Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şah Mahmud Qureyşi
Məhdum Şah Mahmud Qureyşi (ing. Shah Mehmood Qureshi, 22 iyun 1956) — Pakistanın xarici işlər naziri. 1956-cı il iyunun 22-də Maridə anadan olmuşdur. 1978-ci ildə Pəncab Universitetini bitirmişdir, ixtisasca aqronomdur.1983-cü ildə Kembric Universitetinin magistraturasında təhsil almışdır. 1985-1988, 1988-1990 və 1990-1993-cü illərdə Pəncab əyalət assambleyasına üzv seçilmişdir. 1988-1990-cı illərdə Pəncab əyalətinin Planlaşdırma və İnkişaf Naziri. 1990-1993-cü illərdə Pəncab əyalətinin Maliyyə Naziri. 1993-1996-cı illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 1994-1996-cı illərdə Parlament işləri üzrə dövlət naziri olmuşdur. 2002-2007-ci illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir.
Əbu Həmzə Qureyşi
Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي‎ ; v. 3 fevral 2022 və ya 2021, Atme[d], İdlib mühafəzəsi) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir. Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır. O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.
Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d], İdlib mühafəzəsi) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d], İdlib mühafəzəsi) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Qureyş
Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır. Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir. Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir. Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır. Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır.
Qureyş Surəsi
Qureyş surəsi (ərəb. سورة قريش‎ (oxunuşu: surəh qureyş)) - Quranın 106-cı surəsi. Məkkədə nazil olmuşdur, 4 ayədir.
Firuz Qureyşli
Qreysi Karvalyo
Qreysi Karvalyo (23 iyul 1990, San-Joze-dus-Kampus[d], San-Paulu ştatı) – Braziliya modeli. The Lions (Nyu-York, Los-Anceles), Oui Management (Paris), Why Not Model Management (Milan), Select Model Management (London) agentlikləri ilə əməkdaşlıq edir. Qreysi Karvalyo modellik karyerasına 2007-ci ildə 18 yaşında ikən San-Pauluda yerli müsabiqəyə daxil olduqdan sonra başlamışdır. 2008-ci ildə Dəb həftəsində debüt etmişdir. Rio Dəb Həftəsinin ən çox təklif alan modeli olmuşdur: 39 dəb şousunun 35-ində podiuma çıxmışdır. Dəb həftəsindəki uğurlarından, "L'Officiel" jurnalının üz qabığında göründükdən və "Vogue", "Elle" kimi jurnallarda bəhs edildikdən sonra Marilyn agentliyi ilə müqavilə bağlamışdır. Burberry brendi, Karl Lagerfeld, Ralf Loren, Vera Vonq və Vivianna Vestvud kimi dizaynerlər üçün modellik etmişdir. 2009-cu ilin payızında ilk dəfə Nyu-York və Parisin dəb həftələrində podiuma çıxmış, Karoliaa Herrera, Maks Azriya, Cambattista Valli və Stella Makkartni kimi dizaynerlər üçün modellik etmişdir. Miu Miunun yeganə rəng modeli olmuşdur. 2009-10-cu illərdə DKNY moda evinin, 2010-cu ildə Tommy Hilfinger brendinin siması olmuşdur.
Qreysi Abrams
Qreysi Mediqan Abrams (7 sentyabr 1999, Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi, mahnı yazarı. O, 66-cı Qremmi mükafatları mərasimində "Ən yaxşı yeni artist" kateqoriyası üzrə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Qreysi Abrams 2019-cu ilin oktyabrında debüt sinqlı olan "Mean It" mahnısını Interscope Records vasitəsilə yayımlamışdır. O, 2020-ci il iyulun 24-də "Minor" adlı debüt mini-albomunu təqdim edib. Bu layihə üzərində prodüserlər Joel Little və Blake Slatkin ilə bərabər işləmişdir. O, 2023-cü ildə müğənni Oliviya Rodriqonun həyata keçirdiyi "Sour Tour" konsert turunun açılışında çıxış edib. Qreysinin həmin il çıxardığı debüt studiya albomu olan "Good Riddance" Billboard 200 hit-paradına daxil olub. Eyni il o, Teylor Sviftin "Eras Tour" konsertində "openinq akt" etmişdir. İkinci studiya albomu "The Secret of Us"-ı 2024-cü ilin iyunun 21-də yayımlayıb. Bu albom Billboard 200-də ikinci pilləyə çataraq uğurlu kommersiya nəticəsi göstərmişdir.
Güdəyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür. == Əhali == Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.
Güneyli
Güneyli (Cəlilabad) — Azərbaycanda kənd. Güneyli (Ərdəmli) — Türkiyədə kənd.
Qureyşan
Qureyşan — Türkiyənin Tunceli ilində yaşyan zaza tayfası. Özlərini seyid ocağı hesab edirlər. Qureyşan adının mənası ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var. Müxtəlif mənbələrdə Qureyş adının daş karxanasına adını vermiş Hacı Qureyşdən gəldiyi, Qureyş sözünün isə Xorasan sözünün danışıq dilində əmələ gəlməsindən gəldiyi bildirilir. Qureyşan tayfasının üzvləri öz əcdadlarını islam peyğəmbəri Məhəmmədə bağlasalar da, karxananın adı Məhəmmədin mənsub olduğu Qureyş qəbiləsindən gəlmir. Bu söz Qureyş adına əlavə olunan farsca "-an" cəm şəkilçisi şəkilçisi ilə düzəlmişdir. - Prof. Dr.
Adapazarı gürzəsi
Adapazarı gürzəsi (lat. Vipera barani) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Yarımnövlər əmələ gətirmir. == Təsviri == Dişilər 60 sm, erkəklər isə 54,5 sm uzunluğa malik olurlar. == Yayılması == Türkiyənin şimal-qərbi.
Anadolu gürzəsi
Anadolu gürzəsi (lat. Montivipera albizona) — gürzəkimilər fəsiləsinin kiçik asiya gürzəsi cinsinə aid bitki növü. == Anadolu gürzəsi == Mərkəzi Türkiyədə yaşayan gürzə ailəsinin bir növ zəhərli ilanı. == Təsviri == Bir çox fərdləri kiçik olsa da, Anadolu gürzəsi 78 sm uzunluğa çatır. [3] Başı nisbətən böyükdür, boyundan açıq şəkildə ayrılır. Ağız yuvarlaq və kiçik pulcuq ilə örtülmüşdür. Burun açılması tək qalxan içərisində kəsilir. Göz qapaqları ilə sıx bağlı olan böyük supraorbital plitalar var . Bədəni 23 satır pulcuq ilə örtülmüşdür. Rəngi Qəhvəyi bozdur.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Firuz Qureşli
Güneyli (Cəlilabad)
Güneyli, Badamağac (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Badamağac kəndi Güneyli kəndi adlandırılmışdır.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. == Görünüşü == Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. == Yayılması == Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.
Lotiyev gürzəsi
Lotiyev gürzəsi (Vipera lotievi) — Əsl gürzələr cinsinə daxil olan ilan növü. Rus herpetoloqu Konstantin Lotiyevin şərəfinə adlandırılıb. == Görünüşü == Lotiyev gürzəsi çöl gürzəsinə çox bənzəyir. Əsas fərqləri isə Lotiyev gürzəsinin nisbətən enli və başının yumru olması ilə fərqlənir. Rəngi parlaq-boz və ya boz qəhvəyi olur. Uzunluğu 500 mm təşkil edir. == Yayılması == Lotiyev gürzəsi əsasən Şimali Qafqazın Kabarda-Balkariya, Şimali Osetiya, Çeçenistan, İnquşetiya və Dağıstan ərazilərində, üstəlik Gürcüstanın dağlıq ərazilərində yayılmışdır. Son zamanlar bu canlılara Azərbaycanda belə rastlanılır. Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb. Hec bir yarımnövü yoxdur.
Milos gürzəsi
Milos gürzəsi (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır. Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan). Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır.
Mimizuku gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Nikolski gürzəsi
Nikolski gürzəsi (lat. Vipera nikolskii) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Öz adını rus zooloqu Aleksdandr Nikolskinin adından almışdır. Bədəninin uzunluğu 765 mm, quyruğunun uzunluğu isə 80 mm təşkil edir. Ümumi uzunluqları nadir hallarda 1 metri keçir. Dişilər erkəklərdən iri olur. Başı iri, enli, nisbətən qabarmış olur və boynundan asanlıqla seçilir. Bədəninin orta hissəsindən 20–23 cərgə pulcuq keçir. Yetkin fərtdlər bir qayda olaraq qara rəngdə olurlar. Üst dodaq nahiyəsində bəzən ağ nöqtələr olur.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Qafqaz gürzəsi
Vipera kaznakovi (lat. Vipera kaznakovi) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinin əsl gürzə cinsinə aid heyvan növüdür. Qafqaz muzeyinin direktoru müavini Aleksandr Nikolayeviç Kaznakovun şərəfinə adlandırılmışdır. Gürzənin uzunluğu 475 mm, dişilərdə — 600 mm təşkil edir. Quyruqları 7 — 8 sm olur. Başı kifayət qədər enli olur. Nadir hallarda bütünlüklə qara rəngli olanını görmək olar. Yuxarı hissəsi qara, boğazı ləkəsiz qara olur. Ümumilikdə isə qırmızı və narıncı rənglər üstünlük təşkil edir. Balalar isə qırmızı-qəhvəyi rəngdə olur.
Vaqner gürzəsi
Vaqner gürzəsi (lat. Vipera wagneri) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Növ alman araşdırmaçısı, Moris Vaqnerin şərəfinə adlandırılmışdır. O, il dəfə bu növə aid nümunələri 1846-cı ildə toplamışdır.. Bədənlərinin uzunluqları 70–95 sm arasında dəyişir. Erkəklər boz, dişilər isə nisbətyən qəhvəyi rəngdıə olur. Qarın nahiyəsi parlaq sarı olur. Üstəlik qara nöqtələrə sahib olur. Bu növ gürzələr Türkiyənin şərqində, Van gölü şimalındakı ərazilərdə, İranın qərbində 1200–2000 hündürlüyü olan ərazilərdə yayılmışdır. Onlar bitki örtüyündən məhrum olan qayalı ərazilərdə, bulaqların yaxınlığında yaşayırlar.
Şamaxı gürzəsi
Şamaxı gürzəsi və ya Şamaxı başıqalxanlısı (lat. Vipera shemakhensis) — Gürzələr fəsiləsinə, Əsl gürzələr cinsinə aid növ. Boz, qəhvəyi rənglərdə olur. Bədəninin ortasından tünd qəhvəyi ziqzaq şəkilli zolaq keçir. Azərbaycanın endemik canlısıdır. Əsasən Azərbaycanın şimal-şərq ərazilərində yayılmışdır. Xüsusi ilə Şamaxı rayonu ərazisində daha geniş areala malikdir. Elə öz adını da aşkarlandığı rayonun adından götürmüşdür. Əsasən quru daşlı dağ yamaclarında yayılmışlar. Uzunluğu 55–60 sm-ə qədər olur.
Şəki gürzəsi
Qoyun əti – 217 q, Quyruq – 25 q, Baş soğan – 30 q, Un – 80 q, Şərab sirkəsi və ya Abqora – 10 q, Sarımsaq – 2 q, Keşniş – 15 q, İstiot – 0,1 q, Duz — zövqə görə. Qoyun əti, quyruq və soğandan qiymə hazılanır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrin içərisinə çiy qiymə qoyulub tikişi yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda və ya bulyonda bişirilir. Süfrəyə bulyonu ilə birlikdə verildikdə üstünə keşniş səpilir, yanına sarımsaqlı sirkə qoyulur.