ildə Kembric Universitetinin magistraturasında təhsil almışdır. 1985-1988, 1988-1990 və 1990-1993-cü illərdə Pəncab əyalət assambleyasına üzv seçilmişdir. 1988-1990-cı illərdə Pəncab əyalətinin Planlaşdırma və İnkişaf Naziri. 1990-1993-cü illərdə Pəncab əyalətinin Maliyyə Naziri. 1993-1996-cı illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 1994-1996-cı illərdə Parlament işləri üzrə dövlət naziri olmuşdur. 2002-2007-ci illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir.
Əbu Həmzə Qureyşi
Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي‎ ; v. 3 fevral 2022 və ya 2021, Atme[d], İdlib mühafəzəsi) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir. Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır. O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.
Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d], İdlib mühafəzəsi) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi